Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1686/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-ci PB-nin sahə inspektoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Ysamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055 ünvanında qeydiyyatda olan Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PBdən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” TM-də vətəndaş X3 məxsus mağazadan kişi üçün iç geyimlərini oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 90 manat miqdarda ziyan vurmuşdur. Buna görədə onun barəsində xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-ci PB-nin sahə inspektoru, X4 protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” TM-də vətəndaş X3 məxsus mağazadan kişi üçün iç geyimlərini oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 90 manat miqdarda ziyan vurmuşdur. Qeyd olunan oğurluq faktı ilə bağlı Polis Bölməsində araşdırma aparılmış və Şəxs törətdiyi əməl cinayət məsuliyyətinə səbəb olmadığı üçün barəsində xx xxxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 10cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və inzibati araşdırma aparılması üçün materallar onun icraatına verilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda oğurlanmış mallar sahibə qaytarılsada, lakin sahibi şikayətçi olmaqla, barışmamışdır. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs izahatında bildirmişdir ki, qeyd olunan oğurluq onun tərəfindən törədilmişdir. Əməlindən səmimi peşimandır, ilk dəfədir ki, inzibati məsuliyyətə cəlb olunur. Dəymiş ziyanı isə hazırda zərərçəkmiş şəxsə ödəmişdir. Odur ki, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi əməl iş materilalları və tərəflərin izahatı ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” TM-də vətəndaş X3 məxsus mağazadan kişi üçün iç geyimlərini oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 90 manat miqdarda ziyan vurmuşdur. Qaradağ RPİ-nin 10-cu PBnin təhqiqatçısı, polis baş leytenantı X2tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törtəmiş şəxs Şəxs barəsində İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən tədbir görülməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxxx 2020-ci il tarixdə saat 16:20 radələrində inzibati qaydada tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat 14:25 radələrində inzibati qaydada tutumadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edirki, Şəxs tərəfindən inzibat ixətanın törədilməsi inzibati xəta haqqında protokollarla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın real olaraq ödəniş etməyə hazır olduğunu nəzərə alaraq ona ictimai işlər növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-cimaddəsinin tələbləri nəzərə alınmaqla barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1686/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1686/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver