Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1637/2025 12.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialda və protokolda göstərilmişdir ki, Şəxs Hacıbala oğlu 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu lökbatan qəsəbəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Hacıbala oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 12 avqust 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X10 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Hacıbala oğlu 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu lökbata qəsəbəsində “Cənub kafesi” adlanan yeməkxananın qarşısında uca səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşı X4 və digər polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Buna görə də onun barəsində tərtib edilmiş raportu əsas götürərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs Hacıbala oğlunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Hacıbala oğlu öz izahatında bildirmişdir ki, Qaradağ rayonu Puta qəsəbəsində yaşayan tanışı X6 ilə münasibətləri pozulduğundan 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu lökbata qəsəbəsində “Cənub kafesi” adlanan yeməkxananın qarşısında sərxoş vəziyyətdə ucadan danışmışdır. Sonra onu Qaradağ RPİ-nin 10-cu PŞnə aparmışlar. Hər hansı nalayiq ifadə işlətdiyini və polisin qanunu tələblərinə tabesizlik etdiyini xatırlamır. Şahid izahatlarından sonra deyəcəyi hər hansı sözü yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, Şəxs ilə münasibətləri pisləşdiyindən Şəxs 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində “Cənub kafesi” adlanan yeməkxananın qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş, onu narahat etmiş, ətrafda yaxınlıqda yaşayan sakinlər də onun həmin nalayiq ifadələrini eşitmişlər. Şəxs sakitləşdirmək üçün həmin əraziyə gələn polis əməkdaşlarına tabesizlik göstərmiş, həmin polis əməkdaşları ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməkdən imtina etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini istəyir, həmin şəxsədən şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində “Cənub kafesi” adlanan yeməkxananın qarşısında yaşadığı binanın mənzilində olarkən küçədə səs-küy eşidib eyvana çıxarkən 2 nəfər şəxsin küçədə nalayiq ifadələr işlətdiyinin şahidi olmuş. Onların hərəkətləri bina sakinlərinin haqlı narazılıqlarına səbəb olduğuna görə, bu barədə polisə müraciət etmişdir. Onlar polislərin qanuni tələblərinə də məhəl qoymamışlar. Həmin şəxslərdən biri məhkəmə iclasında iştirak edən Şəxsdur. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini istəyir. Məhkəmə iclasında iştirak edən şahid X12, şahid X9 və şahid X5 şahid X1 izahatına oxşar izahat verərək onun deiklərini təsdiqləmişlər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X11 bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində “Cənub kafesi” adlanan yeməkxananın qarşısında X2 və digər ətrafda yaşayan binanın sakinlərinin şikayətləri əsasında həmin yerə polis əməkdaşları ilə birlikdə gedərkən, orada Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyinin, ətrafda yaşayan sakinləri narahat etdiyinin və sakinlərin narazılığına səbəb olduğunun şahidi olmuşdur. Şəxs nizam-intizama dəvət etsə də həmin şəxs onun qanuni tələblərinə əməl etməmişdir. Şəxs sərxoşluğun müayinəsindən keçirmək və izahatının alınması üçün 10-cu PŞ-nə aparmaq istəsə də Şəxs onlarla getməkdən imtina etmişdir. Buna görə də o, həmin əraziyə yardım çağırmışdır. Əraziyə gələn digrə polis əməkdaşlarının köməyi ilə Şəxs 10-cu PŞ-nə aparmaq mükün olmuşdur. Şəxs sərxoşluğun müayinəsindən keçirilmiş və onun sərxoş oldğu müəyyən edilmişdir. Həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 2/45189 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinə nəticəsində saat 21:06-da orta alkoqol sərxoşluğu dərəcəsində olduğu müəyyən edilmişdir. İnzibati qaydada tutulma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 avqust 2025-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi və onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə də, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsi müəyyən edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin daha ciddi xəta olan 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir və ona həmin növdə inzibati tənbeh tədebirinin tətbiqi kifayətdir. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən, saat 16:00dan hesablansın. Şəxs Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1637/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1637/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver