Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1711/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, X1, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Xəyalın dairəsi” adlanan ərazidə polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 avqust 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X7 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİnin DYPŞ-nın YPX inspektorları X6 və X5 14 avqust 2023-cü il tarixdə, saat təxminən 18:40 radələrində Lökbatan qəsəbəsində xidmət aparan zaman onlara Lökbatan qəsəbəsi, Xəyalın dairəsi adlanan ərazidə konstruksiya dəyişikliyi və ya dövlət qeydiyyat nişanlarının heç biri olmadan qara, VAZ 2107 markalı avtomaşının sahibsiz, gecə saat təxminən 04:00 radələrindən yolun hərəkət istiqamətində saxlanıldığı bildirilmiş və buna görə də həmin avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi barədə göstəriş verilmişdir. Onlar həmin avtomobili evakuator vasitəsilə duracağa təqdim etmək istəyəndə dörd nəfər şəxs, onlardan biri avtomobilin sahibi olmaqla, polisə tabesizlik etmiş və qanunsuz çəkilişlər aparmağa başlamışlar. Adı çəkilən polis əməkdaşları ÇPA-nın naryadını köməyə çağırıb vətəndaşları 10-cu PŞ-ya təqdim etmişlər. Həmin şəxslərdən biri Şəxsdur. Qeyd olunanlara əsasən sonuncunun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 avqust 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib etmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirki, material natamam olmaqla qanununvericliyin tələbləri kobud şəkildə pozulduğundan geri qaytarılmalıdır. Belə ki, iş materialalrına əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xəta törətmməsi ehtimal edilən şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla 30 avqust 2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, yetkinlik yaşına çatmayan Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Lakin buna baxmayaraq həmin şəxs barəsində inzibati araşdırma aparılarkən və eləcə də inzibati qaydada tutularkən İXM-nin 63 və 66-cı maddələrinin tələbləri kobud şəkildə pozulmaqla yetkinlik yaşına çatmayan Şəxs qanuni nümayəndəsinin və vəkilinin iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinin tələblərindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 61, 66, 100, və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Barəsində tutma protokolu tərtib edilmiş Şəxs məhkəmə iclas zalından dərhal inzibati tutmadan azad edilsin. İnzibati araşdırmanın aparılmasında qanunverilciliyin tələblərinin kobud şəkildə pozulmasına yol vermiş əməkdaşlar barəsində tədbir görülməsi üçün qərarın surəti Qaradağ RPİ-yə göndərilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1711/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1711/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver