Məhkəmə qərarları › İş №3(002)-1635/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1635/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1635/2025 22.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Peşə Təhsil Mərkəzi” X7 (əvvəlki 8 saylı Bakı Peşə Liseyinin) nümayəndəsi X2 iştirakı ilə, X4 DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 02 iyun 2025-ci il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi, “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Peşə Təhsil Mərkəzi” X7 (əvvəlki 8 saylı Bakı Peşə Liseyi) balansında olan “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən elektron qaydada EQ28309047 saylı protokol ilə Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə əlli manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, protokol üzrə cərimə qanunsuz və əsassızdır. Ona görə də, protokol əsasında verilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli, başlanmış iş üzrə icraatlara xitam verilməlidir. Belə ki, elektron cərimə tətbiq edilərkən iş hərtərəfli araşdırılmamış, nəqliyyat vasitəsinin qanunda göstərilmiş qaydada texniki baxışdan keçirilməsi üçün müəssisə tərəfindən aidiyyəti üzrə DİN-nin BDYPİ-nə dəfərlərlə müraciətin olunduğu (buna baxmayaraq qanunda göstərilmiş cavab verilməmişdir) nəzərə alınmamışdır. Mərkəz tərəfindən xx.xx.2025-ci il tarixində 35 nömrəli məktub ilə DİN-in BDYPİ-nə müraciət olunmuş, nəqliyyat vasitəsinin Müayinə Mərkəzində 2025-ci il üçün texniki baxışdan keçirilməsinə göstəriş verilməsi xahiş edilmiş, nəqliyyat vasitəsi Mərkəzin mexaniki tərəfindeu müayinə mərkəzinə aparılmışdır. Lakin müraciətə cavab verilməmiş, dəqiq səbəb göstərilmədən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi təmin edilməmiş, bunun əvəzinə 20 Aprel 2025-ci il tarixində EQ27439692 saylı protokol tərtib edilmiş və 50 manat məbləğində qanunsuz cərimə tətbiq edilmişdir. 24 Aprel 2025-ci il tarixində təkrar eyniməzmunlu 45 nömrəli məktubla yenidən eyni quruma müraciət olunmuş, yalnız bundan sonra qurum tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13- xx-xx- 89783/2025 nömrəli məktubla (daxilolma: xx.xx.2025; №29) cavab verilmişdir. Buna müvafiq olaraq xx.xx.2025-ci il tarixində nəqliyyat vasitəsi yenidən müayinə mərkəzinəe aparılsa da, yenə dəqiq səbəb göstərilmədən baxışın həyata keçirilməsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixində yenidən EQ2785926 saylı protokol ilə cərimə edilmişəm. Qurumun heç bir qanuni əsas olmadan texniki baxışdan imtina etməsi ilə artıq 3-cü dəfədir ki, əsassız cərimə olunuram. Göründüyü kimi iş üzrə inzibati xəta tərkibi olmasa da, müvafiq qaydada müraciətlər olunsa da, qanunsuz cərimələr tətbiq edilmiş, hələ qurum tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 12-ci maddəsində inzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi ifadə olunmuşdur. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. iş Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirəu hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75- ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 339.1-1.-ci maddəsində Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət müəyyən edilmişdir. Qeyd edilən maddədə nəzərdə tutulmuş müddətdə aidiyyəti quruma müraciət olunmasının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28309047 saylı protokolu əsasında xx.xx.2025-ci il tarixli elektron Qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53-cü maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə əsasən iş üzrə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata ise xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28309047 saylı protokolu əsasında xx.xx.2025-ci il tarixli elektron qərarının ləğv edilməsi, eləcə də həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddələrinə əsasən, DİNnin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X7 nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş hərtərəfli araşdırılmamış, nəqliyyat vasitəsinin qanunda göstərilmiş qaydada texniki baxışdan keçirilməsi üçün müəssisə tərəfindən aidiyyəti üzrə DİN-nin BDYPİ-nə dəfərlərlə edilmiş müraciət nəzərə alınmamışdır. Belə ki, X4 yol vərəqəsi əsasında idarə etdiyi, Tikinti və Quraşdırma İşləri üzrə “Bakı Peşə Təhsil Mərkəzi” X7 (əvvəlki 8 saylı Bakı Peşə Liseyi) dövlət büdcəsindən maliyyələşdiyindən, “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobil həmin publik hüquqi şəxsin balansında olduğundan avtomobil texniki baxışdan keçərkən dövlət rüsumundan azad edilməlidir. X6 “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobili DİN-nin BDYPİ-nin Müayinə Mərkəzinə aparsa da orada hər dəfəsində həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi üçün dövlət rüsumu tələb edildiyindən avtomobilin texniki baxışdan keçirilməsi mümkün olmamışdır. “Bakı Peşə Təhsil Mərkəzi” X7 (əvvəlki 8 saylı Bakı Peşə Liseyinin) balansında olan nəqliyyat vasitəsi texniki baxışdan keçərkən həmin avtomobil üçün dövlət rüsumu ödənilməməlidir. Buna görə də, DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassız olduğundan həmin elektron qərarın ləğv edilməsini istəyir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli qərardan aydın olur ki, X6 “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8 saylı Peşə Liseyinin balansındadır. Minik maşını üçün yol vərəqəsindən görünür ki, RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üzrə X6 idarə edir. DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərə (dövlət qurumlarına) məxsus nəqliyyat vasitələrinin qanunvericiliklə nəzərədə tutulmuş texniki baxış müddəti bitdiyi təqdirdə Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələri müvafiq sənədlər təqdim edilməklə ərazi üzrə DİN-nin BDYPİ-nin Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Müayinə mərkəzlərində, nəqliyyat vasitəsi respublikanın digər rayonlarında istismar olunduqda isə həmin ərazidə istifadə olunmasına dair sənəd əsasında regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində baxışdan keçirilə bilər. “Bakı Peşə Təhsil Mərkəzi” X7 (əvvəlki 8 saylı Bakı Peşə Liseyinin) xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin balansında olan “**-PS-***” nömrəli “RENAULT LOGAN MİNİK” markalı nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi məqsədi ilə 01 Aprel 2025-ci il tarixli, 35 nömrəli məktubuna DİN-nin BDYPİ tərəfindən cavab verilməmiş və avtomobil Mərkəzin mexaniki tərəfindən Qaradağ rayonu ərazisində yerləşən müayinə mərkəzinə aparılsa da texniki baxışdan keçirilməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixində avtomobil "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə (339.1-1, protokolun nömrəsi EQ ********) elektron qaydada cərimə tətbiq olunmuşdur. Həmin publik hüquqi şəxsin 24 Aprel 2025-ci il tarixdə 45 nömrəli eyni məzmunlu məktuba isə, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 3-13-1612-89783/2025 nömrəli məktubu ilə cavab verilmiş, eyni qaydada avtomobilin texniki baxışdan keçirilməsi məqsədi ilə Qaradağ rayonunda yerləşən müayinə mərkəzinə göndərilsə də DİN-nin BDYPİ-nin əməkdaşları tərəfindən müxtəlif səbəblər göstərilərək texniki baxışdan keçirilməsindən imtina olunmuş və yenidən təkrar olaraq xx.xx.2025-ci il tarixdə eyni formada avtomobil elektron qaydada (EQ 2785926) cərimə olunmuşdur. Bütün bunları nəzərə alaraq, cərimələrin silinməsinə və avtomobilin texniki baxışdan keçirilməsinə köməklik göstərməsi xahiş edilmişdir. Məhkəmə “Bakı Peşə Təhsil Mərkəzi” X7 balansında olan “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobilin DİN-nin BDYPİ-nin Müayinə Mərkəzlərində texniki baxışdan keçməsi üçün hər hansı dövlət rüsumundan azad olma halını nəzərdə tutmamışdır. “Dövlət rüsumu haqqında” Qanunun 18.65.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə: 18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat; 18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 manat müəyyən edilmişdir. Həmin qanunda dövlət mülkiyyətində olan nəqliyyat vasitəsinin dövlət rüsumundan azad olmasına dair hər hansı müddəa göstərilməmişdir. Buna görə də, “Bakı Peşə Təhsil Mərkəzi” X7 balansında olan “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobilin DİN-nin BDYPİ-nin Müayinə Mərkəzlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəyərək texniki baxışdan keçməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsində nəzərdə tutulmuşdur: İ. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. İİ. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İİİ. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) həyata keçirirlər. İV. Nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir. V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Vİ. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Vİ-İ. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi; 3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 4) dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; 4-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. Vİ-İİ. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin Vİ-İİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində. Vİİ. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; 2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya ödənilməsi barədə sənədi; Vİİ-İ. Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılır. Vİİ-İİ. Texniki baxış keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vİİİ. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir . Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının X3 vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının X3 vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur. Müvafiq icra hakimiyyəti orqanının X3 nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir. İX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin DİN-in BDYPİnin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan həmin qərar dəyişdirilmədən, X4 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daxili İşlər Nazirliyinin BDYPİ-nin DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, EQ 28309047 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, X4 şikayəti isə təmin edilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar