Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-170/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 125 nömrəli avtobus dayanacağında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində bir nəfər şəxs səs-küy salaraq polisin xidmətinə maneçilik törətmişdir. Daha sonra ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri tərəfindən həmin şəxs 10-cu polis bölməsinə gətirilmiş, onun Şəxs olduğu müəyyən edilmiş və barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə kişi salonunda olan zaman dostunun polis əməkdaşları ilə söhbət etdiyini görmüş və onlara yaxınlaşaraq nə olduğunu soruşmuşdur. Polis əməkdaşları isə onların işinə qarışmamağını demişdir. Həmin vaxt onlar səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş, lakin o, dostundan yüksək səslə polislərlə ünsiyyəti dayandırmasını tələb etmişdir. Bu səbəbdən dostu ilə yüksək səslə danışması polislər tərəfindən onlara qarşı nalayiq ifadə işlətməsi kimi qəbul edilməsini ehtimal edir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. Həmçinin, məhkəmədə ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə 10-cu Polis Bölməsinə aparılsa da orada saxlanılmamış, sahə inspektoru ona zəng edərək hadisənin növbəti günü polis bölməsinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Alayının patrul bölüyü, polis nəfəri X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 31 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində xidmət aparan zaman bir nəfər şəxs onlarla söhbət edərkən digər şəxs kənardan "polisin başını burax gəl bura, onlarla söhbət etmək lazım deyil" deyərək, yüksək səslə qışqırmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ona ictimai yerdə olduğunu və aşağı səslə danışmağını bildirmişlər. Buna baxmayaraq, o, polisin nüfuzuna xələl gətirən sözlərdən və ifadələrdən istifadə edib qışqırmış və insanların diqqətini cəlb etməyə çalışmışdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, əməllərini davam etdirdiyi üçün 10-cu polis bölməsinə dəvət edilmiş, lakin o, polisin qanuni tələbinə tabe olmayaraq onlara müqavimət göstərmişdir. Bundan sonra ona güc tətbiq edərək avtopatrula əyləşdirilmiş, 10-cu polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Alayının patrul bölüyü, polis nəfəri X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində xidmət aparan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq söhbət edərkən digər şəxs kənardan "polisin başını burax gəl bura, onlarla söhbət etmək lazım deyil" deyərək yüksək səslə qışqırmışdır. Həmin şəxs nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymamışdır. Daha sonra onları maşına əyləşdirib bölməyə aparan zaman nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Alayının patrul bölüyü, polis nəfəri X5 digər şahidlərin ifadələrinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlıya ünvanlanmış 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, 31 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində 9698 çağırışlı avtomaşında xidmət aparan zaman bir nəfər şəxs polisə yaxınlaşaraq onlarla söhbət edərkən digər şəxs kənardan "polisin başını burax gəl bura, onlarla söhbət etmək lazım deyil" deyərək yüksək səslə qışqırmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona ictimai yerdə olduğunu və aşağı səslə danışmağını bildirmişlər. Buna baxmayaraq o, polisin nüfuzuna xələl gətirən sözlərdən və ifadələrdən istifadə edib qışqırmış və insanların diqqətini cəlb etməyə çalışmışdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, əməllərini davam etdirdiyi üçün 10-cu polis bölməsinə dəvət edilmiş, lakin o, polisin qanuni tələbinə tabe olmayaraq onlara müqavimət göstərmişdir. Bundan sonra ona güc tətbiq edərək avtopatrula əyləşdirmiş, 10-cu polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 125 nömrəli avtobus dayanacağında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 31 yanvar 2022-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 125 nömrəli avtobus dayanacağında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-170/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-170/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver