Məhkəmə qərarları › İş №3(002)-1675/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1675/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1675/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin 30 may 2024-cü il tarixli, 14000-00669/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, "X6 A" Qapalı Səhmdar Cəmiyyəti (VOEN **********) tərəfindən 27 may 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********7027, **********7307 sorğu nömrəli gömrük bəyannamələri ilə "sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilən, Çindən ünvanına gələn 02 ədəd 2024-cü il buraxılışı, "Denza D9" markah nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdan avval Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin talablarinə riayət edərək gömrük Azerbaycan orqanlarına elektron formada qısa idxal beyannaməsi verməli olduğu halda, 24 may 2024-cü il tarixdə "Beynəlxalq Dəniz Ticaret Limanı gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş hamin neqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi vaxtında verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün "Yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bandinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/001909 nömrəli xx.xx.2024cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildirmişlər ki, "X7 A" Qapalı Səhmdar Cəmiyyətinin ünvanına gələn 02 ədəd 2024-cü il buraxılışlı, "Denza D9" markalı nəqliyyat vasitəsi **********7027, **********7307 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən nəqliyyat vasitəsinin gömrük sərhədini keçməsindən əvvəl qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********7027, **********7307 sorğu nömrəli gömrük bəyannamələrinin 40-ci qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan və **********7027 **********7307 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvanına gələn 2 ədəd 2024-cü il buraxılışı, "Denza D9" markal nəqliyyat vasitəsi Beynəlxalq Dəniz Ticaret Limani gömrük postunu 24.05 2024-cü il tarixdo keçmişdir və həmin mala dair qisa idxal beyannaməsi tərtib olunmamışdır. Nəticədə "X7 A" X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485 2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-3300/012/001909 nömrəli xx.xx.2024-cü il tarixli raport, **********7027 **********7307 sorğu nömreli gömrük bəyannamələri, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil neqliyyatı" barada çıxarış və şirkətin nümayəndəsinin sorğu-sual protokolu ilə təsdiq edilir. Barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan "X6 A" Qapal Səhmdar Cəmiyyətinin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikasının vatandaşı X5 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu "X7 A "QSC-nin ünvanına Çindən 2 ədəd 2024-cü il buraxılışlı, "Denza D9" markalı nəqliyyat vasitəsi gəlmişdir. Daşıyıcı şirkət tərəfindən sənədlər gec gönderildiyi üçün qısa idxal beyannaməsi vaxtında təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında qısa idxal bəyannaməsinin gömrük orqanına gec təqdim edilməsinin səbəbi kimi daşıyıcı şirkət tərəfindən sənədlərin gec göndərilməsini göstərmişdir. Odur ki, təmsil etdiyi şirkətin əməlində inzibati xəta tərkibi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar