Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1652/2024 03.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Xocalı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs ASC əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sonuncunu elektrik montyoru vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 protokolu müdafiə edərək bildirdi ki, Şəxs ASC-dən daxil olmuş məlumatla işçi X1 iş icra edən zaman xəsarət aldığı məlum olmuşdur. Məlumatla bağlı araşdırılma aparılması məqsədilə ƏMAS sistemində həmin işçi barədə məlumatlar əldə edilərkən onun əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində bağlandığı müəyyən edilmişdir. Belə ki, işçinin əmək müqaviləsinin bağlanması haqqında bildiriş rəsmi sistemə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyi halda, sonuncunun işlərə xx.xx.2023-cü il tarixdən etibarən cəlb edildiyi məlum olmuşdur. Şəxs ASC tərəfindən tərtib edilmiş iş vaxtının uçotu tabelindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə 8 saat müddətində işlədiyi qeyd edilmiş və ona həmin tarix üçün əmək haqqı hesablanmışdır. Eləcə də həmin sistemdən əldə edilmiş müvafiq bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il olaraq göstərilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, X1 əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixdən ona həvalə edilmiş işləri icra etməyə başlamışdır. Müqavilə rəsmiləşdirilmədən sonuncu heç bir işə cəlb edilməmişdir. Sadəcə olaraq İnsan Resursları şöbəsinin mütəxəssisi tərəfindən iş vaxtının uçotu tabelində X1 ASC-də 8 saat işlədiyi səhvən qeyd edilmişdir. Həmçinin əmək müqaviləsi haqqında bildirişin xx.xx.2023-cü il tarixdə ƏMAS sisteminə yerləşdirilməsinin əsas səbəbi daha öncəki gün sistemdə baş vermiş nasazlıq səbəbindən rəsmiləşdirilmənin uğursuz aparılması ilə bağlı olmuşdur. Hüquqi şəxs barədə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs ASC əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X1 işlərin icra edilməsi üçün onunla bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində sonuncunu işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəxs ASC tərəfindən tərtib edilmiş iş vaxtının uçotu tabelindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə 8 saat müddətində işlədiyi qeyd edilmişdir. İş materiallarında olan ƏMAS sistemindən X4 barəsində əmək müqaviləsi bildirişində X1 işə başlama tarixi xx.xx.2023-cü il olaraq qeyd edilir. İş materiallarında olan X1 izahatından görünür ki, o xx.xx.2023-cü il tarixdə Şəxs ASC-də elektrik montyoru vəzifəsinə işə qəbul edilərək, əmək müqaviləsi imzalamışdır. Lakin, müqavilənin rəsmiləşməsi ayın 23-ü aparıldıqdan sonra əmək fəaliyyətinə başlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əmək müqaviləsi olmadan Şəxs ASC-də elektrik montyoru vəzifəsində işləmişdir. Belə ki, ona həmin gün üzrə əmək haqqı ödənilmiş və bu fakt inzibati xəta haqqında iş üzrə icraat materialına əlavə olunmuş Şəxs ASC tərəfindən tərtib edilmiş 2023-cü ilin noyabr ayı üzrə iş vaxtının uçotu tabeli ilə də təsdiqini tapır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs ASC işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrə əməl etməmiş və bununla da inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1652/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1652/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver