Məhkəmə qərarları › İş №3(002)-17/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-17/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-17/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 19 dekabr 2023-cü il tarixli, 00100-03276/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, AZ1080, Bakı şəhəri, Qaradağ ray, Lökbatan ŞTQ, ünvan 1 ünvanına gələn xx.xx.2023-cü il tarixində 73AA313/73AA314 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1581 nömrəli gömrük bayannaməsi ilə bəyan olunan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən olunmuşdur. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33- /3-1- 034019/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 73AA313/73AA314 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil ilə daşınan mallara" dair çıxarışdan görünür ki, 73AA313/73AA314 nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-ci il tarixdə saat 15:30 radələrində "Biləsuvar" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin "X2 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC ünvanına 73AA313/73AA314 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. **********8630 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 17:36-da gömrük orqanına elektron formada verilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal beyannamesi verilir. Qısa idxal bəyaram sinin inzibati məsuliyyətinə səbəb olur. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün Yaşıl dəhliz və digər bəyannaməçinin buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bayannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan melumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-/3-1-034019/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport, Aqro-Vest PRO" MMC-nin qeydiyyatda olduğu ünvana 3-33-1100/2-A-000388/1-10/2023 nömrəli məktub göndərilsədə çağırış üzrə gəlməmiş iş üzrə icraatda iştirak etməmişdir.Gömrük Xidmətinin "X1 sistemi" informasiya resursundan "Malin çatdırılması ve boşaldılmasına dair çıxarış və "X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokol, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında qısa idxal bəyannaməsinin gömrük orqanına gec təqdim edilməsinin səbəbi kimi həmin gün elektron sistemdə olan texniki nasazlığın baş verməsini göstərmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1080, Bakı şəhəri, Qaradağ ray, Lökbatan ŞTQ, Salyan şossesi, ev 22L ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar