Məhkəmə qərarları › İş №3(002)-1658/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1658/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1658/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 16 noyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 14 noyabr 2022-ci il tarixdə, saat təxminən 21:21 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Al” marketdə ictimai qaydanı pozaraq nalayiq söyüşlər söymüş və X4 təhqir etmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, 14 noyabr 2022-ci il tarixdə X5 DİN-in 102 xidmətinə zəng vuraraq Ramil adlı şəxsin onun iş yerinə gələrək dava salması və mağazadakı şampunları vurub yerə dağıtması barədə məlumat vermişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 öz izahatında bildirmişdir ki, özü Müşfiqabad qəsəbəsində yerləşən “Al” merketdə satıcı işləyir. Ramil tez-tez mağazaya gələrək, ona və müştərilərə narahatlıq yaradır. 14 noyabr 2022-ci il tarixdə əvvəlcədən tanıdığı Şəxs yenə də mağazaya gələrək mağazanın müdiri ilə söhbət edərkən onun müdiri çağırmasından əsəbiləşmiş və ona “sənə aid olan iş deyil” deyə cavab vermiş, onun və müdirinin ünvanına nalayiq ifadələr işlətmişdir. O bu haqda anasına zəng vuraraq məlumat vermiş və anası mağazaya gəlmişdir. Bundan sonra Ramil təkrar mağazaya gələrək onun və anasının da ünvanına nalayiq ifadələr işlədərək mağazadakı əşyaları təpiklə vurub dağıtmışdır. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, subaydır, azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. 14 noyabr 2022-ci il tarixdə Müşfiqabad qəsəbəsində yerləşən “Al” marketə getmiş və marketin sahibi ilə söhbət edirmiş. Bu zaman əvəvlcədən tanıdığı Ayşən müdirini çağırmış, Ayşən elə bilmişdir ki, onun haqqında nəsə deyir buna görə də ona “sənə aid olan iş deyil” deyə cavab vermişdir. Bundan sonra o Ayşənin anasına zəng vuraraq ondan şikayət etdiklərini öyrənmiş və təkrar mağazaya qayıtmışdır. Mağazada yenidən aralarında mübahisələri yaranmış və əsəbiləşdiyindən mağazadakı süpürgəyə təpiklə vuraraq kənara atmışdır. O, öz izahatında göstərmişdir ki, əsəbi olduğu üçün bir neçə nalayiq ifadə işlətmiş, lakin heç bir təhqirə yol verməmişdir. Hal-hazırda əməlindən səmimi peşiman olduğunu, bir daha belə bir hadisə törətməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar