Məhkəmə qərarları › İş №3(002)-1634/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1634/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1634/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi 34 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində Şəxs Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi ərazisində yerləşən “Samsung” mağazasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, hal-hazırda ünvan 2assivi 34 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə qohumu X3 icarə müqaviləsi əsasında işlətdiyi “Samsung” mağazasına getmiş, orada olduğu zaman polis əməkdaşlarından biri mağazadan içəri daxil olaraq, tibbi maskadan istifadə etmədiklərinə görə onlara irad bildirmiş və onun fotoşəklini çəkmişdir. Bundan sonra polis əməkdaşları onlara özlərini təqdim etməklərini bildirdikdə o və qohumu X7 özlərini təqdim etməkdən imtina etmişlər. Bundan sonra polis əməkdaşları aralarında mübahisə yaranmışdır. Sonra əraziyə avtopatrulla xidmət aparan polis əməkdaşları gələrək onları Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət olunmuşlar. Hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha analoji hallara yol verməyəcəyini və polis əməkdaşlarından üzr istədiyini bildirmişdir. Göstərilənləri nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru polis baş leytenantı X8 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə 1/4 sayl inzibati ərazidə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru, polis mayoru X1 ilə birlikdə xidmət aparan zaman təxminən 18:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyi ərazisində “Samsung” mağazasına daxil olarkən 2 (iki) nəfər şəxsin qoruyucu maskadan istifadə etmədiyini müəyyən etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə barələrində protokol tərtib etmək istəyərkən həmin şəxslər özlərini təqdim etməkdən imtina edərək səs-küy yaradardıb onların qanuni tələblərinə tabesizlik göstərmişlər və təxminən 20 (iyirmi) dəqiqə aralarında mübahisə yaranmışdır. Tərəflərindən həmin şəxslər nizam intizama dəvət olunsalar da, onlar öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün onlar ərazidə olan 9697 saylı avtopatrulla xidmət aparan polis əməkdaşlarına efir vasitəsi ilə çağırış etmişlər və sonuncular 10-cu Polis Bölməsinə gətirilmişdirlər. Polis Bölməsində həmin şəxslərin xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs və X7 olduqları məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru, polis mayoru X1 şahid X5 izahatı ilə eyni məzmunlu oxşar izahat vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:27-də Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən inzibati qaydada tutulmuş və xx.xx.2020-ci il tarixdə saat 09:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin, eləcə də şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla o, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar