Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1669/2024 07.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, ünvan 3da yaşayan xx.xx.1990-cı il təvəllüdlü X6 ərizə ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə işlədiyi Qaradağ rayonu, Lökbatan dairəsı, Binə ticarət mərkəzi 1-ci sıra 3-cü korpus 48 saylı mağazanın anbarının qarşısında müştəri üçün yerə qoyulmuş 474 manat dəyərində kişi ayaqqabılarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması və 06.06 2024-cü il tarixdə isə həmin şəxsi yenidən gördükdə onu saxlayaraq bu barədə polisə məlumat verməsini bildirmişdir. X6 hadisə nəticəsində ona 474 manat dəyərində maddi ziyan dəydiyini bildirərək hadisənı törədən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Verilmiş məlumatla bağlı araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən 10-cu Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tərəfindən tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, Şəxs qarşı heç bir tələbi, şikayəti yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi polis polkovnikleytenantı Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1990-cı il təvəllüdlü X6 ərizə ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə işlədiyi Qaradağ rayonu, Lökbatan dairəsi, Binə ticarət mərkəzi 1-ci sıra, 3-cü korpus, 48 saylı mağazanın anbarının qarşısında müştəri üçün yerə qoyulmuş 474 manat dəyərində kişi ayaqqabılarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması və xx.xx.2024-cü il tarixdə isə həmin şəxsi yenidən gördükdə onu saxlayaraq bu barədə polisə məlumat verməsini bildirmişdir. X6 hadisə nəticəsində ona 474 manat dəyərində maddi ziyan dəydiyini bildirərək hadisəni törədən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Qəbul edilmiş qərarın surətini təqdim etməklə hadisəni törədən şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə göstəriş verilmişdir. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Şəxs ilə barışmış, onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X1 ilə barışmış və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1669/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1669/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver