Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1692/2022 21.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materiallarının baxılmağa hazırlanması zamanı müəyyən etdim: Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X2 tərəfindən Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs İXM-in 332.4-cü maddəsinə əsasən törətmiş olduğu inzibati xəta üzrə əməlinə qiymət verilməsi üçün toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X2 tərəfindən araşdırma tam aparılmayaraq Şəxs barəsində düzgün olmayan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl Şəxs idarə etdiyi avtomobillə X1 idarə etdiyi avtomobili vurması nəticəsində sonuncuya dəymiş ziyanın məbləğinin müəyyən edilməsi istiqamətində müvafiq mütəxəssis rəyi alınmalı və vurulmuş maddi zərərin məbləği müəyyən edilməli idi. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurduqda həmin maddə ilə inzibati məsuliyyət daşıyır. Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X2 tərəfindən isə İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, toplanmış materiallarda Şəxs idarə etdiyi avtomobillə X1 idarə etdiyi avtomobili vurması nəticəsində sonuncuya dəymiş ziyanın məbləği müəyyən edilmədən, lazımınca araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün natamam araşdırma aparılaraq müvafiq material toplanmışdır. Halbuki, İXM-in 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-in 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1692/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1692/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver