Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1657/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4095/2008 saylı, 06 noyabr 2008-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4095/2008 saylı, 06 noyabr 2008-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs dəyəri 700 manat olan 01 ədəd İtaliya istehsalı 29 brilyant qaşlı qızıl nişan üzüyü, dəyəri 1.700 ABŞ dolları olan İtalya istehsalı brilyant qaşlı qızıl sırğa-üzük dəsti, dəyəri 2.500 dollar olan İtaliya istehsalı briliyant qaşlı boyunbağı-bilərzik dəsti, həmin əmlaklar olmadıqda onların manata məzənnəsi ilə dəyəri, eyni zamanda 150 manat məbləğində məzuniyyət haqqı pulunun alınaraq X3 verilməsi, bundan başqa Şəxs stenka mebeli 02 dənə, şifoner və 01 ədəd servant 280 manat və 500 manat, televizor altı və jurnal stolu 100 manat və 24 manat, divan- kreslo dəsti 500 manat, 1 stol və 6 stul dəsti 180 manat, qoşa divan-krovat - 180 manat, 1 ədəd tək krovat - 40 manat, 1 dənə trilyaj - 60 manat, 2 dənə lüstr -110 manat, 2 dənə pərdə 150 manat, 2 dənə karniz - 44 manat, 2 dənə musiqi mərkəzi - 400 ABŞ dolları, maqnitofon - 15 manat, tozsoran - 50 manat, ütü - 14 manat, ət maşını - 14 manat, 2 gǝvə 100 manat, 3 dənə saat 24 manat, 11 dəst servis 250 manat, 1 dənə divan üstü pokrival - 40 manat, 2 dənə kreslo üstü pokrival - 20 manat, 1 dənə tək krovat üçün pokrival - 40 manat, 3 dost kosmetika «FlorMar» firması 300 manat, gəlinlik güzgü 2 ədəd şamdan qabı - 30 manat, iş paltarı - 20 manat və sənədlər (diplom və metirkası), yay xalatı 16 manat, 2 şalvar, kofta 32 manat, hamam dəsti 70 manat, 1 dənə qol saatı titan - 6 manat, stolüstü klyonka - 3 manat, 1 dənə hamam güzgüsü və sabun pasta dəsti 5 manat, Madonna servis (kasa, boşqab, bulud, qaşıq) - 90 manat, 1 dənə qoşa divan- krovat üçün pokrival - 36 manat, 5 dənə döşək, 5 yorğan, 8 dənə yastıq, 1 dəst divan və krovat üçün yastıqça, 6 ədəd stolüstü döşəkcə, 4 ədəd divan kroslo üçün balaca döşəkçə, 2 dənə güldan 20 manat, 1 ədəd veşilka 18 manat, suqızdırıcı - 3 manat, 2 dənə torşer - 16 manat, 2 dənə plitka - 12 manat, 16 dəst yasdıq üzü - 40 manat, 12 dəst çexol, prostina 120 manat, 13 dəst stolüstü klyonka 90 manat, 14 ədəd şirniyyat bişirilən və 1 dənə qoz bişirilən qab - 18 manat, qazan dəsti 6 qazan, 2 tava - 25 manat, 1 dənǝ qab-qaşıq yığılan - 5 manat, ayaqqabı yığılan - 5 manat, vannalar (mavi, qırmızı, şabalıdı dəmirdən) 16 manat, xrustal vazalar 2 böyük və 2 ədəd balaca-52 manat, şirniyyat qabı 6 dənə 36 manat, tort qabı xrustal - 8 manat, kəpkir və qaşıq desti 6 böyük və 6 kiçik, 6 çəngəl və 6 bıçaq - 18 manat, 8 padnos ve onlardan ikisi xrustaldan 11 manat, tava - 28 manat, çörəkqapı 4 dənə 10 manat, 2 çaydan ve 1 çaynik (jaronnik) 2 dənə - manat, 10 ədəd şifoner üçün veşilka - 5 manat qond pesok, düyü yığılma qabları - 4 manat, 2 eded pendir yığmaq üçün baçok - 8 manat, 2 dest obedni servis - 112 manat, 2 dənə xrustal meyvəqabı - 18 manat, giləmeyvə və 2 xrustal konfet qabı - 36 manat, 1 dənə 3 mərtəbə stolüstü vaz - 12 manat, 1 dənə balaqazan dəsti ( ağ içinde 3 qazan) - 5 manat, 2 böyük və 4 kiçik ləyən - 12 manat, 1 dana 3 mərtəbə tərəvəz yığılan qab - 5 manat, xrustal qend ve pesokqabı 2 eded - 30 manat, tort qabı qaşıq ilə - manat, 14 manat, 2 dənə aş süzən 12 manat, salat boşqabı və balaca kasa (hərəsindən 12 ədəd) 48 manat, içki üçün balaca stəkanlar 12 ədəd 6 manat, 24 stokan dəsti və 24 nəlbəki dəsti (ağ güllü) - 20 manat, 4 ədəd vedrə ikisi dəmir və ikisi kapron - 14 manat, 1 qazan dəsti - 6 dənə qırmızı - 15 manat, mürəbbə üçün 12 ədəd razetka - 8 manat, balaca dairəvi qab 12 manat, 24 ədəd paltar üçün şpilka - 2 manat, 12 ədəd duz qabı - 6 manat, 3 ədəd süzgəc 2 manat, 1 ədəd ələk 2 manat, 2 kruşka qara 2 manat, 1 ədəd sokçakan 3 manat, qab setkası 2 dənə 50 qəpik, sarımsaq döyən dəsti - 6 manat, 1 ədəd paltar, 2 dənə ayaqqabı şotkası - 2 manat, süni güller 10 manat, 1 dənə çıraq - 5 manat, 1 dənə əllik və 6 dənə əl dəsmalı (solfetka)- 4 manat, qab-qacaqlar - 8 sabun qabları (sarı, qırmızı, mavi) 1 manat 50 qəpik, 1 dənə qırmızı zibil qabı - 4 manat, dənə qazan altı - 2 manat, çay və edva yığmaq dəsti - 3 manat, 1 dənə xəngəlsüzən - 4 manat, konvet qabı və 6 ədəd lotka 8 manat, 2 dənə abgerdan 1 manat, 1 dənə qozqıran 3 manat, 1dənə bankaağzı açan -1 manat, 1 dənə qırmızı güzgü 1 manat, 1 yolka ağacı ve bəzək oyuncaqları - 10 manat, 1dənə çömçə 1 manat, süpürgə, xəkəndaz, pol ağacı manat, 1 dənə milçək öldürən 20 qəpik, 1 dənə stonok dasti 2 manat, oxlov və duvaq heresindən iki ədəd 4 manat, 7 böyük, 11 balaca məhraba 28 manat, stolüstü cay dəsmalları 10 ədəd - 5 manat, 2 dənə çəhrayı vaz qendqabı - 10 manat, 2 dənə böyük perde gülleri (qırmızı, mavi) 7 manat, 1 dənə gülqabı və güldan altı (qırmızı) - 9 manat dəyərində əmlaklar və ya onların dəyərində pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4095/2008 saylı, 06 noyabr 2008-ci il tarixli icra sənədi 05 yanvar 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq icra tədbirləri həyata keçirilmiş və icra sənədi "İcra haqqında" Qanunun 23.1.3 23.1.5-ci maddələri ilə 24 oktyabr 2011-ci il tarixdə qərar qəbul edilərək Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. 24 oktyabr 2011-cü il tarixli "icra sənədinin məhkəməyə qaytarılması haqqında" qərarda göstərilmişdir ki, icra sənədinin icrası 31 may 2011-ci il tarixə təyin edilmiş və bu barədə tələbkara xəbərdarlıq məktubu göndərilmiş, lakin tələbkar icra yerinə gəlməmiş və öz hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olmuşdur. Eyni zamanda Şəxs əmlak vəziyyəti yoxlanılmış, lakin onun adına qanuna müvafiq qaydada tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu səbəbdən qızıl-zinət əşyalarının dəyərini ödətdirmək mümkün olmamışdır. Buna görə də icra vərəqəsi Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan xeyli müddət keçdikdən sonra, yəni 2023-cü ilin may ayında tələbkar Bakı Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq 06 noyabr 2008-ci il tarixli 2(103)-4095/2008 saylı qətnamə əsasında verilmiş icra vərəqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə görə İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qaİxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4095/2008 saylı, 06 noyabr 2008-ci il tarixli icra vərəqəsinin dublikatı icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 24 may 2023-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Tələbkarın hal-hazırda həm aliment, həm də əmlak tələbi var. Borclu rəsmi qaydada işləməməklə hər hansı bir gəlirə malik olmasa da əlil kimi təxminən 971 manat təqaüd alır. Buna görə də tələb onun təqaüdünə yönəldilmişdir. Borclunun təqaüdündən hər ay bir uşağa görə 25 faiz və əmlak tələbinə görə əlavə 25 faiz, yəni ümumilikdə 50 faiz pul tutulmağa başlanılmışdır. Lakin borclu həmçinin ikinci dəfə boşanmaqla digər evliliyindən olan iki uşağının saxlanması üçün pensiya məbləğinin 50 faizi miqdarında aliment tutulması qət edilmişdir. Buna görə də borclunun təqaüdündən əmlaka görə tutma qanuna müvafiq olaraq dayandırılmış və borclunun özünün yazılı razılı ilə aldığı təqaüdün 25 faizi bir uşağa görə, 50 faizi isə digər iki uşağa görə, yəni ümumilikdə 75 faiz tutulmalar aparılmağa başlanılmışdır. Buna qədər borclunun əmlakla bağlı borcundan indiyədək 1528,20 manat tutulmuş, təqribən 11000 manat borcu qalmaqdadır. Hal-hazırda borclu hazırki iş üzrə ümumi 75 faiz tutulan alimentdən başqa hər ay təqaüdündən 160 manat yəni, təxminən 17 faiz məbləğində pulun da tutulmasına etiraz etməyərək bu barədə ərizə ilə icra şöbəsinə müraciət etməyə razıdır. O öz izahatında daha sonra götərmişdir ki, borclunun bu təklifi ilə bağlı tələbkara bildirilmiş və tələbkar da buna etiraz etməmişdir. Belə olan halda borclu tələbkara alimentə görə təxminən 240 manat, əmlak borcuna görə isə 160 manat, ümumilikdə təxminən ayda 400 manat ödəməyə razı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilsə də tələbkar hal-hazırda Zabrat qəsəbəsində yerləşən xəstəxanaların birində tibb bacısı vəzifəsində işlədiyini, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyni bildirmişdir. Borclunun icra məmurunun çağırışlarından qəsdən yayınması halı olmasa da hal-hazırda borclu tərəfindən yuxarıda qeyd olunan qətnamə icra olunmadığı üçün onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05 iyun 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Belə ki, yuxarıda qeyd olunan əmlakı “Azneft”də kirayə götürdüyü mənzildə uzun müddət saxlamış və tələbkardan həmin əmlakı aparmasını dəfələrlə xahiş etmişdir. Lakin tələbkar həmin əmlakı aparmadığından həmin əşyalar xarab olmuş, o da məcbur olub əşyaları atmışdır. Özü şəkər xəstəsi və İİ qrup əlil olmaqla təxminən 900 manat məbləğində pensiya alır. Bundan başqa hər hansı bir gəlirə və ya qazanca malik deyildir. Həmin pensiya məbləğinin 25 faizi birinci evliliyi üzrə aliment borcunun ödənilməsinə, 50 faizi isə ikinci evliliyindən olan aliment borcunun ödənilməsinə yönəldilmişdir. O hal-hazırda aldığı təqaüdündən əmlak borcuna görə daha 17 faiz, yəni təxminən 160 manat, aliment borcu da daxil olmaqla ümumilikdə hər ay isə 400 manat tutulmasına razıdır. Bununla bağlı icra məmuruna müraciət etmiş və tələbkar da buna etiraz etməmişdir. O öz izahatında daha sonra yaranmış borcunu ödəməkdən qəsdən yayınmadığını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəldiyini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi zamanı icra məmuru X4 istifadəsində olan +994 50 295 03 44 mobil nömrəsi vasitəsilə tələbkar X1 istifadəsində olan +994 51 731 45 04 mobil nömrə ilə əlaqə saxlamış və tələbkar yuxarıda qeyd olunan şərtlə razılaşaraq aliment və əmlak borcundan hər ay ümumilikdə 400 manat məbləğində pulun tutularaq ona verilməsinə etiraz etmədiyini və bu baş verəcəyi təqdirdə borclunun inzibati məsuliyyətə cəlb edilibedilməməsinin onun üçün əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı əlavə gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da aldığı təqaüdə yönəldilməklə ödəyəcəyini öhdəsinə götürməklə iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1657/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1657/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver