Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-169/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıəliyev Şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində ünvansız fərdi evdə yaşayan Hacıəliyev Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, borclu Hacıəliyev Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-181/2016 saylı, 19 aprel 2016-cı il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-181/2016 saylı, 19 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən Hacıəliyev Şəxs ilə X4 arasında 24 dekabr 2014cü il tarixdə Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsində 1045 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 04 yanvar 2009-cu il təvəllüdlü Hacıəliyeva Tahirə Şəxs qızı və 12 noyabr 2010-cu il il təvəllüdlü Hacıəliyev Fərman Şəxs oğlunun iddiaçı X4 ilə qalması, 04 yanvar 2009-cu il təvəllüdlü Hacıəliyeva Tahirə Şəxs qızı və 12 noyabr 2010cu il il təvəllüdlü Hacıəliyev Fərman Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 03 dekabr 2015-ci il tarixdən başlayaraq Hacıəliyev Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini icra etməyərək indiyədək aliment borcundan cəmi 2708 manat ödəniş etmişdir, 17182 manat aliment borcu isə qalmaqdadır. Belə ki, borclu 09 avqust 2022-ci ildə aliment borcundan 100 manat ödəmiş, ötən ilin sentyabr və oktyabr aylarında isə ödənişlər etməmişdir. Daha sonra 27 noyabr 2022-ci il tarixdə 100 manat, 31 dekabr 2022-ci il tarixdə 50 manat, 16 yanvar 2023-cü il tarixdə 50 manat və son olaraq bu gün, yəni 31 yanvar 2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. O öz izahatında onu da qeyd etmişdir ki, tələbkar X1 rayonunda kirayədə yaşamaqla məhkəmə iclasına gələ bilməyəcəyini, lakin borcunu tələb etdiyini və tələbkarın 17182 manat aliment borcundan 5000 manat ödəniş edəcəyi təqdirdə ondan şikayətçi olmayacağını ona bildirmişdir. İcra məmuru izahatına borclunun aliment borcu ilə bağlı 2019-cu ildə 30 gün inzibati qaydada həbs edildiyini də əlavə edərək, bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Hacıəliyev Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, belə ki, Qaradağ rayon məhkəməsinin 2(002)-181/2016 saylı, 19 aprel 2016-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən 04 yanvar 2009-cu il təvəllüdlü qızı Tahirə Hacıəliyevanın və 12 noyabr 2010-cu il il təvəllüdlü oğlu Fərman Hacıəliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün 03 dekabr 2015-ci il tarixdən başlayaraq ondan X2 xeyrinə hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, aliment borcundan mütəmadi olaraq hissə-hissə müəyyən ödənişlər etdiyini, yəni, 09 avqust 2022ci ildə aliment borcundan 100 manat ödəmiş, 27 noyabr 2022-ci il tarixdə 100 manat, 31 dekabr 2022-ci il tarixdə 50 manat, 16 yanvar 2023-cü il tarixdə 50 manat və son olaraq bu gün, yəni 31 yanvar 2023-cü il tarixdə 200 manat ödəniş etdiyini, hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirmişdir. O barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, böyük icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Hacıəliyev Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Hacıəliyev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 29 iyun 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Hacıəliyev Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Hacıəliyev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən saat 15:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-169/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-169/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver