Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1639/2025 12.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, Müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, 15 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs ümumi icraatda birləşdirilmiş Bakı Kommersiya Məhkəməsinin 4 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN serialı, ******* saylı, 12 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 məhkəmə iclasında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)-2314/2020 nömrəli icra sənədinə əsasən "xxxx" Firmasının xeyrinə 7728,84 manat, həmin məhkəmənin 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə 40368,16 manat, həmin məhkəmənin 28 dekabr 2022-ci il tarixli e-2-2(113)- 4313/2022 nömrəli icra sənədinə əsasən “AKA” şirkətinin xeyrinə 9917,50 manat və həmin məhkəmənin 30 may 2023-cü il tarixli e-2-2(113)-1591/2023 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-nin xeyrinə 8513,40 manat pul "xxxx" MMC-dən tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 4 icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası haqqqında "xxxx" MMC-yə bildirişlər göndərilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Komersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2314/2020 nömrəli icra vərəqəsini icra etməkdən boyun qaçırdığına görə və Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 29 noyabr 2021-ci il tarixdə Şəxs barəsində axtarış elan edilmiş, 25 iyul 2022-ci il tarixdə isə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli 3(002)-832/2022 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli icra sənədini 10 gün müddətində könüllü icra etməyəcəyi halda borclu "xxxx" MMC tərəfindən ümumi ödənilməli olan 40368,16 manat pulun 7% icra ödənişinin Qaradağ Rayon İcra Şöbəsinin hesabına tutulması üçün 05 dekabr 2022-ci il tarixdə məcburi icra ödənişi haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 4 icra sənədi 18 avqust 2023-cü il tarixdə ümumi icraatda birləşdirilmişdir. Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 14 may 2024-cü il tarixdə barəsində “borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. 24 aprel 2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli icra sənədinin icrasını təmin etmək üçün ünvan 2 ünvanında 125 saylı Mənzil-Kommunal istismar sahəsinin əməkdaşının iştirakı ilə aparılan yoxlama zamanı Şəxs həmin ünvanda olmadığı müəyyən edilmişdir. 125 saylı mənzil- Kommunal istismar sahəsi 24 aprel 2025-ci il tarixli arayış verərək bildirmişdir ki, Şəxs ünvan 2 ünvanında qeydiyyatda olsa həmin ünvanda yaşamır. Şəxs Bakı Kommersiya Məhkəməsinin 4 icra sənədini icra etməkdən boyun qaçırdığı üçün barəsində 12 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Qardağ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs tərəfindən 12 avqust 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmiş sənədin 24 iyul 2025-ci il tarixli çıxarışında "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisinin Şəxs, hazırki qanuni təmsilçisinin X1 göstərilmiş, lakin həmin sənəd 11 avqust 2025-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmişdir. "xxxx" MMC-nin rəhbəri Şəxs yalnız "xxxx" MMC-nin xeyrinə 3091 manat ödəniş aparmış, digər ödənişlər isə onun tərəfindən icra edilməmişdir. Hal-hazıradək "xxxx" MMC-nin rəhbəri Şəxs borcu 4 icra sənədi üzrə ümumilikdə 63436,9 manat təşkil edir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 4 icra sənədi üzrə ödənişlərin aparılmasından boyun qaçırmamışdır. Həmin icra sənədlərində göstərilən hüquqi şəxslərin qarşısında öhdəlik götürülən zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmuşdur. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri, yəni direktoru deyildir. Həmin şirkət fəaliyyətini dayandırıb, gəlir də yoxdur. Özünün də ürək xəstəliyi vardır, iki dəfə ürək əməliyyatı olunmuşdur, hazırda işsizdir. "xxxx" MMC 24 iyul 2025-ci il tarixdən X3 adına rəsmiləşdirilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Şəxs müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, Şəxs artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri, yəni direktoru deyildir. Hazırda həmin şirkətin rəhbəri 24 iyul 2025-ci il tarixdən X2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan 24 iyul 2025-ci il tarixli sənədin çıxarışı 11 avqust 2025-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinə görə Şəxs deyil, hüquqi şəxsin özü məsuliyyət daşımalıdır. Şəxs Bakı Kommersiya Məhkəməsinin 4 icra sənədi üzrə öhdəliklərin icrasından yayınmamışdır. "xxxx" MMC-nin hazırki rəhbəri X3 icra şöbəsinə dəvət edilib həmin şəxsdən icra sənədləri üzrə ödənişlərin icrasının tələb edilməsi mümkündür. "xxxx" MMC-nin rəhbəri X8 bildirmişdir ki, "xxxx" MMC-nin direktorudur. Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli qətnaməsinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs "xxxx" MMC-nin xeyrinə 40368,16 manat pul ödəməlidir. Lakin məhkəmə qətnaməsinin qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq Şəxs həmin qətnaməni icra etməmişdir. Buna görə də, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini istəyir. "xxxx" firmasının rəhbəri X6 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)-2314/2020 nömrəli qətnaməsinə əsasən "xxxx" MMCnin rəhbəri Şəxs "xxxx" Firmasının xeyrinə 7728,84 manat pul ödəməlidir. Buna baxmayaraq, Şəxs həmin qətnaməni icra etməmişdir. Əslində "xxxx" MMC-nin hazırki rəhbəri yenə də Şəxsdur. Sadəcə olaraq Şəxs öhdəliyini yerinə yetirməkdən boyun qaçırmaq üçün guya həmin hüquqi şəxsin rəhbərinin başqa şəxs olduğunu bildirir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)-2314/2020 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 7728,84 manat pul vəsaiti alınaraq "xxxx" Firmasının xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 40368,16 manat pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli e-2-2(113)-4313/2022 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 9917,50 manat pul vəsaiti alınaraq “AKA” şirkətinin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli e-2-2(113)-1591/2023 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 8513,40 manat pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlardan və tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)-2314/2020 nömrəli, 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli, 28 dekabr 2022-ci il tarixli e-2-2(113)- 4313/2022 nömrəli və 30 may 2023-cü il tarixli e-2-2(113)-1591/2023 nömrəli icra sənədləri üzrə Qaradağ Rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və "xxxx" MMC-yə tələbin 10 gün ərzində könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəisinə ünvanladıqları xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubların surətlərindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli e-2- 2(113)-770/2021 nömrəli icra sənədinin könüllü icrası üçün verilmiş müddətdə tələb təmin olunmadığı üçün borclunun bank hesablarına həbs qoyulmuş, lakin həmin hesablarda pul vəsaiti aşkar olunmamışdır. Bundan əlavə “Elektron icra” informasiya sistemi vasitəsi ilə aparılan araşdırma zamanı borclu "xxxx" MMC-nin fəaliyyətinin dayandırıldığı müəyyən edilmiş, həmçinin həmin şirkətə məxsus tələbin yönələ biləcəyi daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Bundan sonra "xxxx" MMC-nin rəhbəri Şəxs ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq o, şöbəyə gəlməkdən imtina etmiş və icra sənədinin icrasını təmin etməmişdir. Sözügedən sənədin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri Şəxs axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Qaradağ rayon polis idarəsinə göndərilmiş və 10 dekabr 2021-ci il tarixdə onun barəsində mülki axtarış işi açılmışdır. "xxxx" MMC-nin rəhbəri Şəxs 25 iyul 2022-ci il tarixdə Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən Qaradağ rayon icra şöbəsinə gətirilmiş və həmin tarixdə barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq o, şöbəyə gəlməkdən imtina etmiş və icra sənədinin icrasını təmin etməmişdir. Borclunun axtarışı haqqında 29 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2314/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləyən Şəxs yaşayış yerini aşkar etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon polis idarəsinin Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə ünvanlandığı 27 dekabr 2021-ci il tarixli, 22056-1221 nömrəli məktubunun surətindən görünür ki, Şəxs barəsində 31450/21 nömrəli axtarış işi açılmışdır. Şəxs yerini müəyyən edib Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təmin olunması istiqamətində bütün zəruri tədbirlər keçirilərək qısa zamanda qərarın icrası təmin olunacaqdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-832/2022 nömrəli iş üzrə qəbul olunan 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e- 2-2(113)-2314/2020 nömrəli, 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli, 28 dekabr 2022-ci il tarixli e-2-2(113)-4313/2022 nömrəli və 30 may 2023-cü il tarixli e-2- 2(113)-1591/2023 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun axtarışı haqqında 14 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləyən Şəxs yaşayış yerini aşkar etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 24 aprel 2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli icra sənədinin icrasını təmin etmək üçün ünvan 2 ünvanında 125 saylı Mənzil-Kommunal istismar sahəsinin əməkdaşının iştirakı ilə aparılmış yoxlama nəticəsində Şəxs həmin ünvanda olmadığı müəyyən edilmişdir. 125 saylı mənzil-Kommunal istismar sahəsi 24 aprel 2025-ci il tarixli arayışından görünür ki, Şəxs ünvan 2 ünvanında qeydiyyatda olsa həmin ünvanda yaşamır. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, onun yaşayış yeri ünvan 6 ünvanıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 24 iyul 2025-ci il tarixli sənədin çıxarışında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan xx.xx.2025-ci il tarixli çıxarış 11 avqust 2025-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmişdir. Həmin çıxarışda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki təmsilçisinin Şəxs, hazırki təmsilçisinin isə X1 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli e-2-2(113)- 2314/2020 nömrəli, 09 fevral 2021-ci il tarixli e-2-2(113)-770/2021 nömrəli, 28 dekabr 2022-ci il tarixli e-2-2(113)-4313/2022 nömrəli və 30 may 2023-cü il tarixli e-2-2(113)- 1591/2023 nömrəli icra sənədləri üzrə "xxxx" Firmasının, "xxxx" MMC-nin, “AKA” şirkətinin və "xxxx" MMC-nin qarşısında öhdəliklər daşıdığı vaxt Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur. Buna görə də, Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1639/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1639/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver