Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-166/2021 10.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1 iştirakı ilə, Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olmuş inzibati xəta haqqında iş üzrə 00100-2255/20 saylı 22 dekabr 2020ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 08AAE572/08AAE573 nömrə nişanlı nəqliyyat /asitəsi ilə daxil olmuş mallara 16.10.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 08AAE572/08AAE573 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid “Retro Holding" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6015 sorğu nömrəli 14.10.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən ‘Doğanlar” əmtəə nişanlı 1324 dəst qapı dəstəyi bəyan edildiyi halda, faktiki olaraq 1624 dəst qapı dəstəyi, yəni 300 dəst, onlardan 20 dəst üzərində “Doğanlar Z. Majesty lak altın roz.yale’’ yazısı olan, 50 dəst “Doğanlar Z.Techno çekme olifka” yazısı olan, 50 dəst “Doğanlar Desenli krom alb.yale” yazısı olan, 50 dəst “Desenli Albrifin yale” yazısı olan, 80 dəst “Doğanlar Z.Barok Albrifin /ale” yazısı olan, 50 dəst “Doğanlar Z.Gİzem saten nikel yale z.efes aynalı” yazısı olan qapı dəstəkləri gömrük orqanına düzgün bəyan edilmədiyi, həmçinin heç bir mal-müşayiət sənədində qeyd edilməyən və **********6015 sorğu nömrəli 14.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilməyən üzərində “Doğanlar Draqon çekme krem alb rozenli 300mm” yazısı olan 6 ədəd /ə üzərində “Doğanlar Bosfor çekme krem alb. Rozetli 300mm” yazısı olan 6 ədəd qapı tutacaqları gömrük orqanına bəyan edilmədiyi, qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilən 1324 dəst Doğanlar” əmtəə nişanlı qapı dəstəklərinin, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı stoperin, 50 ədəd “Doğanlar” əmtəə nişanlı qapı tutacağın, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı 'əzəsi(petlə), 1150 ədəd “Doğanlar” əmtəə nişanlı qulpun, 2428 ədəd “Gülay” əmtəə nişanlı nulpun, 2628 ədəd “Atalav” əmtəə nişanlı qulpun,140000 ədəd “Volkan” əmtəə nişanlı mebel bağlantısının, 1700 ədəd “Pole” əmtəə nişanlı mebel ayaqlığının, 2669 ədəd “Pole” əmtəə nişanlı kiçik ölçülü mebel qulpunun, 3 ədəd “Ünlüsov” əmtəə nişanlı 160sm x 200sm ölçülü yataq döşəyin, 1 1 ədəd “Günko” əmtəə nişanlı duş kabinəsinin təhlükəsiz şüşəsinin və 60 ədəd “Doğanlar” əmtəə nişanlı hamam aksesuarının isə dəyərinin düzgün bəyan edilməməsinə əsaslı şübhələr yarandığı qeyd edilmişdir. 00100-2255/20 saylı inzibati xəta haqqında işin araşdırılması üzrə qeyd olunan malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 20 dəst üzərində “Doğanlar Z. Maiestv lak altın roz.yale” yazısı olan, 50 dəst “Doğanlar Z.Techno çekme olifka” yazısı olan, 50 dəst “Doğanlar Desenli krom alb.yale” yazısı olan, 50 dəst “Desenli Albrifin vale” yazısı olan, 80 dəst “Doğanlar Z.Barok Albrifin vale” yazısı olan, 50 dəst “Doğanlar Z.Gizem saten nikel vale z.efes aynalı” yazısı olan qapı dəstəklərinin və gömrük orqanına bəyan edilməyən 6 ədəd üzərində “Doğanlar Draqon çekme krem alb rozenli 300mm” yazısı olan və 6 ədəd üzərində “Doğanlar Bosfor pekme krem alb. Rozetli 300mm” yazısı olan qapı tutacaqların, gömrük orqanına malların dəyərinin düzgün bəyan edilməməsinə əsaslı şübhələr olan 1324 dəst “Doğanlar” əmtəə nişanlı qapı dəstəklərinin, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı stoperin, 50 ədəd “Doğanlar” əmtəə nişanlı qapı tutacağın, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı rəzəsi(petlə), 1150 ədəd “Doğanlar” əmtəə nişanlı qulpun, 2428 ədəd “Gülay” əmtəə nişanlı qulpun, 2628 ədəd “Atalay” əmtəə nişanlı qulpun,140000 ədəd “Volkan” əmtəə nişanlı mebel bağlantısının, 1700 ədəd “Pole” əmtəə nişanlı mebel ayaqlığının, 2669 ədəd “Pole” əmtəə nişanlı kiçik ölçülü mebel qulpunun, 3 ədəd “Üniüsoy” əmtəə nişanlı 160sm x 200sm ölçülü yataq döşəyin, İ 1 ədəd “Günko” əmtəə nişanlı duş kabinəsinin təhlükəsiz şüşəsinin və 60 ədəd “Doğanlar” əmtəə T nişanlı hamam aksesuarın 14.10.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/006-22/008211 nömrəli 23.10.2020ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/4594 saylı 17.12.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş gömrük orqanına malların dəyərinin düzgün bəyan edilməməsinə əsaslı şübhələr olan 1324 dəst “Doğanlar” əmtəə nişanlı qapı dəstəklərinin, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı stoperin, 50 ədəd “Doğanlar” əmtəə nişanlı qapı tutacağın, 800 ədəd “Doğanlar” əmtəə nişanlı qapı rəzəsi(petlə), 1150 ədəd 'Doğanlar” əmtəə nişanlı qulpun, 2428 ədəd “Gülay” əmtəə nişanlı qulpun, 2628 ədəd “Atalay” əmtəə nişanlı qulpun,140000 ədəd “Volkan” əmtəə nişanlı mebel bağlantısının, 1700 ədəd “Pole" əmtəə nişanlı mebel ayaqlığının, 2669 ədəd “Pole" əmtəə nişanlı kiçik ölçülü mebel qulpunun, 3 ədəd “Üniüsoy” əmtəə nişanlı 160sm x 200sm ölçülü yataq döşəyin, 1 ədəd “Günko” əmtəə nişanlı duş kabinəsinin təhlükəsiz şüşəsinin və 60 ədəd “Doğanlar” əmtəə nişanlı hamam aksesuarın orta bazar qiyməti təxminən cəmi 89275 manat olduğu, gömrük orqanına düzgün bəyan edilməyən :əmi 300 dəst, onlardan 20 dəst üzərində “Doğanlar Z. Majesty lak altın roz.yale” yazısı olan, 50 :əst “Doğanlar Z.Techno çekme olifka” yazısı olan, 50 dəst “Doğanlar Desenli krom alb.yale” yazısı :lan, 50 dəst “Desenli Albrifin vale” yazısı olan, 80 dəst “Doğanlar Z.Barok Albrifin vale” yazısı olan, 50 dəst “Doğanlar Z.Gizem saten nikel vale z.efes aynalı” yazısı olan qapı dəstəklərinin orta bazar qiyməti təxminən cəmi 24200 manat olduğu və gömrük orqanına bəyan edilməyən üzərində Doğanlar Draqon çekme krem alb rozenli 300mm” yazısı olan 6 ədəd və üzərində “Doğanlar Eosfor çekme krem alb. Rozetli 300mm” yazısı olan 6 ədəd qapı tutacaqların orta bazar qiyməti isə cəmi 1440 manat olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/4594 saylı 17.12.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6015 sorğu nömrəli 14.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 1324 dəst “Doğanlar” əmtəə nişanlı qapı dəstəklərinin, 800 ədəd “Doğanlar” əmtəə nişanlı lapı stoperin, 50 ədəd “Doğanlar” əmtəə nişanlı qapı tutacağın, 800 ədəd “Doğanlar” əmtəə nişanlı capı rəzəsi(petlə), 1150 ədəd “Doğanlar” əmtəə nişanlı qulpun, 2428 ədəd “Gülay” əmtəə nişanlı ulpun, 2628 ədəd “Atalay” əmtəə nişanlı qulpun,140000 ədəd “Volkan” əmtəə nişanlı mebel :ağlantısının, 1700 ədəd “Pole” əmtəə nişanlı mebel ayaqlığının, 2669 ədəd “Pole” əmtəə nişanlı k:cik ölçülü mebel qulpunun, 3 ədəd “Üniüsoy” əmtəə nişanlı 160sm x 200sm ölçülü yataq döşəyin, ədəd “Günko” əmtəə nişanlı duş kabinəsinin təhlükəsiz şüşəsinin və 60 ədəd “Doğanlar” əmtəə •şanlı hamam aksesuarın təxminən orta bazar qiymətinin 89275 manat olduğu təqdirdə əlavə . gömrük ödənişlərinin varanıb-yaranmayacağı barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/036011 saylı 22.12.2020-ci il tarixli raportla müraciət olunmuş, alınmış 34/012/036107 saylı 22.12.2020-ci il tarixli cavab raportunda Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6015 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri idxal rüsumu üzrə 1750, 52 manat, ədv üzrə 4582,73 manat, cəmi isə 6333,25 manat təşkil edəcəkdir. Məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X3 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1, 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədildiyi təsdiq olunduğuna görə hüquqi şəxs qismində barəsində daha ağır xətaya görə tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 protokola etiraz edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etmir. Belə ki, mallar göndərildiyi ölkənin gömrük orqanı tərəfindən yoxlanılaraq göndərilir və ölkəmizdəki gömrük orqanı da bəyannamə üzrə malları düzgünlüyünə baxır və çatışmayan sənədləri tələb edə bilir. Gömrük Məcəlləsinə əsasən gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. Mallar sifariş əsasında bəyan edilmişdir və göndərilən mallarda müəyyən fərqliliklər olmuşdur. Malların sayında fərqlilik olmasına səbəb sifarişi qəbul edən şirkətin səhlənkarlıq edərək bəyənamə göstərilən mal sayından artıq malı karqoya təhvil verməsi olmuşdur. Şəxs MMC-nin bundan heç bir xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2020-ci il tarixli 9/4594 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 21 adda əşyaların ümumilikdə 14 oktyabr 2020-ci il tarixə orta bazar qiyməti təxminən 114015.00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Şəxs MMC-nin nümayəndəsi X6 22.12.2020-ci il tarixli 00100-2255/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 3(002)-166/2021 nömrəli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 3(103)-613/2021 nömrəli qərarına əsasən Bakı şəhər Qaradağ rayon Məhkəməsinin Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 05 fevral 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(002)-166/2021 nömrəli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 1440 (bir min dörd yüz qırx) manatın 40 % (qırx faizi) həddində, yəni 576 (beş yüz yetmiş altı) manat məbləğində cərimə edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxs MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 3(103)-1574/2021 nömrəli qərarına əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 may 2021-ci il qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi Şəxs MMC-ni inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, protokolun məzmunu, ekspertiza rəyi, 16.10.2020-ci il tarixli “baxış keçirilmə və götürmə haqqında” protokol, 17.12.2020-ci il tarixli 9/4594 saylı ekspertiza rəyi, habelə məhkəmə baxışının gedişatında verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələri ilə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 482.2-ci maddəsi ilə hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 7260 (yeddi min iki yüz altmış) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-166/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-166/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver