Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1668/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X3 tərəfindən tərtib edilmiş 03 iyun 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN 123986 saylı qərar əsasında o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xata törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, guya o, xx.xx.2024-cü il tarixdə, Lökbatan qəsəbəsi, probasiya şöbəsində keçmiş həyat yoldaşını, atasını və onların nümayəndəsini təhqir etmişdir. Bununla bağlı bildirmişdir ki, həqiqiǝtən də 15 may 2024-cü il tarixdə o uşaqları ilə birlikdə Qaradağ rayonunda yerləşən İcra şöbəsində olmuşdur. Uşaqlar onun yanında olmaqla müvəqqəti təminat tədbiri kimi uşaqları ilə görüşməsi üçün keçmiş həyat yoldaşı, atası və nümayəndəsi ilə gəlmişlər. Həmin gün uşaqlar da orada olmuşlar. Uşaqlar özləri anaları ilə görüşmək istəməmiş, o yox, qarşı tərəf onu söyüb təhqir etmiş, hər vasitə ilə onun onlara qarşı müqavimət göstərməyinə cəhd etmişlər, lakin o onları söyməmişdir. Bütün bunlara dair videogörüntülər vardır. Eyni zamanda orada olan icra şöbəsinin əməkdaşları da buna şahiddirlər. O heç bir qanunsuzluğa yol verməmişdir. Yenə də bildirir ki, o heç bir qanunsuz hərəkətə yol verməmiş, əksinə onlar ona qarşı nalayiq hərəkətlər etmiş, onu söymüşlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati masuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan Şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayətin təmin edilməsini xahiş edərək bildirmişdir ki, qeyd olunan hadisə məhkəmə qərarının icrası zamanı icra şöbəsinin koridorunda baş vermişdir. O heç kimi söyüb təhqir etməmiş, əksinə ona qarşı nalayiq ifadələr işlədilmişdir. Bu faktı orada olan icra məmurları və hadisənin video görüntüsü də təsdiq edə bilər. Odur ki, 03 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin 10-cu PŞ-na təkrarən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati material məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rrəisi X3 tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsinə əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir: “15 may 2024-cü il tarixdə Lökbatan qəsəbəsində Probasiya idarəsində 3 nəfər şəxsi təhqir etmişdir.” Şikayət ərizəsinə əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda isə “15 may 2024-cü il tarixdə Lökbatan qəsəbəsində Probasiya şöbəsində keçmiş həyat yoldaşı və atasını və vəkili söyməsi ilə bağlı” göstərilmişdir. Beləliklə nə inzibati xəta haqqında protokolda, nə də ki, inzibati tənbehvermə haqqında qərarda qanunverilciyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Göründüyü kimi X4 barəsində tərtib edilmiş protokol və barəsində qəbul edilmiş qərar qanunvericliyin tələblərinə uyğun tərtib edilmədiyindən şəxsin yuxarıda qeyd olunan inzbati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə şikayətin dəlillərini təkzib edəcək hər hansı bir sübut da təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nın rəisi X3 tərəfindən tərtib edilmiş 03 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsindən aydın olur ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1 28, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1668/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1668/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver