Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1699/2023 14.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi ilə, X1 nümayəndəsi və vəkili Vəkil Zeynalabdı oğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 nümayəndəsi və vəkili Vəkil Zeynalabdı oğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət Qaradağ rayon məhkəməsinə göndərilsə də, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Səbail rayon ərazisində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 nümayəndəsi və vəkili Vəkil Zeynalabdı oğlu tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1699/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1699/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver