Məhkəmə qərarları › İş №3(002)-1707/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1707/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1707/2023 11.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5, Azərbaycan Respublikası X13 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6, "xxxx" Firmasının nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası X13 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X13 Bakı şəhəri Reklam İdarəsi tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X10 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "xxxx" Ticarət Mərkəzi ünvanında 10 avqust 2023-cü il tarixdə, saat 14:25-də “Xəzər Avto” adlı obyektin üzərində olan reklamların müvafiq icazəsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X13 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X11 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası X9 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, "xxxx" ticarət mərkəzi ünvanında yerləşən “Xəzər Avto” adlı obyekin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 18 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra 31 may 2023-cü il tarixdə fərdi sahibkar X7 rəsmi qaydada sürətli poçt vasitəsilə “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş ünvanlanmış və həmin göstəriş rəsmi qaydada 01 iyun 2023-cü il tarixdə “İbrahimov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq qanunla müəyyən edilmiş qaydada və müddətdə göstərişin icrası təmin edilməmişdir. Göstərişdə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq 15 may 2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması şirkətdən tələb edilmiş, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuşdur. Lakin fərdi sahibkar tərəfindən müvaiq göstəriş alındıqdan sonra nəzərdə tutulan müddətdə pozuntu aradan qaldırılmamışdır. Nəticədə 10 avqust 2023-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, fərdi sahibkar X10 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstrəmişdir ki, "xxxx" Firması və onun ərazisində yerləşən obyektlər bundan uzun müddət əvvəl fəaliyyət göstərsələr də Reklam Agentliyi 2017-ci ildə yaradılmış və yuxarıda qeyd olunan pozuntu Agentlik tərəfindən 15 may 2023-cü il tarixdə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən fərdi sahibkar X10 öz izahatında bildirmişdir ki, onun mağazası iki mərtəbədən ibarətdir, şüşəlidir və günəş işığının düşməsinin qarşısını almaq üçün mağazanın üzərinə müxtəlif şəkillər yapşdırılımışdır. Onun mağazada işləyən “İbrahimov” adlı şəxsdən heç bir xəbəri yoxdur. Belə ki, mağazasında tez-tez yeni işçilər gəlir. Ona görə də bildirişi kimin qəbul etdiyinindən heç bir xəbəri yoxdur. Bundan başqa qeyd etmişdir ki, onun heç bir reklam məqsədi olmayıb. Həmin korpusda 2019-cu ildən fəaliyyət göstərir, lakin heç vaxt reklam qurmamışdır. Haqqında tərtib edilmiş protokolun müəssisəyə heç bir aidiyyatı yoxdur, belə ki, tərəfindən qeyri yaşayış sahəsi icarəyə götürülmüşdür və tikilinin üzərindəki yazı onlar həmin obyekti icarəyə götürdükləri zaman artıq mövcud olmuşdur. İnzibati xətanın onun obyektinə heç bir aidiyyatı yoxdur. Belə ki, əmlak qapalı məkanda yerləşən "xxxx" firmasına aiddir. Onda olan məlumata görə "xxxx" firmasında fəaliyyət göstərən bütün mağaza və obyektlər ilə bağlı daxil olan sənədlər birbaşa "xxxx" Firmasının dəftərxanasına daxil olur. Qeyd edilənləri və inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Firmasının nümayəndəsi X8 "xxxx" Firmasının daxilində fəaliyyət göstərən fiziki şəxs X10 barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək bu barədə məhkəməyə yazılı məlumat təqdim etmişdir. Həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 yanvar 2007-ci il tarixli 07 saylı Sərəncamına əsasən "ticarət mərkəzinin tikintisi" üçün yer ayrılmışdır. 15 mart 2007-ci il tarixli, 12054 saylı inşaat pasportuna əsasən tikinti işləri aparılmış və ayrılmış 100 hektar torpaq sahəsinin hüdudlarında yerdən çıxan su sahəsinin qurudulması yolu ilə qapalı məkanda ticarət mərkəzi inşa edilmiş və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət 2009-cu ili may ayından etibarən başlanılmışdır. xx.xx.2023-cü il tarixində "xxxx" Firmasına ********** qeydiyyat çıxarış verilmişdir. "xxxx" ticarət mərkəzinin ərazisində, üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s. bu kimi təyinatlı obyektlər inşa edilmiş, minlərlə iş yeri açılmışdır. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Ticarət mərkəzi özəl mühafizə xidməti tərəfindən mühafizə olunur və qorunur. Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşmişdir. Ticarət mərkəzinin dörd girişi vardır. "xxxx" Firmasına məxsus olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət göstərən ticarət mərkəzi burada çalışanların iş yerləridir. Əraziyə giriş xüsusi ayrılmış keçidlərdən keçməklə həyata keçirilir. Bilavasitə ticarət mərkəzinin daxili ərazisində bağlı məkanda yerləşdirilən reklam lövhələri ərazinin genişliyini və böyüklüyünü nəzərə alaraq ancaq istiqamət məqsədi daşıyır və bilavasitə ticarət mərkəzinin ərazisində olan həmin ticarət mağazasının hansı zonada, hansı korpusda, hansı sırada və neçə nömrəli mağazada yerləşdiyini göstərir və koordinat rolunu oynayır. Bu qurğular əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq rolunu oynamır. Bunun üçün sahibkarlar müxtəlif sosial şəbəkə yayımlarından, televiziya və radio verilişlərindən istifadə edirlər. Azərbaycan Respublikasının qüvvədə olan "X12 2.0.1-ci maddəsinə əsasən reklam reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat" dır. İnzibati Xəta haqqında protokola əlavə edilmiş foto şəkildən də görünür ki, həmin foto şəkil ticarət mərkəzinin daxili ərazisində çəkilmişdir. Yəni, Ticarət mərkəzinin 4 giriş hissəsində yerləşdirilmiş və bu ərazinin ticarət mərkəzi olduğunu təsdiq edən və avtomobil yolunun üzərində yerləşən "xxxx" Ticarət mərkəzi yazılan lövhə deyildir. Tərəflərindən həmin lövhələrə görə dövlət rüsumu ödənilməsinə heç bir etirazları yoxdur. Lakin, tərtib edilmiş 10 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati protokol yuxarıda qeyd etdikləri əsaslara görə tam əsassızdır və ləğv edilməlidir. 2009-cu ildən fəaliyyətə başlayan ticarət mərkəzi açıldığı vaxıdan indiyə qədər bu şəkildə fəaliyyət göstərmiş və koordinat rolunu oynayan yazılar həmin vaxtdan mövcud olmuşdur və əlaqəli orqan tərəfindən bu illər ərzində həmin koordinat rolunu oynayan yazıların reklam xarakteri olması səbəb gətirilməmiş və inzibati orqan tərəfindən heç bir inzibati hərəkət aparılmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan "X12 26.8. maddəsinə əsasən "Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyrihökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir." Göründüyü kimi koordinat xarakterinə məxsus olan bu qurğular, lövhələr firmanın daxili vəsaiti hesabına inşa edilmişdir və mühafizə olunur. Axşam saatlarında saat 19:00dan sonra ticarət mərkəzi bağlanır və heç bir faaliyyət gsötərmir. Ərazi özəl Mühafizə xidmətləri tərəfindən mühafizə olunur. İşıqlandırılan lövhələr varsa söndürülür. Ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burada koordinat göstərən yazısı yoxdur. Həmin yazılar bilavasitə ünvanı göstərir. Ünvan isə reklam hesab olunmur. Azərbaycan Respublikasının qüvvədə olan "Reklam Haqqında" Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən 26.1. Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən 5) avtomobil yolu yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur. Reklam Haqqında Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən Açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti ştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Azərbaycan Respublikasnln Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 468 saylı X4 yol Kənarında yerləşdirilməsi Standartlarının" 1.2. bəndinə əsasən "Reklam qurğusu dedikdə, bu Standartların tələbləri baxımından, açıq məkanda avtomobil yollarının kənarında reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar daşıyıcı mənasında başa düşülür." Göründüyü kimi, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələrdə ünvan bidirən lövhələr asılmışdır. "xxxx" icarət mərkəzi burada işləyənlərin iş yerləri sayılır. Onların ixtiyarı var ki, iş yeri anlayışından istifadə edərək iş yerində öz ünvanlarını yerləşdirsinlər. Həmin obyektlərin koordinasiyası baxımından, ərazinin relyefini, avtobus dayanacaqlarının xüsusi ayrılmış yerlərdə yerləşməsi baxımından obyektlərinin adının və mənsubiyyətinin bildirilməsi zəruridir. Əks halda ticarət mərkəzinə gələn müştərilərin bəlli ünvanları tapması problem yaradar. "xxxx" Firması tərəfindən avtomobil yollarının və avtomagistralların kənarında yerləşən reklam lövhələri və qurğuları üçün vaxtında və daima müəyyən olunmuş qaydada vəsait Reklam İdarəsinə ödənilir. Hesab edirlər ki, "xxxx" ticarət mərkəzinin daxili ərazisi qapalı məkandır, bu ərazi qorunur, iş vaxtı 24 saatı əhatə etmir, avtomobil yollarından 200 metr məsafədə yerləşir, ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərir və bu lövhələr daxili ərazidə bir neçə ədəddir və bu lövhələr ticarət mərkəzi tikildiyi vaxtdan, yəni 2009-cu ildən yazılmış lövhələrdir. Həmin lövhələr tərəflərindən mağazaları fərqləndirmək üçün asılmışdır, reklam deyildir. Bütün bunları nəzərə alaraq 02 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati protokol əsassız olduğundan və Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəmizdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, istər "xxxx" Firmasına, istərsə də onun daxilində fəaliyyət göstərən bütün ticarət mağazaları və ictimai iaşə obyektlərinə ünvanlanan poçt göndərişləri həmin ərazidə yeganə rəsmi qurum olan "xxxx" Firmasının dəftərxanasına daxil olur. Eyni zamanda bildirmişdir ki, "xxxx" Firmasına aid reklam işi ilə bağlı 2018-ci ildə rəsmi qaydada Reklam Agentliyinin məktubuna cavab verilərək "xxxx" Firmasında asılmış lövhələrin reklam xarakteri daşımadığı bir daha Agentliyin diqqətinə çatdırılmış və Reklam Agentliyi tərəfindən onlara heç bir narazılıq və irad bildirilməmiş, onlara məlum olmayan səbəbdən bu hadisədən uzun müddət, yəni beş ildən artıq müddət keçdikdən sonra firmanın daxilində fəaliyyət göstərən obyektlərə protokollar yazılmağa başlamışdır. Məhkəmə, tərəflərin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi”nə dair Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. 1.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X5 fəaliyyət göstərdiyi mağaza açıq məkan sayılmayan "xxxx" firmasının daxilində yerləşməklə mübahisələndirilən «Xəzər Avto» yazısı qapalı məkan sayılan "xxxx" firmasının həyətinə ünvanlanmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Reklam Agentliyi tərəfindən göndərilən bildiriş "xxxx" firması tərəfindən qəbul edildiyindən fiziki şəxs X5 həmin bildirişi almasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati araşdırma aparılan şəxsin inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun hüquqları təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması, həmin pozuntunun aşkar edildiyi vaxt, (o cümlədən protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Qeyd olunan protokolda faktın 10 avqust 2023-cü il tarixdə aşkar edildiyi qeyd edilsə də iş materiallarında olan aktdan məlum olur ki, qeyd olunan fakt 18 may 2023-cü il tarixdə aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Firmasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə yuxarıda qeyd olunan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti artıq keçmişdir. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" Firması tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, X13 Bakı şəhər Reklam İdarəsi tərəfindən "xxxx" ticarət mərkəzinin rəhbərliyinə 16 mart 2018-ci il tarixli, 01/03-134/18 saylı məktub ünvanlanmışdır və həmin məktub 27 mart 2018-ci il tarixdə "xxxx" ticarət mərkəzi tərəfindən qəbul edilmişdir. Həmin məktubda göstərilmişdir ki: “Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli, 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının X13 tərəfindən həyata keçirilir. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən və icazə açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq qurumdan icazə alınmalı müqaviləsi bağlanmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması və icazə müqaviləsinin bağlanması üçün bu bildirişi aldığınız tarixdən etibarən 5 (beş) iş günü ərzində təşkilatınıza aid olan filial, nümayəndəlik və müəssisələr, habelə reklam qurğuları (daşıyıcıları) barədə (adları, yerləşdirdiyi ünvanlar, reklam daşıyıcılarının növləri, elecə də məsul şəxslər və əlaqe telefonları) məlumatlarla Bakı Şəhəri Reklam İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. Əks təqdirdə, icazə sənədləri reklam qurğularının olmadan yerləşdirilmiş (daşıyıcılarının) sökülməsi qanunverciliyə uyğun olaraq həyata keçiriləcəkdir Nəzərinizə çatdırırıq ki, açıq məkanda reklam qanunvericliyinin pozulması, o cümlədən icazə sənədləri olmadan reklam yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7- ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.” Həmin məktuba "xxxx" Firması tərəfindən 06 aprel 2018-ci il tarixli, 253 nömrəli məktubla cavab verilmiş və məktub 09 aprel 2018-ci il tarixdə Reklam Agentliyi tərəfindən qəbul edilmişdir. Həmin məktubda "xxxx" Firması göstərmişdir ki: “Sizin tərəfinizdən 01/03- 134/18 saylı 16 mart 2018-ci il tarixində yazılmış və "xxxx" Firmasına 27 mart 2018-ci il tatixində daxil olmuş məktubunuza cavab olaraq aşağıdakılanı diqqətinizə çatdırırıq: Məktubunuzda qeyd olunmuşdur ki, "açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması və icarə müqaviləsinin bağlanması üçün bu bildirişi aldığınız tarixdən etibarən 5 gün ərzində təşkilatınıza aid olan filial, nümayəndəlik və müəssisələr, habelo reklam qurğuları (daşıyıcıları) barədə (adları, yerləşdiyi ünvanlar, reklam daşıyıcılarının növləri, elecə də məsul şəxslər və əlaqə telefonları) məlumatlarla Bakı Şəhəri Reklam İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur. Bildirmək istəyirik ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 07 saylı Sərəncamına əsasən ticarət mərkəzinin tikintisi üçün yer ayrılmış və Firmaya daimi istifadə hüququ verilmişdir. 15 mart 2007-ci il tarixli, 12054 saylı inşaat pasportuna əsasən tikinti işləri aparılmış və ayrılmış 100 ha torpaq sahəsinin hüdudlarında yerdən çıxan su sahəsinin qurudulması yolu ilə qapalı məkanda ticarət mərkəzi inşa edilmiş və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət 2009-cu ili may ayından etibarən başlanılmışdır. "xxxx" ticarət mərkəzinin ərazisində, yəni ayrılmış 100 ha torpaq sahəsində üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s. bu kimi təyinatlı obyektlər inşa edilmiş, minlərlə iş yeri açılmışdır. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşmişdir. "xxxx" Firmasına məxsus olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət göstərən ticarət mərkəzi burada çalışanların iş yerləridir. Bilavasitə ticarət mərkəzinin daxili ərazisində bağlı məkanda yerləşdirilən reklam lövhələri ərazinin genişliyini və böyüklüyünü nəzərə alaraq ancaq tanıtım məqsədi daşıyır və bilavasitə ticarət mərkəzinin ərazisində olan həmin ticarət mağazasının hansı zonada, hansı korpusda, hansı sırada və neçə Ne li mağazada yerləşdiyini göstərir və koordinat rolunu oynayır. Bu qurğular əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq rolunu oynamır. Azərbaycan Respublikasının qüvvədə olan "X12 26.8. maddəsinə əsasən "Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir." Göründüyü kimi tanıtım lövhələri xarakterinə məxsus olan bu qurğular Firmanın daxili vəsaiti hesabına inşa edilmişdir və mühafizə olunur. Axşam saatlarında saat 19-00 dan sonra ticarət mərkəz bağlanır və heç bir fəaliyyət göstərmir. Ərazi özəl mühafizə xidmətləri tərəfindən mühafizə olunu İşıqlandırılan lövhələr söndürülür. Ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kəna istehsalçı reklam olunmur. Ərazidə ticarət mərkəzində faəliyyət göstərməyən heş bir sahibkarlı subyektinin reklam lövhəsi yoxdur. Azərbaycan Respublikasının qüvvədə olan "Reklam Haqqında" Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən 26.1. Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsət və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən 5) avtomob yolu yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun ola ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürət təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur; Reklam Haqqında Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsina asasan Açıq məkanc yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıla üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində yol qurğuları reklamın yerləşdirilməsi qadağandır. Azərbaycan Respublikasnln Nazirlər Kabinetinin 18 noyat 2016-cı il tarixli 468 saylı Qərarının "Reklam Qurğularının yol Kənarında yerləşdirilmə Standartlarının" 1.2. bəndinə əsasən "Reklam qurğusu dedikdə, bu Standartların tələbləri baxımında açıq məkanda avtomobil yollarının kənarında reklamın istehlakçıya çatdırılması üçün istifadə oluna ixtisaslaşdırılmış stasionar daşıyıcı mənasında başa düşülür." Göründüyü kimi, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsind divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və rejimini istehlakçıya çatdıran lövhələrdə ünvan bidirən lövhələr asılmışdır. Sədərək ticarət mərkəzi burada işləyənlərin iş yerləri sayılır. Onların ixtiyarı var ki, iş yeri anlayışından istifadə edərək yerində öz ünvanlarını yerləşdirsinlər. Həmin obyektlərin koordinasiyası baxımından, ərazinin relyefini, avtobus dayanacaqlarının xüsusi ayrılmış yerlərdə yerləşməsi baxımından obyektlərin adının və mənsubiyyətinin bildirilməsi zəruridir. Əks haida ticarət mərkəzinə gələn müştərilərin bə ünvanları tapması problem yaradar. "xxxx" Firması tərəfindən avtomobil yollarının və avtomagistralların kənarında yerləşən reklam lövhələri və qurğuları üçün vaxtında və daima müəyyən olunmuş qaydada vəsait Reklam İdarəsinə ödənilmişdir. "xxxx" Firmasının Reklam şöbəsi tərəfindən sizinlə danışıqlar aparılma və avtomobil yollarının və avtomağıstralların kənarında açıq məkanda yerləşdirilmiş reklam qurğula üçün müvafiq qaydada müqavilələlər bağlanılması sobaya həvalə edilmişdir. Bu da siz məktubunuzda nəzərdə tutulan tövsiyyələrin yerinə yetilməsinə xidmət edir.” Göründüyü kimi törədilməsi ehtimal onun inzibati xəta hadisəsi barədə X9 Bakı şəhər Reklam İdarəsi hələ 2018-ci ilin mart ayından məlumatlı olsa da (yəni aşkara çıxarsa da) yuxarıda sözügedən ehtimal olunan inzibati pozuntularla bağlı yalnız 2023-cü ilin may ayında müvafiq tədbirlər görülməyə başlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən aydın olur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mağazada qeyd olunan «Xəzər Avto» adı altında hər hansı bir məhsulun satılması sübut edilmədiyindən bu lövhə istehlakçısının diqqətini müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat kimi qiymətlədirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.3-cü maddəsində göstrilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş X5 İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar