Məhkəmə qərarları › İş №3(002)-1715/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1715/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1715/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 2000-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 15 avqust 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi, «Xəyalın dairəsi” adlanan ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 avqust 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektorları X4 və X3 14 avqust 2023-cü il tarixdə, saat təxminən 18:40 radələrində Lökbatan qəsəbəsində xidmət aparan zaman onlara Lökbatan qəsəbəsi, Xəyalın dairəsi adlanan ərazidə konstruksiya dəyişikliyi və ya dövlət qeydiyyat nişanlarının heç biri olmadan qara, VAZ 2107 markalı avtomaşının sahibsiz, gecə saat təxminən 04:00 radələrindən yolun hərəkət istiqamətində saxlanıldığı bildirilmiş və buna görə də həmin avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi barədə göstəriş verilmişdir. Onlar həmin avtomobili evakuator vasitəsilə duracağa təqdim etmək istəyəndə dörd nəfər şəxs, onlardan biri avtomobilin sahibi olmaqla, polisə tabesizlik etmiş və qanunsuz çəkilişlər aparmağa başlamışlar. Adı çəkilən polis əməkdaşları ÇPA-nın naryadını köməyə çağırıb vətəndaşları 10-cu PŞ-ya təqdim etmişlər. Həmin şəxslərdən biri Şəxsdur. O öz izahatında daha sonra qeyd olunan hadisənin görüntüsünün onlarda olmadığını bildirmişdir. Odur ki, sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir, rəsmi qaydada heç bir yerdə işləməməklə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur.14 avqust 2023-cü il tarixdə, saat təxminən 18:40 radələrində Lökbatan qəsəbəsi, Xəyalın dairəsi adlanan əraziyə taksi sifarişi verildiyi üçün getmiş, ora yaxınlaşarkən yol polisi əməkdaşlarının həmin əraziyə yığışdığını görmüşdür. Bu zaman YPX əməkdaşlarından biri ona yaxınalaşaraq telefonla çəkiliş edib-etmədiyini soruşmuşdur. O isə heç bir çəkiliş etmədiyini bildirsə də onu 10-cu PŞ-ya aparmışlar. O polisə ümumiyyətlə müqavimət göstərmədiyini, polisin tələbi ilə çəkiliş etmədiyi halda 10-cu PŞ-ya getdiyini qeyd edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-nə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı vətəndaş Şəxs 14 avqust 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməsinə dair dair heç bir sübut və ya əsaslı dəlillər müəyyən edilməmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş 14 avqust 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsinə dair heç bir mötəbər sübutun olmadığı müəyyən edilmişdir. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Barəsində tutma protokolu tərtib edilmiş Şəxs məhkəmə iclas zalından dərhal inzibati tutmadan azad edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar