Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1667/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X11, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Səngəçal qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-668/2022 nömrəli icra sənədinə əsasən iddiaçı X4 hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə cavabdehin iştirakı olmadan ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin tam icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X16 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, cavabdeh Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, o, uşaqların atası ilə görüşünü özünün iştirakı ilə həyata keçirir. Belə ki, iddiaçı bu hal ilə razılaşmayaraq görüşlərin cavabdehin iştirakı olmadan sərbəst keçirilməsini tələb etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə Qaradağ Rayon İcra Şöbəsində, xx.xx.2024-cü il tarixdə isə uşaqlardan birinin səhhətində yaranmış problem səbəbindən cavabdehin mənzilində görüş təşkil edilmiş və müvafiq akt tərtib edilmişdir. Lakin, sözügedən görüşlər hər biri cavabdehin bilavasitə iştirakı ilə təmin edilmişdir, görüş sonunda isə cavabdeh uşaqları özü ilə aparmışdır. xx.xx.2024-cü il tarixdə psixoloqun iştirakı ilə görüş təşkil edilmişdir. Beləliklə, cavabdeh tərəfindən icra sənədinin tam icrasına maneə yaradılmışdır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək qeyd etmişdir ki, o, uşaqların atası ilə görüşməmələrində heç bir psixoloji və ya fiziki təzyiq etməmişdir. Psixoloqun da iştirak etmiş olduğu görüş zamanı uşaqlar dindirilmiş, lakin, onlar iddiaçı ilə görüşməkdən imtina etmişlər. Bundan əlavə qeyd etmişdir ki, məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş günlərdə uşaqların ataları ilə görüşmələri uşaqların etirazları nəzərə alınaraq baş tutmasa da ataları uşaqlarla ünsiyyətdən məhrum edilməmişdir, belə ki, onlar mütəmadi olaraq məktəb öncəsi və ya sonrası ataları ilə görüşərək sərbəst ünsiyyətdə olurlar. Hətta kiçik övladı cərrahiyyə əməliyyatı keçirdikdən sonra, atası və nənəsi onların yaşadığı evə gələrək uşaqlarla ünsiyyətdə olmuşlar. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Şəxs bildirmişdir ki, uşaqların ataları ilə görüşünə heç bir etirazı yoxdur. Uşaqların öz müstəqil istəyinə görə görüşlər keçirilir. X2 hər gün uşaqların təhsil aldığı məktəbin qarşısında onları görməyə gəlir. Bundan başqa uşaqların nənəsi ilə də görüşü təmin edilir. Məhkəmə iclasında tələbkar X8 bildirdi ki, cavabdeh Şəxs tərəfindən uşaqların onunla görüşünə maneə yaradılır, həmin görüşlərin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş günlərdə və cavabdehin iştirakı olmadan baş tutması təmin olunmur. Bu səbəbdən də o, övladlarının təhsil aldığı məktəbə gedərək onlarla ünsiyyətdə olur. Anası, yəni uşaqların nənəsi ilə görüşmələrinə cavabdeh tərəfindən hər hansı qadağa qoyulmamışdır. Məhkəmə iclasında müdafiəçi X6 çıxışında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-668/2022 nömrəli icra sənədinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-668/2022 nömrəli icra sənədinə əsasən iddiaçı X4 hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə cavabdehin iştirakı olmadan ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-668/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X16 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-668/2022 nömrəli icra sənədinə əsasən iddiaçı X4 hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə cavabdehin iştirakı olmadan ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin tam icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialına əlavə edilmiş aktlardan görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə X9 və X7 ilə iddiaçı X4 görüşü həyata keçirilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, psixoloq X10 iştirakı ilə təşkil edilmiş görüş zamanı xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə söhbətlər aparılmış və onlar görüşün anası Şəxs iştirakı ilə keçirilməsini, əks təqdirdə isə görüşdən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında bir daha barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin icrasından boyun qaçırması və icra məmurunun çağırışlarından qərəzli olaraq yayınması hallarının mövcud olmaması qənaətinə gəlir. Bundan başqa müəyyən edilmişdir ki, X8 övladları ilə ünsiyyətdən məhrum edilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş günlərdə görüşlərin baş tutmaması isə bilavasitə uşaqların həmin görüşlərdən imtina etməsi ilə əlaqədardır. Bu hal inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunmuş, psixoloqun iştirakı ilə tərtib olunmuş 31 may 2024-cü il tarixli “Akt”-la da təsdiqini tapır. Cavabdeh tərəfindən isə iddiaçının övladları ilə ünsiyyətinin təmin edilməsinə maneə törədiləcək hər hansı fakt təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1667/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1667/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver