Məhkəmə qərarları › İş №3(002)-1716/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1716/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1716/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş 18 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X1 18 oktyabr 2022ci il tarixdə, saat 00:54-də Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən 47.5-ci kilometrində idarə etdiyi “Howo ZZ3327S3847E yük” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 18 oktyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq ərazi aidiyyatı üzrə baxılması üçün Gədəbəy rayon məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında qərar və protokoldan aydın olur ki, törədilməsi ehtimal edilən, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş versə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə vəsatət göndərərək inzibati işə yaşadığı rayonun ərazisində baxılmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati material ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar