Məhkəmə qərarları › İş №3(002)-1710/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1710/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1710/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Prokurorluğundan daxil olmuş 01 noyabr 2022-ci il tarixli, 96-C-22 nömrəli məktubda göstərilmişdir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə toplanmış material üzrə məhkəmə baxışı zamanı Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 6-cı tağımının yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən 06 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində ona qəsdən xəsarət yetirilməsi barədə məhkəmədə çıxışı zamanı göstəridkləri əsasında Qaradağ rayon Məhkəməsi tərəfindən rayon prokurorluğuna edilmiş müraciət əsasında Qaradağ rayon X4 tərəfindən CPM-nin 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Araşdırma nəticəsində Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 6-cı tağımının yol patrul xidmətinin inspektoru, polis serjantı X1 06 sentyabr 2022-ci il tarixdə Şəxs başı ilə vuraraq qəsdən xəsarət yetirməsi faktı öz təsdiqini tapmamış, material üzrə hər hansı bir cinayət hadisəsi müəyyən edilməişdir. Odur ki, material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə 01 noyabr 2022-ci il tarixli qərarı əsasında rədd edilmiş, göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə toplanmış material baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə geri göndərilmişdir. İş materiallarında olan və Bakı şəhər Qaradağ rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünası X5 tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsində göstərilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 6-cı tağımının yol patrul xidmətinin inspektoru, polis serjantı X1 06 sentyabr 2022-ci il tarixdə Şəxs başı ilə vuraraq qəsdən xəsarət yetirməsi faktı öz təsdiqini tapmamış, material üzrə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməsi və onalara qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud Qaradağ rayon Məhkəməsinə şikayət vermək hüquqlarının izah olunması, materialın saxlanması üçün rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, qeyd edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, material Qaradağ rayon prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair hər hansı bir protokol (və ya prokurorun qərarı) əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsində göstərilir ki, inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 102, 103 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati material Qaradağ rayon Prokurorluğuna geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar