Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-167/2021 11.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində xxxxbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində xxxxbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs MMC-nin ünvanı ünvan 1 km, “2T” kimi qeyd edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin Şəxs MMC-yə göndərdiyi məktubda isə ünvan ünvan 2 məznil 6 kimi, həmin məktuba aid reyestrin çıxarışında isə “xxxx” MMCnin ünvanı Bakı şəhəri, Oktay Vəliyev 23/60 ünvanı kimi qeyd edilmişdir. İş materiallarına isə Şəxs MMC-nin həqiqətən hansı ünvanda yerləşməsinə dair heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Səbail RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən məktublar formal xarakter daşımışdır. xxxxbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində xxxxbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və xxxxbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-167/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-167/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver