Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1657/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımının komandiri, polis mayoru X5, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımın baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X3, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımın YPX inspektorları, polis serjantı X1 və polis baş serjantı X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 09 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən YPXA-nın 719 saylı postunda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 avqust 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 09 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən YPXA-nın 719 saylı postunda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Protokolu Yol-Patrul Xidməti Alayının Vİ tağımın baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 və Qaradağ RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı Rüstəm Abdulovun raportlarına əsasən tərtib etmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımın komandiri, polis mayoru X11 verdiyi izahatında sürücü Şəxs, normaya düşən çəkidən artıq miqdarda mişar daşı daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən barəsində tədbir görülməsi məqsədilə saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq avtomaşını saxlamır, saxladıqda isə polis əməkdaşlarına yenə də tabesizlik göstərərək barəində protokol tərtib etməyə imkan vermir, avtomaşının tərəzidə çəkilməsinən yayınaraq özbaşına avtomaşını sürüb getməklə polis əməkdaşlarının həyatı üçün də təhlükə yaradır. Şəxs əvvəllər də tabe olmamasını bildirərək barəsində daha ciddi tədbirlər görülməsini, əks halda onun hərəkərlərinin gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara biləcəyini və onun yol nəqliyyat hadisəsi törətməsi ehtimalının yüksək olduğunu bildirərək sonuncunun barəsində həbslə bağlı olan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında da sonra bildirmişdir ki, Şəxs inzibati pozuntu törətməklə bərabər öz hərəkətlərinə haqq qazandırmaq məqsədilə bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməklə yalan və çaşdırıcı məlumatlar verməklə polis əməkdaşlarının qanuni fəaliyyətinə xələl gətirməklə məşğul olur. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımın baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X8 öz izahatında göstərmişdir ki, 02 avqust 2023-cü il tarixdə DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Vİ tağımın YPXBİ-nin inspektoru Kəlbəliyev Şeydabəy xidməti ərazidə “Kamaz 55111” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yükdaşıma qaydasının pozulması vizual qaydada müşahidə olunduğundan saxlama işarəsi verilmiş, sürücü YPX əməkdaşının saxlama tələbini yerinə yetirmədən hərəkətini davam etdirmiş və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaratmışdır. 08 avqust 2023-cü il tarixdə YPXAnın polis baş serjantı X12 xidmət ərazidə xidmətdə olarkən yenə də həmin avtomaşın yük daşıma qaydasını pozmuş və dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq o təkrarən polisin qanuni tələbini, yəni nəqliyyat vasitəsini saxlama tələbini yerinə yetirməmiş, qarşıda görülmüş tədbirlər əsasında saxlanılmış, YPX əməkdaşı ona yaxınlaşaraq qanun pozuntusunu və saxlama səbəbini ona izah etmiş, nəqliyyat vasitəsindən düşməsini tələb etmiş, o polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmiş, mübahisəli vəziyyət yaratmış və qəflətən sürətləndirməklə polisin üzərinə doğru sürüb həyati təhlükə yaratmaqla ərazidən uzaqlaşmışdır. Qeyd olunan nəqliyyat vasitəsi görülmüş tədbirlər nəticəsində 09 avqust 2023-cü il tarixdə qumla dolu vəziyyətdə Bakı istiqamətində hərəkətdə olarkən saxlanılmış, ona törətdiyi inzibati pozuntularla bağlı protokol tərtib ediləcəyi bildirilsə də o buna etiraz edərək polisin qanuni tələbinə tabe olmamışdır. O öz izahatında daha sonra göstərmişdir ki, sürücü Şəxs göstərilən faktlarla bağlı sosial şəbəkələrdə şər və böhtan xarakteri daşıyan, polisin şərəf və ləyaqətini alçaldan, ictimaiyyətdə mənfi fikirlərin yaranmasına səbəb olan hallara yol verir. Odur ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım YPX inspektoru, polis baş serjantı X12 öz izahatında qeyd etmişdir ki, 08 avqust 2023-cü il tarixdə, saat təxminən 19:20 radələrində xidmətdə olarkən “Kamaz” markalı, ** BT *** dövlət nömrə nişanlı yük maşının sürücüsünün rayon istiqamətində yük daşıdığını, həmin yüklərin normaya uyğun olaraq altı cərgə deyil yeddi cərgə olduğunu görmüşdür. Buna görə də o xidməti avtomobildə sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin yaxınlığına gələrək ona saxla işarəsi vermiş, lakin sürücü avtomobili saxlamamışdır. O sürücüyə maşından düşməsini bildirdikdə sürücü maşını onun üzərinə sürmüşdür. O qeyd olunan hadisəsini videolentə almış və DİN-in BDYPİ-nə təqdim etmişdir. Hal-hazırda da sürücü barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım YPX inspektoru, polis serjantı X4 öz izahatında 02 avqust 2023cü il tarixdə günorta saatlarında xidmətdə olarkən vətəndaş Şəxs “Kamaz” markalı, ** BT *** dövlət nömrə nişanlı yük maşınına saxla işarəsi verdiyini, lakin sürücünün buna məhəl qoymayaraq maşını sürüb getdiyini bildirmişdir. Odur ki, sürücü varəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində üç azyaşlı uşağı var. X22 müharibəsində fəal iştirak etmiş və “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Rəsmi qaydada heç bir yerdə işləməsə də ailəsini dolandırmaq məqsədilə atasına məxsus “Kamaz” markalı, ** BT *** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı- Cəlilabad arası yük daşıma işi ilə məşğul olur. 09 avqust 2023-cü il tarixdə, saat 20:00 radələrində 719 saylı postda YPX əməkdaşı ona saxla işarəsi vermiş və o avtomaşını saxlamışdır. O həmin vaxt qum yükü ilə Cəlilabad rayonundan Bakı istiqamətində gəlirmiş. Polis əməkdaşı ona 08 avqust 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmadığını bildirmişdir. O, polis əməkdaşına saxlanılması barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş, YPX əməkdaşları PPX əməkdaşlarını köməyə çağırmış və onu 11-ci Polis Bölməsinə gətirmişlər. O öz izhaatında daha sonra özünün nümunəvi sürücü olduğunu, yol polisi əməkdaşlarına qarşı nə real həyatda nə də sosial şəbəkədə hər hansı qaydada nalayiq ifadələr işlətmədiyini, sadəcə əsəbləri yerində olmadığı üçün polis əməkdaşlarının qanuni tələbinə emosional reaksiya verdiyini, halhazırda törətdiyi əməldən peşiman olğunu və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 02 və 08 avqust tarixlərində mişar daşı ilə dolu vəziyyətdə Bakıdan rayon istiqamətində hərəkətdə olarkən polisin saxla işarəsinə məhəl qoymayaraq avtomaşını əvvəlcə saxlamamış və sonradan isə avtomaşının yükü ilə bağlı tərəzi məntəqəsinə getməkdən imtina etməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin işitrakı ilə yuxarıda qeyd olunan hadisənin görüntülərini özündə əks etdirən video disklərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 02 və 08 avqust tarixlərdə Şəxs “Kamaz 5511” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini mişar daşı ilə dolu vəziyyətdə Bakıdan rayon istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu 719 saylı postda saxlama işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, sonradan polis əməkdaşının müdaxiləsi nəticəsndə avtomaşını saxlasa da sənədlərini təqdim etməkdən və avtomaşının yükünün miqdarının müəyyən edilməsi məqsədilə tərəzi məntəqəsinə getməkdən imtina edərək həqiqətən də yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa videodiskə baxış zamanı o da müəyyən edilmişdir ki, Şəxs avtomaşınla hərəkətdə olarkən polis əməkdaşlarının onu qanunsuz saxlamasına iradını bildirərək “Tik-Tok” sosial şəbəkəsinə videolar paylaşmışdır. Həmin videolarda polisin ünvanına hər hansı təhqiramiz və ya nalayiq ifadələr işlədilməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı Şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılarkən avtomaşını polis əməkdaşlarının üzərinə sürməsi, yaxud onların ünvanına hər hansı nalayiq ifadələr işlətməsi faktı öz təsdiqini tapmamışdır. İnzibati materiala əlavə edilmiş 09 avqust 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 09 avqust 2023-cü il tarixdə saat 22:15-də tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqiətən də İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş və “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç azyaşlı övladı var. Bunlar 20 dekabr 2016-cı il təvəllüdlü X13, 12 noyabr 2017-ci il təvəllüdlü X14 və 29 iyun 2019-cu il təvəllüdlü X9r. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmaqla bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1657/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1657/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver