Məhkəmə qərarları › İş №3(002)-1711/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1711/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1711/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Vİ tağım yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 21, mənzil 16 qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs barəsində İXM-nin 333-1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən xx.xx.2025-ci il tarixdə, saat 19:06 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla “X3” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilini narkotik vasitədən istifadə edərək idarə etmişdir. Qeyd edilənlərə əsasən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul Xidməti Alayının Vİ tağım yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Vİ tağım yol patrul xidməti inspektoru X2 vermiş olduğu protokolu müdafiə edərək, inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta törətməsini bildirdi və inzibati tənbeh tədbirinin tətbiq məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, o, narkotik vasitənin marixuana növündən 10-15 gün öncə istifadə etmişdir. Nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilən: “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. “Sərxoşluq vəziyyətinn tibbi müayinəsi” haqqında xx.xx.2025-ci il tarixli 5273 saylı aktdan görünür ki, “Ç” bəndinə əsasən Şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitənin bioloji mayedən müəyyən edilməsi faktı aşkar olunmuşdur. Belə ki, Şəxs “Sərxoşluq vəziyyətinn tibbi müayinəsi” haqqında xx.xx.2025-ci il tarixli 5273 saylı aktda marixuana qəbulu nəticəsi müsbət aşkar olunsa da, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 333-1.2-ci maddəsinə əsasən b u Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs yol polisi tərəfindən saxlanılan zaman narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmamış, eləcə də nəqliyyat vasitəsini həmin narkotik vasitənin istifadəsi səbəbindən sərxoş vəziyyətdə istifadə etməmişdir və bu fakt iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinn tibbi müayinəsi” haqqında xx.xx.2025-ci il tarixli 5273 saylı aktda öz təsdiqini tapmışdır. Həmin “Sərxoşluq vəziyyətinn tibbi müayinəsi” haqqında xx.xx.2025-ci il tarixli 5273 saylı aktdan görünür ki, “Ç” bəndinə əsasən Şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitənin bioloji mayedən müəyyən edilməsi faktı aşkar olunmuşdur. Belə ki, Şəxs marixuana qəbulu nəticəsi müsbət aşkar olunsa da, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmə həmçinin protokol tərtib etmiş orqanın nəzərinə çatdırır ki, şəxsin qanunsuz olaraq narkotik vasitələrin istehlakına üzrə törədilmiş inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətlərini yaradır. Belə ki, həmin Məcəllənin 333-1-ci maddəsi yalnız nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi üzrə inzibati məsuliyyəti nəzərdə tutur. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməlində inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar