Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-17/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Qaradağ rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş Qaradağ rayon prokuroru, ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və iş materiallarından aydın olur ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində İ zona, İİ sırada yerləşən təxminən 33 kvadrat metr ölçüdə olan 65 nömrəli mağazada kişi geyimləri sataraq ümumilikdə 100 manat manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X1 qərarı müdafiə edərək bildirmişdir ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində İ zona, İİ sırada yerləşən təxminən 33 kvadrat metr ölçüdə olan 65 nömrəli mağazada kişi geyimləri sataraq ümumilikdə 100 manat manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs oğlunun izahatı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məlumat axtarış sistemindən əldə edilmiş çıxarışla təsdiq edilir. Şəxs oğlu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində İ zona, İİ sırada yerləşən təxminən 33 kvadrat metr ölçüdə olan 65 nömrəli mağazada kişi geyimləri sataraq ümumilikdə 100 manat manat məbləğində gəlir əldə etmişdir. Obyekt onun tərəfindən işlədilir, Obyektdə hər hansı işçisi yoxdur, VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məlumat axtarış sistemindən əldə edilmiş məlumata əsasən, Şəxs oğlu sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. Odur ki, Şəxs oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs oğluna rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, iş materillarına əlavə edilmiş və Şəxs oğlu tərəfindən Qaradağ rayon Prokurorluğuna ünvanlanmış izahatın məzmunundan aydın olur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində İ zona, İİ sırada yerləşən təxminən 33 kvadrat metr ölçüdə olan 65 nömrəli mağazada kişi geyimləri sataraq ümumilikdə 100 manat manat məbləğində gəlir əldə etmişdir. Obyekt onun tərəfindən işlədilir. Obyektdə hər hansı işçisi yoxdur, VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məlumat axtarış sistemindən əldə edilmiş məlumata əsasən, Şəxs oğlu sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsindən aydın olur ki, ; 1.fiziki şəxs Şəxs (FİN xxxxxxx) – xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 78, mənzil 15-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.qərar və toplanmış materialın baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi, 3.qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi, 4.barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnternet vergi idarəsi” sistemindən verilmiş çıxarışdan aydın olur ki, Şəxs fiziki şəxs kimi VÖEN olmadan fəaliyyət göstərir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 100 manat gəlirin iki misli miqdarında, yəni 200 (iki yüz manat) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-17/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-17/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver