Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1642/2025 12.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Azərbaycan Respublikası Bakı şəhəri X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 99XX334 dövlət qeydiyyat nişanlı Mercedes Benz S320 CDİ markalı avtomobilin qanuni sahibidir. 09 avqust 2025-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanında hərəkətdə olarkən burada yerləşən stasionar DYP postunda bir ypx əməkdaşı tərəfindən saxlanılmışdır. Maşınına yaxınlaşan digər ypx inspektoru (X2) saxlanma səbəbi kimi avtomobilimdə “qeri-qanuni” LED işiqlardan istifadə edilməsini göstərmişdir. O, bu iddiayla bağlı ona İXM-də nəzərdə tutulduğu kimi protokol tərtib edilməsini xahiş etmişdir. Bunu eşidən Hüseynzadə Rəşad əsəblərinə hakim ola bilməyərək onunla mübahisə etməyə başlamış, ailəsinin yanında onunla aşağılayıcı tərzdə danışaraq, ilk öncə onun maşınını heç bir sənəd tərtib etmədən, özbaşına müvəqqəti duracağa yerləşdirməyə cəhd göstərmişdir.Halbuki İXM 96-cı maddəsində sürücünün nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması üçün səbəblər göstərilmişdir. Protokol tərtib olunmadan maşını heç yerə aparmayacağını eşidən Hüseynzadə onu maşınından çıxararaq nəqliyyat vasitəsinə baxış keçirtmək istəyini ifadə etmişdir. Bununla da bağlı İXM 93-cü maddəsində nəzərdə tutulmuş və YPX haqqında təlimata 21 saylı əlavədə göstərilən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib etməsini istəmişdir. Bunu görən inspektor onun normativ-hüquqi aktlar haqqında anlayışı olduğu ilə barışa bilməyib, onu polisə tabesizliklə haqqında tədbir görəcəyi ilə hədələmişdir. Bütün bunları nəzərə alaraq, YPX inspektoru tərəfindən vəzifə səlahiyyətlərinin aşılması faktı tərəfindən maşında quraşdırılan videoqeydiyyatçının koməyi ilə qeydə alınmışdır. Hadisə zamanı 3cü bir inspektor tərəfindən hadisə yerindən yayındırılan Hüseynzadənin əvəzinə ona yaxınlaşan həmin inspektor tərəfindən qayda pozuntusunun olub-olmadığı araşdırılmadan, işin halları nəzərə alınmadan barəsində İXM-nin 342.5 maddəsinə uyğun olaraq qərar tərtib edilmişdir.Bildirir ki, İXM-də və digər hüquqi sənədlərdə "LED" ifadəsi ümumiyyətlə istifadə olunmur. Avtobomilin xarici işiq cihazlarında istifadə edilən lampalar avadanlıq hesab edilmir, istifadə edilən lampaların halogen və ya led olması barədə heç bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 1999-ci il tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda LED lampalar barədə qadağa yoxdur.Hesab edir ki, YPX inspektoru tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərar da qanunsuz qəbul edilib. X2 tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur.Qeyd edilənlərə əsasən 09 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X3 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Baş X6 İdarəsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X3 barəsində qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.5ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansı normativ tələblər pozulmasını müəyyən etmədən müvafiq mütəxəssis rəyi alınmadan əsassız olaraq X3 barəsində inzibati qərar qəbl edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1642/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1642/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver