Məhkəmə qərarları › İş №3(002)-1636/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1636/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1636/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxxxxxx” MMC-də fəhlə kimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Rzayev X7 rayon məhkəməsinin 2(002)-1940/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1940/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-941/2013 saylı xx xxxx 2013-cü il il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artılaraq cavabdeh Şəxs iddiaçə X2 xeyrinə xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günədək ödənilməmiş 2240 manat aliment borcu yaranmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxx 2020ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1940/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-941/2013 saylı xx xxxx 2013-cü il il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artılaraq cavabdeh Şəxs iddiaçə X2 xeyrinə xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclunun hal-hazırda 2240 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. O öz izahatında daha sonra borclu ilə öz aralarında razılığa gəldikləri üçün borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmişd və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1940/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-941/2013 saylı xx xxxx 2013-cü il il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artılaraq ondan iddiaçı X2 xeyrinə xx xxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanədək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda o “xxxxxxx” MMC-də fəhlə kimi çalışır və qısa bir zamanda aliment borcundan ödənişlər edəcəkdir. Bundan başqa hazırda tələbkar ilə öz aralarında razılığa gəldikləri üçün barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmiş və yaxın müddətdə borclarını tam şəkildə ödəyəcəyini söz vermişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər heç bir yerdə işləməklə aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. Hal-hazırda özünün deməsinə görə rəsmi işə düzəlmiş və qısa müddətdə borcunu ödəyəcəyini bildirmişdir. Bundan başqa tələbkarın məhkəməyə təqdim etdiyi ərizədə isə borclu ilə öz aralarında razılığa gəldikləri üçün iş üzrə inzibati materiala xitam verilməsini xaiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar