Məhkəmə qərarları › İş №3(002)-165/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-165/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-165/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə, İnzibati tənbeh vemə haqqında qərarı qəbul etmiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ilə hərəkət edirdi. O, xx.xx.2024-cü ildə saat 08:30-da adəti üzrə sola dönmə işığını yandıraraq, sol yan güzgüdən arxada avtomobilin olmadığını müəyyənləşdirib, qarşıdan gələn avtomobil olmadığı üçün dönmə manevrinə başlamışdır. Sola dönməni yenicə başlamışdı ki, arxadan qarşı zolağa çıxaraq ötmə əməliyyatı edən avtomobil yüksək sürətlə arxadan ona çırpılmışdır. Həmin yol ayrıcında manevr etmək qadağan deyil və həmin ərazi həyətə giriş sayılır. Qaradağ Rayon DYPŞ əməkdaşı polis baş leytenantı X1 tərtib etdiyi TP 688449 saylı Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qarşı tərəfə çıxmadan manevr etmə qaydasını pozmaqda təqsirli bilinmişdir. Halbuki, arxadan gələn avtomobil "X8" Qanunun 51-ci maddəsinin İ-ci bəndinin 2-ci yarımbəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, özündən öndə gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir. Özü isə sola dönmə siqnalını yandırmışdır. X8" Qanunun V-ci bəndinin 1-ci yarımbəndinə əsasən ötmə nizamlanan yolayrıclarında əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Digər vacib məqam isə hadisə baş verən yerdə (sola həyətə giriş olan hissə istisna olmaqla) 1.1 üfüqi nişanlanma xətti mövcuddur. Belə üfüqi nişanlanma olan yerlərdə isə ötmə qadağandır. Həm də hadisəni törədən sürücü yüksək sürətlə hərəkət edirdi. Onu vuran avtomobil 60km/h sürətlə hərəkət etsəydi o idarə etdiyi avtomobili saxlaya bilərdi. Qeyd olunan ərazidə azacıq dönmə olduğundan görüntü məhduddur. X8" Qanunun 51-ci maddəsinin V-ci bəndinin 5ci yarımbəndinə əsasən ötmə yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Göstərilənləri nəzərə alaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, qeyd etmişdir ki, hadisə baş vermiş yolda əvvəllər müvafiq yol nişanı mövcud olmuş, lakin indi həmin nişan sıradan çıxmış olduğu halda, hazırda müvafiq qurum tərəfindən yol nişanı bərpa edilməmişdir. Həmin yolda ötmə manevri etmək olmaz, buna baxmayaraq digər sürücü ötmə manevri etməyə cəhd etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vemə haqqında qərarı qəbul etmiş şəxs X2 izahatında bildirmişdir ki, şikayət vermiş şəxs X8 Qanunun 42-ci maddəsinin tələbini pozmuşdur. Yolun həmin hissəsində müvafiq yol nişanı əvvəllər mövcud olmasından asılı olmayaraq, hadisə günü hansısa səbəbdən mövcud deyildirsə və bərpa edilməmişdirsə, o zaman qarşı tərəfdə təqsir müəyyən edilmir. Hadisə məhz şikayət vermiş şəxsin idarə etdiyi avtomobilin sola manevr etməsi səbəbindən baş vermişdir. Müvafiq nişan yol üzərində mövcud deyildirsə digər avtomobillər həmin yolda maneəsiz düz hərəkət edə bilərlər. Yolun həmin hissəsində hər hansı yol nişanı mövcud deyil və ora məhəllənin giriş-çıxışı hesab edilir. Göstərilənləri nəzərə alaraq, qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:30-da Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində “Nissan March” minik markalı **- GQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X3 Qaradağ RPİ DYPŞ-də verdiyi izahatına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində idarə etdiyi “Nissan March” minik markalı **-GQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sola dönmək məqsədilə dönmə işığını yandırıb sola dönərkən arxa sol tərəfdən Kia-Rio markalı avtomobil ötüb keçmək istəyərkən, maşının sol-ön hissəsindən vurmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X4 Qaradağ RPİ DYPŞ-də verdiyi izahatına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində idarə etdiyi “Kia-Rio” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən o, düz yol ilə hərəkət edən zaman sağ tərəfdən avtomobilin yan və arxa hissəsini “Nissan March” markalı avtomobil vurmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il 8/458 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “Nissan March” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Kia Rio markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materialında olan 01 ədəd CD diskə əlavə olunmuş görüntülərdən aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi küçədə hərəkət ikitərəfli, gediş-gəlişli tənzimlənir. Kia markalı avtomobil ötmə əməliyyatı aparıb sol zolaqla hərəkət edən zaman Nissan markalı avtomobil sola dönərkən qabaq sol qanad və bamper hissəsi Kia markalı avtomobilin sağ qabaq və arxa qapılarına dəymişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, T.R.Vəlizadənin şikayətinin dəlillərini işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə, ekspert rəyinə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi T.R.Vəlizadə xx.xx.2024-cü il tarixdə saat 08:30-da Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində “Nissan March” minik markalı **-GQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuş və nəticədə inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində də qeyd olunduğu kimi “Nissan March” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X8” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar