Məhkəmə qərarları › İş №3(002)-171/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-171/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-171/2022 01.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4933/2020 saylı, 12 avqust 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4933/2020 saylı, 12 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1500 manat dəyərində 26 qram çəkidə, 750 əyyarlı bir ədəd komplekt (sep, sırğa və üzük) kolye, 400 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı bir ədəd qaşlı nişan üzüyü, 600 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı bir ədəd qaşlı gül formalı üzük və sırğa, 600 manat dəyərində hər biri 2 qram çəkidə 585 əyyarlı 3 ədəd fianit qaşlı üzük, 500 manat dəyərində 8 qram çəkidə 585 əyyarlı fantaziya üzük və sırğa, 400 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı tros sep, 300 manat dəyərində, 4,5 qram çəkidə 585 əyyarlı nazik bilərzik, 350 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı ağ-sarı fianit qaşlı aypara klon, 200 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı aypara klon və 800 manat dəyərində 15 qram çəkidə 585 əyyarlı dəst topazdan ibarət qızıl-zinət əşyaları alınaraq iddiaçı X5 verilməsi, həmin əşyaların alınıb verilməsi mümkün olmadıqda onların 5650 manat dəyərinin cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi, cavabdeh Şəxs 1400 manat dəyərində yataq dəsti, 400 manat dəyərində qorka, 500 manat dəyərində stol-stullar, 650 manat dəyərində divan və kreslo, 700 manat dəyərində “Nord” markalı soyuducu, 80 manat dəyərində blender, 90 manat dəyərində mikrodalğalı soba, 70 manat dəyərində “Tefal” markalı çaynik dəsti, və 350 manat dəyərində servis dəstinin alınaraq iddiaçı X5 verilməsi, həmin əşyaların alınıb verilməsi mümkün olmadıqda onların 4240 manat dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi, X2 adına Rusiya Federasiyasında verilmiş “Analıq sərmayesi sertifikatı”nın cavabdeh Şəxs oğlundan alınaraq iddiaçı X5 verilməsi, “Mersedes Benz E240” markalı ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 10000 manat dəyərinin ½ hissəsinə iddiaçı X4, ½ hissəsinə cavabdeh X3 payları müəyyən edilərək həmin məbləğin ½ hissəsini təşkil edən 5000 manatı cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Cavabdeh qızıl zinət əşyalarına olan borcundan 2350 manat ödəyib. 3740 manatlıq əşyaları isə tələbkar hələlik aparmaq istəmədiyinə görə Şəxs mənzilində qalmışdır. Yekun olaraq qızıl zinət əşyalarının dəyərindən 3300 manat, digər əşyalardan isə 500 manat borcu qalmışdır. O öz izahatında daha sonra göstəmişdir ki, borclu Şəxs 10 iyul 2021-ci il tarixdə “Azfen” birgə müəssisəsində fəhlə kimi işə düzəlməklə 720 manat məbləğində əməkhaqqı alır. Aldığı əməkhaqqının yarıdan çoxunu hər ay keçmiş illərdən yığılıb qalmış aliment borcuna yönəltmiş və artıq demək olar ki alimentlə bağlı aylıq qrafikə düşmüşdür. Borclunun rəsmi iş yerindən başqa onun digər hər hansı bir qazanca və ya gəlirə malik olması barədə icra şöbəsində hər hansı bir məlumat yoxdur. Bundan başqa borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlmişdir. Buna baxmayaraq hal-hazırda borcu olduğuna görə onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 01 fevral 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında göstərmişdir ki, Şəxs elektrik işləməklə 1000 manatdan yuxarı maaş alır, özünün şəxsi evi var. Bütün bunları nəzərə alaraq Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Bundan başqa iki uşağa görə hər ay 320 manat məbləğində aliment ödəməlidir. Lakin əvvəllər heç bir yerdə işləməsə də hər ay aliment borcundan ödənişlər etmiş, lakin buna baxmayaraq xeyli miqdarda aliment borcu yaranmışdır. 10 iyul 2021-ci il tarixdən “Asfen birgə müəssisəsində” fəhlə işləməklə aylıq 720 manat əmək haqqı alır. İşə girdikdən sonra aldığı əmək haqqının yarıdan çoxunu aybaay aliment borcunun ödənilməsinə yönəltmiş və artıq bu aydan keçmiş aliment borcu qalmamaqla qrafikə düşmüşdür. Bundan başqa yaranmış digər borclarına görə də xeyli miqdarda ödənişlər etmiş və qızıl zinət əşyalarının dəyərinə görə verməli olduğu 5650 manatdan 2350 manat borcu qalmışdır. O cümlədən mebel və məişət əşyalarına görə isə 4240 manatdan cəmi 500 manat borcu qalmışdır. Odur ki, bu aydan başlayaraq aldığı əmək haqqından 500 manat ödəməklə digər borclarını da qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Odur ki, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, yaranmış borclarını ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də hazırki məhkəmə proessesi gedişatında məlum olmuşdur ki, borclu tərəfindən mütəmadi olaraq yaranmış borcunun ödənilməsi məqsədilə ödənişlər edilmiş və borclu tərəfindən qalan borcun qısa müddətdə ödənilməsi məqsədilə də ödənişlər ediləcəyi bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar