Məhkəmə qərarları › İş №3(002)-17/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-17/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-17/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 23 dekabr 2022-ci il tarixli 13000-01458/22 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində daxil olan xx.xx.2022-ci il tarixli 34/013/006646 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Baş İdarənin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə Gürcüstan Respublikasından gələrək Qazaxıstan Respublikasına gedən don toyuq yükü daşıyan vaqonlar gömrük nəzarətindən keçirilən zaman həmin vaqonlardan ən sonuncusu olan və motorxananın və nəqliyyat vasitəsinə aid olan ehtiyat hissələrinin yerləşdirildiyi 34563079 nömrəli vaqonda gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən spirtli içkilər aşkar edilmişdir. Həmin vaqonun bələdçisi olan Gürcüstan Respublikasının vətəndaşı Şəxs (P GEO 12AA79423) gömrük nəzarəti başlamadan əvvəl vaqonlarda bəyan ediləcək hər hansı əşyanın olubolmaması soruşulduqda sonuncu bəyan ediləcək hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra vaqona baxış keçirilən zaman motorxananın olduğu sözügedən vaqonun müxtəlif gizli saxlanc yeri ola biləcək hissələrindən gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən və gömrük nəzarətindən gizlədilmiş 12 ədəd üzərində "Chelti winnery white dry wine 750 ml", 5 ədəd üzərində "Chelti winnery red dry wine 750 ml". 3 ədəd üzərində "Babunidze wines 750 ml" və 3 ədəd üzərində "Tiko Estate 750 ml" yazıları olan ümumilikdə 23 ədəd müxtəlif markalarda olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış spirtli içkilər aşkarlanmışdır. Şəxs aşkar edilmiş içkilərin kimə aid olması və nəyə görə göstərilən yerdə gizlədilərək gömrük orqanına bəyan olunmadığı soruşulduqda sonuncu onların özünə aid olduğunu ve həmin içkilərin bəyan edilməli olduğundan məlumatsız olduğunu bildirmişdir. Daha sonra nəqliyyat vasitəsinə baxış davam etdirilmiş, lakin hər hansı bəyan edilməyən yaxud gömrük orqanından gizlədilmiş predmet aşkar edilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxışında bildirmişdir ki, hüquqlarının müdafiəsini həyata keçirdiyi şəxs barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının tranzitlə keçməklə Gürcüstan Respublikasından gələrək Qazaxıstan Respublikasına gedən don toyuq yükü daşıyan vaqonlara baxış keçirilmişdir. Baxış zamanı həmin vaqonlardan ən sonuncusu olan və motorxananın və nəqliyyat vasitəsinə aid olan digər ehtiyat hissələrinin yerləşdirildiyi 34563079 nömrəli vaqonda gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən spirtli içkilər aşkar edildi. Belə ki, həmin vaqonun bələdçisi olan Gürcüstan Respublikasının vətəndaşı Şəxs (P GEO 12AA79423) gömrük nəzarəti başlamadan əvvəl vaqonlarda bəyan ediləcək hər hansı əşyanın olub-olmaması soruşulduqda sonuncu bəyan ediləcək hər hansı predmetin olmadığını bildirdi. Baxış zamanı motorxananın olduğu həmin vaqonun müxtəlif gizli saxlanc yeri ola biləcək hissələrindən 12 ədəd üzərində "Chelti winnery white dry wine 750 ml", 5 ədəd üzərində "Chelti winnery red dry wine 750 ml", 3 ədəd üzərində "Babunidze wines 750 ml" və 3 ədəd üzərində "Tiko Estate 750 ml" yazıları olan, şifahi yaxud yazılı formada gömrük orqanına bəyan edilməyən spirtli içkilər aşkarlandı. Şəxs aşkar edilmiş içkilərin kimə aid olması və nəyə görə göstərilən yerdə gizlədilərək gömrük orqanına bəyan olunmadığı soruşulduqda sonuncu onların özünə aid olduğunu və həmin içkilərin bəyan edilməli olduğundan məlumatsız olduğunu bildirmişdir. Daha sonra nəqliyyat vasitəsinə baxış davam etdirilmiş, lakin hər hansı bəyan edilməyən yaxud gömrük orqanından gizlədilmiş predmet aşkar edilməmişdir. Baxış zamanı spirtli içkilərin aşkarlandığı yerlərin video görüntüləri "iphone" markalı mobil telefon vasitəsilə qeydə alınıb "CD" diskə yazılmaqla hazırkı protokola əlavə edilmiş, həmçinin aşkar edilmiş spirtli içkilərin foto şəkilləri həmin cihaz vasitəsilə çəkilməklə tərtib edilmiş foto cədvəl protokola əlavə edilmiş, baxış başa çatdıqdan sonra ümumilikdə 23 ədəd spirtli içki xüsusi qablaşdırma vasitəsilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 6/7039-9/9067 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Chelti winery white dry wine”, “Chelti winery red dry wine”, “Babunidze wines”, “Tiko Estate” markalı şərablar orqanoleptik tündlük əlamətinə görə və uçucu turşuluğun kütlə payına görə standartın tələblərinə uyğundur və istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda şərabların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 380 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan malların saxlanca qəbul edilməsi haqqında 26 dekabr 2022-ci il tarixli, 111 S nömrəli aktdan görünür ki, ümumilikdə 23 ədəd spirtli içkilər Birliyin anbarına müvəqqəti saxlanca qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xatalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə predmeti olan məhsulların (malların) müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, tədqiqatdan sonra qalmış 12 ədəd “Chelti winery white dry wine”, 5 ədəd “Chelti winery red dry wine”, 3 ədəd “Babunidze wines”, 3 ədəd “Tiko Estate” markalı ümumilikdə 23 ədəd spirtli içkilər məcburi qaydada və ödənişsiz olaraq dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə həvalə edilsin. Qərarın rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar