Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1677/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs direktoru (qanuni təmsilçisi) X2 iştirakları ilə, Şəxs barəsində İXM-nin 271-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 27 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 26 oktyabr 2022-ci il tarixdə keçirilən baxış zamanı Şəxsnə məxsus Qobustan qəsəbəsində yerləşən ağır tonnajlı yük avtomobillərinin təmiri məntəqəsinin fəaliyyəti zamanı yaranan bərk, plastik tullantıların qeyri-qanuni qalaqlanması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, İdarənin 03 oktyabr 2022-ci il tarixli, BD seriyalı 155 nömrəli sərəncamına əsasən Qaradağ rayonu xidməti ərazisində ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantıları haqqında qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə növbəti reyd keçirilən zaman Qobustan qəsəbəsi ərazisində yerləşən Şəxsnə aid ağır tonnajlı yük avtomobillərinin təmiri sahəsinin fəaliyyəti zamanı yaranan təkər şinlərindən sürtgü yağlarının plastik qablarından və əksər hissəsi sürtgü yağlarının qalıqlarında ibarət olan tullantıların həmin müəssisəsinin arxa tərəfindəki boş əraziyə, torpağın üst qatına heç bir qoruyucu örtük və ətraf ərazidən mühafizə zonası yaradılmadan qalaqlandığı faktı aşkar olunmuşdur. Həmin faktla bağlı Şəxs rəhbəri X5 şifahi sorğuya əsasən bildirmişdir ki, həmin təmir məntəqəsi 2012-ci ildən onun mülkiyyətində fəaliyyət göstərir. Həmin ərazidəki fotoşkilləri özünə təqdim edilmiş istehsalat və digər bərk məişət tullantılarının hər hansısa qanunu pozmasından məlumatsız olduğunu qeyd etmişdir. Aşkar olunmuş faktla bağlı Şəxs araşdırma aparılan zaman həmin tullantıların təmir məntəqəsənin kənarındakı ona aid olmayan əraziyə atıldığı, müəssisəsinin fəaliyyətinə dair heç bir ekoloji normativ sənədlərin olmadığı müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı Şəxs rəhbəri X4 “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 9,11 və 12-ci maddələrinin tələblərinin pozulması səbəbindən akt və protokolun tərtib ediləcəyi bildirilsə də şifahi və ***-***-**-** nömrəli telefon vasitəsilə akt və protoklun tərtib edilməsinə imza etmədən və yazılı izahat verməkdən imtina etmişdir. Bütün bu halların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs direktoru və qanuni təmsilçisi X5 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin Şəxsnə yazılan protokol tamamilə əsassızdır. Belə ki, onun rəhbərlik etdiyi müəssisəsəyə aid olmayan, təxminən otuz-qırx ilin tullantılarını çəkərək əsas göstərmişlər. O özü tullantılara baxdıqda orada 1970-ci ilin maşın detallarından tutmuş iribuynuzlu heyvan başları görmüşdür. Bildirmişdir ki, Şəxs on ildir ki, fəaliyyət göstərir. Müəssisəsinin əsas iş istiqaməti yük avtomobillərinin alqı-satqısıdır. Müəssisədə cəmi üç nəfər əməkdaş işləyir, onlar tokar, qaynaqçı və çilingərdir. Onların fəaliyyətinə nəzər saldıqda qeyd edilən tullantıların qətiyyən müəssisəyə aid olmadığı görünür. Rəhbərlik etdiyi müəssisə tullantılarla əlaqədar hər həftə zibil daşınması üçün Qaradağ rayon Mənzil Kommunal Birliyinə ödəniş edərək illik müqavilə bağlamışdır. Yazılan protokol onun şəxsinə qərəzli olaraq yazılmışdır. Çünki müəssiəsinin yaxınlığında ev üçün mülkiyyətinə verilmiş torpağı qanunsuz zəbt etmək istəyən “işbazlar” kənardan torpaq daşıtdırıb boşaltdıqları üçün bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə, Polis İdarəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişdir. İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları məsələyə dərhal müdaxilə edərək onların qanunsuz fəaliyyətini dayandırmışdır. Onlardan fərqli olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yalnız müraciətdən səkkiz-doqquz gün sonra onun ünvanına yaxınlaşmışlar. Gəldikləri andan onunla xoş olmayan tərzdə rəftar etmişlər, o da İdarə əməkdaşlarının bu cür çağırşlarla gəlmələrindən narazı olduqlarını başa düşmüşdür. Daha sonra ondan izahat yazmasını istədikdə o, əməkdaşları öz müəssisəsinə dəvət etmiş, müəssiədə söhbət zamanı aralarında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb İdarə əməkdaşlarının müəssisəinin ətrafında qalaqlanan tullantılarla bağlı onu sorğu-sual etməsi olmuşdur. O əməkdaşlara onları başqa məsələ ilə, yəni qanunsuz torpaq daşınması ilə bağlı çağırdığını bildirmiş, lakin idarənin özünü Elnur kimi təqdim edən əməkdaşı onu təhdid edərək cərimə yazacağı ilə hədələmiş, ona heç bir sənədə qol çəkməyi təklif etməmiş, lakin sonradan protkolda onun protokola qol çəkməkdən imtina etdiyini yazdıqlarını bildirmişdir. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, “Dosluq” kiçik müəssisəsinin törətdiyi inzibati xəta sübuta yetirilmədiyinə görə “Dosluq” kiçik müəssisəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilməmiş, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, istər həmin əraziyə kənardan baxış zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı Şəxs direktoru X1 məhkəməyə təqdim etdiyi “Xidmətlərin göstərilməsi barədə” AR-53/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli müqavilənin surətindən aydın olur ki, sonradan “icraçı” olaraq adlanacaq Nizamnamə əsasında fəaliyyət göstərən “Sanitar-Kommunal İtismar” idarəsinin rəisi X6 ilə Şəxs direktoru X5 arasında Şəxs ərazisindən yığılan məişət tullantılarının "xxxx" ASC-nin Balaxanı poliqonuna daşınması barədə müqavilə imzalanmışdır. Müqavilənin icra müddəti 05 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək qüvvədədir. Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X2 məhkəməyə təqdim etdiyi 26 oktyabr 2022-ci il tarixli, 487733 nömrəli “Məişət tullantılarının daşınması üçün mədaxil qəbzi”nin surətindən isə aydın olur ki, 05 yanvar 2022-ci il tarixli müqvailə üzrə 120 manat məbləğində ödəniş edilmişdir Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin iş materiallarına əlavə etdiyi fotoşəkil qeyri- müəyyən olduğundan həmin fotoşəkilə əsasən məişət tulantılarının Şəxsnə aid olub-olmadığını müəyyən etmək mümkün deyildir. Əksinə məhkəmə iclası zamanı X2 məhkəməyə təqdim etdiyi və aydın çəkilmiş fotoşəkillərdən görsənir ki, istinad edilən tullantılar Şəxs fəaliyyəti ilə əlaqədar yaranmış tullantılara aid olmamaqla həmin tullantıların daha uzun müddət əvvəl yığılaraq qalaqlandığı açıq-aydın görsənir. Bundan başqa iş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Bundan başqa qeyd olunan inzibati pozuntu ilə əlaqədar inzibati araşdırmanın aparılması məqsədilə Şəxsnə rəsmi məlumat verilməsinə dair heç bir sübut aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarına inzibati xətanın baş verdiyi yerin olduğu iddia edilən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXMnin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Dostluq kiçik müəssisəsi barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1677/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1677/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver