Məhkəmə qərarları › İş №3(002)-1704/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1704/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1704/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə xx.xx.1981-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu, Daykazımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* seriya və nömrəli «İnzibati xəta haqqında» protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Qaradağ rayonunda "X3" markalı "**-XO-***" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Qaradağ RPİ-nə inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndənin məhkəmə iclasında iştirakı təmin edillməmiş və iştirakın təmin edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara icraatda iştirak edən Qaradağ RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 izahatında bildirmişdir ki, 01 avqust 2025-ci il tarixdə nəvəsini xəstəxanadan çıxardarkən ağ rəngli "X3" markalı "**-XO-***" dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə çəhrayı rəngli örtük çəkmişdir. Həmin örtük avtomobilin arxasında yerləşən dövlət qeydiyyat nişanında bayrağın üzərini örtməsə də, həmin nişanda olan "XO" seriyasının üzərini örtmüşdür. Örtük avtomobilin baqajının qapısı ilə avtomobilə bərkidilmişdir. Bunu görsə də, qısamüddətli olduğundan problem yaratmayacağını fikirləşmişdir. Məqsədi avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək olmamışdır. Buna görə də, barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İş materiallarında olan Qardağ RPİ-nin DYPŞ tərəfindən inzibati xəta haqqında protokola əlavə edilmiş bir ədəd rəngli fotoşəkildən görünür ki, ağ rəngli "X3" markalı "**- XO-***" dövlət qeydiyyat nişanlı avtomobilin arxasında yerləşən dövlət qeydiyyat nişanının "XO" seriyasının üzərinə çəhrayı rəngli örtüyün çəkildiyi, həmin örtüyün baqajın qapısı ilə avtomobilə bərkidildiyi, örtüyün dövlət qeydiyyat nişanının üzərində olan "XO" seriyasının görünüşünü çətinləşdirdiyi müşahidə edildi. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir və o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs nəqliyyat vasitəsini müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmet (örtük) müsadirə edilməklə 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar