Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1659/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 25 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 26 aprel 2024-cü il tarixdə, saat təxminən 14:55 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “hamam yolu” deyilən ərazidə vətəndaş Şəxs idarə etdiyi “Honda İnside” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Sunny” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sürücü X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən qəbul edilmiş 20 may 2024-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi məqsədilə toplanmış rədd materialının Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, etibarnamə əsasında “Honda İnside” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 26 aprel 2024-cü il tarixdə, saat təxminən 17:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, hamam yolu adlanan ərazidə idarə etdiyi avtomobillə saatda təxminən 5-10 km sürətlə üzü yaşadığı ev istiqamətində, yoxuşlu yolda hərəkətdə olduğu zaman fikirli olduğu üçün idarə etdiyi avtomobil sola doğru hərəkətlənərək qarşı sol hissəsi ilə əks istiqamətdə gələn “Nissan Sunny” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hissəsi ilə toqquşma baş vermişdir. Hadisə zamanı spirtli içkinin təsiri altında olmamışdır. Hadisə zamanı zərərçəkən ona hər hansı bir xəsarətinin olmadığını bildirmişdir. O da bundan arxayın olaraq hadisə yerindən uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, zərərçəkən tibbi müayinədən keçmişdir. O törətdiyi əməldən peşiman oldğunu, bir daha belə hərəkətlərə yol verməcəyəni bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na və zərərçəkmiş Zərərçəkmiş şəxs məlumat verilsə də, qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 14 may 2024-cü il tarixli, 284 saylı ekspert rəyindən görünür ki, 1. vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - qapalı kəllə beyin travması baş beyin silkələnməsi bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni idarə etdiyi minik avtomaşının digər hərəkətdə olan minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir.
2. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində, o cümlədən sifət, sağ sol göz və gözətrafı nahiyələrində gözlə görünən hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Onun adına təqdim olunmuş tibbi sənədden görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2011-ci il tarixdə X2 sol gözündən aldığı travma ilə müraciət etmiş və daxil olarkən görməsi (sağ göz) VİS OD=1.0, (sol göz) VİS OS-0 (sıfır) olmuş və (sol göz) OS-buynuz qişanın yaralanması, torlu qişanın qopması, şüşəvari cismə qansızması diaqnozu ilə cərrahi əməliyyat olunduqdan sonra kafi vəziyyətdə evə yazılarkən görməsi (sağ göz) VİS OD=1.0, (sol göz) VİS OS=0,04k/v olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş yol nəqliyyat hadisəsindən sonra X5 oftolmoloqun xx.xx.2024- cü il tarixdə müayinəsində (sağ göz) VİS OD=1.0, (sol göz) VİS OS=0,1 görməsini müəyyən etdikdən sonra zərərçəkmiş X1 müraciət etmiş və orada ona OS (sol gözdə) degenerasiya, vitrektomiyadan sonrakı vəziyyət (2011-ci ildə keçirdiyi əməliyyatdan sonrakı vəziyyət). Yuxarıdakıları nəzərə alıb demək olar ki, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı gözdən yeni travma almamışdır və buna görə də göstərilən diaqnozlar xəsarət kimi qiymətləndirilməmiş və dərəcə təyinində nəzərə alınmamışdır. İş materialına əlavə olunmuş 26 aprel 2024-cü il tarixli, 2/22311 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs oğlu 26 aprel 2024-cü il tarixdə, saat 21:00-da tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş 26 aprel 2024-cü il tarixli, 2/22303 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Zərərçəkmiş şəxs oğlu 26 aprel 2024-cü il tarixdə, saat 20:25-də tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində göstərilir ki, bu bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Rufan Mürsəlov