Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1714/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X8, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş protokolda və protokola əlavə edilmiş inzibati xəta haqqında materialda və göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs digər vətəndaş X6 qəsəbəsində MKŞ-i 21-ci binanın qarşısında nalayiq ifadələrlə təhqir etmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru X10 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs digər vətəndaş X3 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, MKŞ-i 21-ci binanın qarşısında ictimai yerdə borc mübahisəsi zəminində nalayiq ifadələrlə təhqir edib xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş raportu və Cəmilə Quliyevanın şikayət ərizəsini əsas götürərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək öz izahatında bildirmişdir ki, təxminən bundan bir ay öncə Şaməddin Qasımovun arvadı Cəmilə Quliyevaya onun evinə gələrək onu və ailəsini narahat etmişdir. Cəmilənin onun ünvanına gəlməsinin səbəbi həmin şəxsin əri Şaməddin Qasımovun adlı şəxsi fəhlə kimi işlətsə də sonuncuya ödəməli olduğu 160 manat pulu verməməsi olmuşdur. O, bu səbəbdən əsəbi şəkildə həyətə çıxaraq Cəmilənin onun evinə gəlməməsi üçün xəbərdarlıq etmiş və əsəbi olduğu üçün nalayiq ifadə işlətmişdir. Həmin şəxs onun işlədiyi yerə gələrək onu orada da narahat etmişdir. O, Cəmilə Quliyevaya nalayiq ifadələri ünvansız işlətmişdir, Cəmiləni təhqir etməmişdir. Həmin yerdə heç kim olmamışdır. O, Şaməddin Qasımova 100 manat pulu karta göndərmiş, 60 manat pulu isə qaytarmamışdır. 60 manat pulu qaytaracağına söz verir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, əri X7 gedib Şəxs yanında fəhlə işləsə də, pulunu Şəxs ala bilməmişlər. O, əri ilə birlikdə Şəxs iş yerinə gedib pullarını istəmələrinə baxmyaraq, Şəxs 3 günə pulu qaytaracağını demişdir. Lakin 3-5 gün keçsə də, Şəxs ərinin fəhlə pulunu verməmişdir. O, ərinə pulunu istəmək üçün Şəxs yanına getməyə qoymamışdır. Çünki bir dəfə pulunu istəmək üçün Şəxs iş yerinə gedəndə Şəxs onlarla qışqıra-qışqıra danışmışdır. O, ərinə dava-dalaşın düşməməsi üçün pulunu istəmək üçün özünün gedəcəyini bildirmişdir. 14 iyul 2025-ci il tarixdə saat 20 radələrində o, Şəxs zəng vuraraq pulunu istəmiş, lakin Şəxs pulu verməkdən imtina etmişdir. Buna görə də, o, Şəxs yaşadığı evə gedərək qapını döymüş, qapını Şəxs arvadı Xalisə adlı qadın açıb Şəxs evdə olmadığını, çayxanaya getdiyini bildirmişdir. Çayxanada Şəxs tapa bilmədiyinə görə geri qayıdıb Xalisə adlı qadından Şəxs soruşmuş, Xalisə adlı qadın da ərinin harada olduğunu bilmədiyini demişdir. Evin qapısını açmasını, Şəxs gələnə kimi evdə oturub gözləmək istədiyini bildirmiş, Xalisə adlı qadın bundan imtina edərək Yelmarın evdə olmadığını bildirmişdir. Həmin gün saat 22 radələrində, qaranlıq düşənə kimi gözləsə də Şəxs görməmişdir. Evin pəncərəsindən Xalisəni səsləməsinə baxmayaraq, həmin qadın ona Yelmarın evdə olmadığını demişdir. Sonra birdən Şəxs evinin pəncərəsindən onun ünvanına söydüyünü, onu nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. O, Şəxs “yaxşı, sabah iş yerinə gələcəm, onda görərsən” cavabını vermişdir. Hadisənin ertəsi günü Şəxs iş yerinə getsə də, Yelmar ona ərinin fəhlə pulunu verməmişdir. O, bundan sonra DİN-nin “102” xidmətinə zəng edərək Şəxs tərəfindən söyülüb təhqir edilməsi, ona əxlaqsız damğası vurulması barədə şikayət etmişdir. Bundan sonra Şəxs onun əri X1 100 manat atsa da, 60 manat yenə də ödənilməmiş qalmışdır. Şəxs ona evə gəlməsini, pulu evdə verəcəyini demişdir. O, Şəxs yaşadığı evə gedəndə Yelmar onun ünvanına nalayiq ifadələr yağdırmışdır. Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını istəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:27-də Azərbaycan Respublikası DİN-nin “102” zəng mərkəzindən daxil olmuş, ********** nömrəli məlumat bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbəsədən olan sakin X4 zəng edərək, yoldaşının əmək haqqını ala bilməməsi, Yelmar adlı şəxsin ***-***-**-** nömrəsindən mesaj yazaraq onu təhqir etməsi barədə məlumat vermişdir. X2 xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, Yelmar adlı şəxsin “WhatsApp” sossial şəbəkəsindən onu nalayiq küçə söyüşləri ilə təhqir etdiyini bildirmişdir. Müraciəti ilə əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir və ona həmin növdə inzibati tənbeh tədbirinin yuxarı həddinin tətbiqi kifayətdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1714/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1714/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver