Məhkəmə qərarları › İş №3(002)-166/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-166/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-166/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, «Holcim (Azərbaycan)» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə materiallarda göstərilmişdir ki, «Holcim (Azərbaycan)» ASC sahiblik hüququ olduğu “X4 Prado Mİ” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə vermişdir. Qeyd edilənlərlə bağlı «Holcim (Azərbaycan)» ASC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən İXP ******* №-li 07 yanvar 2025-ci il tarixli inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən «Holcim (Azərbaycan)» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, hüquqi şəxs olaraq inzibati araşdırmaya dəvət edilməmişlər.Xəbərləri olmadan şirkət barəsində inzibati protokol tərtib edilmişdir.Nəqliyyat vasitəsinin verildiyi iddia edilən əcnəbi vətəndaş ölkə ərazisinə 12 dekabr 2024-cü il tarixdə daxil olmuşdur.Onun sürücülük vəsiqəsi movcudur.Qanunvericiliyə əsasən onun bir ay müddətində nəqliyyat vasitəsi idarə etmək hüququ mövcuddur.Qeyd edilənlərə əsasən «Holcim (Azərbaycan)» ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən işə Qaradağ RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan Moldova Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Stoicov Sergiunun B kateqoriyasına uyğun sürücülük hüququ mövcuddur. İş materillarında olan AP00557380 saylı passportun surətindən görünür ki, Stoicov Sergiu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Moldova Respublikası vətəndaşı Stoicov Sergiu 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olduğundan və onun 12 yanvar 2025-ci il tarixədək Moldova Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi idarə etmək hüququ olmuşdur. Buna görə də ASC sahiblik hüququ olduğu “X4 Prado Mİ” markalı, ** PR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Moldova Respublikası vətəndaşı Stoicov Sergiu verməsi heç bir inzibati məsuliyyət yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs «Holcim (Azərbaycan)» ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Holcim (Azərbaycan)» ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar