Məhkəmə qərarları › İş №3(002)-1631/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1631/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1631/2025 11.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Rusiya Federasiyası Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1447/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 ödəməli olduğu alimenti ödəməmiş və nəticədə 1800 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı, ******* saylı, 11 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1447/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan, yəni 14 mart 2024-cü il tarixdən başlayaraq, hər ay bir uşağa görə 100 manat olmaqla, iki uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs icra sənədini icra etməmişdir. 30 sentyabr 2024-cü il tarixdə Şəxs izahatı alınan zaman imkanı olmadığından alimenti ödəmədiyini, hər ay 600 manat ödəyəcəyini, 11 avqust 2025-ci il tarixli izahatında isə uşaqları ona göstərmədiklərinə görə alimenti ödəmədiyini, həmin günə qədər 1300 manat ödəniş etdiyini, maksimum 2 aya aliment borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Şəxs həmin qətnamə əsasında verilmiş icra sənədini icra etmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə 14 mart 2024-cü il tarixdən etibarən hər ay bir uşağa görə 100 manat olmaqla, iki uşağın saxlanılması üçün 200 manat məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməlidir. O, həmin aliment üzrə cəmi 1300 manat ödəmişdir. X1 ilə aralarında olan razılığa əsasən sentyabr ayınadək alimenti ödəyəcəkdir. Protokola xitam verilməsini xahiş edir. X1 ilə məhkəmə iclasında telefon danışğı zamanı bildirmişdir ki, Şəxslə sentyabr ayınadək aliment borcunun hamısının ödənilməsi barədə razılığı olmamışdır. Aliment borcunun Şəxs tərəfindən tam şəkildə ödənilməsini tələb edir. Şəxs şikatyətçidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(002)- 1447/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Şəxs iki uşaq üçün 14 mart 2024-cü il tarixdən etibarən iddiaçı X2 ödənilməlidir. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, 10 may 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(002)- 1447/2024 nömrəli icra sənədi icraata qəbul edilmiş, icra sənədinin könüllü icrası barədə borclu Şəxs bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs oğlu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar