Məhkəmə qərarları › İş №3(002)-1687/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1687/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1687/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar Əliyev Rövşən Oqtay oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 72 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-586/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx xxxxx 2018-ci il tarixdə verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Lakin müsbət cavab alınmamışdır. Borclu icra sənədi üzrə öhdəliyini icra etmədiyinə görə xx xxxxxx 2019-cu il tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu i l tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs icra sənədi üzrə yaranmış 7434 ABŞ dolları və 7108 manat ümumi borcundan cəmi xx.xx.2019-cu il tarixdə 100 manat və xx.xx.2020-ci il tarixdə 500 manat tələbkar Əliyev Rövşən Oqtay oğlunun xeyrinə ödəniş etmişdir. icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs işlə təmin olunması üçün Qaradağ rayon Məşğulluq Mərkəzinə müraciət edilsə də, o, ona təklif olunmuş iş yerlərindən iş şəraiti və əmək haqqı məbləğinin az olması səbəbindən təklif olunmuş işlərdən imtina etmişdir. Borclu xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi tələbkara qismən ödəniş etməsini bildirmişdir. Göründüyü kimi borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Tələbkar Əliyev Rövşən Oqtay oğlu inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədi üzrə yaranmış borc öhdəliklərini vaxtında tam icra etməyərək qeyd olunan borcunu ödəməkdən yayınmışdır. Şəxs şikayətçidir, borclu xx xxxxxx 2019-cu il tarixdə 100 manat və xx xxxxxx 2020-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 600 manat ödəsə də həmin məbləğlərlə razı deyildir. Ona görə ki, borclunun hazırda ona münasibətdə ödəməli olduğu borc 2142 ABŞ dolları və 2198 manat təşkil edir. Ona görə də sonuncu barəsində maddənin sanksiyası həddində ən sərt inzibati tənbeh tədbirinin, yəni inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, icra sənədinin icrasından qəsdən boyun qaçırmır. İcra sənədinin icrası üçün təşəbbüs göstərir. Hazırda işsizdir, başqa gəlir yeri yoxdur. O, qərəzli şəkildə borcunu ödəməkdən yayınmır. Maddi imkanı düzələcəyi təqdirdə borcunu tam şəkildə ödəyəcəkdir. Axırıncı dəfə xx xxxxxx 2019-cu il tarixdə 100 manat və xx xxxxxx 2020-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 600 manat tələbkar Əliyev Rövşən Oqtay oğlunun xeyrinə ödəmişdir. Həmçinin izahatında bildirmişdir ki, Dövlət Məşğulluq Xidmətinin Qaradağ Rayon Məşğulluq Mərkəzi tərəfindən aylıq əmək haqqısı 300 manat məbləğində bəzi işlər təklif olunsa da, həmin məbləğ az olduğu və iş şəraiti onu qane etmədiyi üçün o, təklifdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin 2(064)-586/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx xxxxx 2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1700 ABŞ dolları, cavabdehə verdiyi yataq dəstinə görə yaranmış borc 1342 manat, iddiaçıdan ayrıayrı vaxtlarda aldığı pulun ödənilməmiş qalan 800 manat, həmçinin cavabdehin borclu olduğu 1700 ABŞ dollarının 13 uçot faiz dərəcəsinə uyğun 2 illik faiz miqdarı 442 ABŞ dolları, 1342 manatınm 13 uçot faiz dərəcəsinə uyğun 2 illik miqdarı 348.92 manat, 800 manat pulun pulun 13 uçot faizi dərəcəsinə uyğun 2 illik faiz miqdarı 208 manat alınaraq iddiaçı Əliyev Rövşən Oktay oğluna, borclu olduğu 3000 manat və 3000 manat pulun 13 uçot faiz dərəcəsinə uyğun 2 illik faiz miqdarı 780 manat alınaraq X1, borclu olduğu 4200 ABŞ dolları və 500 manat pul, 4200 ABŞ dollarının 13 uçot faiz dərəcəsinə uyğun 2 illik faiz miqdarı 1092 ABŞ dolları, 500 manatın 13 uçot faiz dərəcəsinə uyğun 2 illik faiz miqdarı 130 manat alınaraq X2 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxx 2018-ci il tarixli qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-586/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-177/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qaradağ rayon Məşğulluq Mərkəzinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Şəxs ona təklif olunmuş iş yerlərindən əmək haqqının məbləği və iş şəraiti onu qane etməməsi səbəbindən imtina etmiş və yüksək işlə təmin olunmaq arzusunda olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun, tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-586/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək icra sənədinin tam icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına səhlənkar yanaşaraq öhdəliyini tam və vaxtında icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxx 2020-ci il saat 17:15dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il saat 17:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar