Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1718/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, DİN-in BDYPİ-nin 6-cı Tağım YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 03:14-də idarə etdiyi “Kamaz 55111 yük” markalı ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 18 noyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin 6-cı Tağım YPX inspektoru, polis baş serjantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına DİN-ə məxsus 990 nömrəli qurumdan göstəriş vermişlər ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən yük avtomobillərinin nəzərdə tutulan normadan artıq çəki ilə hərəkət edib-etmədiyi müəyyən olunması məqsədilə yük avtomobilləri tərəziyə çıxarılsın. Şəxs 18 noyabr 2022ci il tarixdə idarə etdiyi “Kamaz 55111 yük” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən 719 saylı stasionar postda saxlanılmış və onun idarə etdiyi yük avtomobilində olan çəkinin müəyyən edilməsi məqsədilə yoxlanılmış və avtomobildəki yükün normadan artıq yəni 33.440 kq çəkidə olduğu müəyyən edilmişdir. Yükün çəkilməsi müvafiq qaydada qeydiyyatdan keçməklə sertifikatlaşdırılmış tərəzi vasitəsilə həyata keçirilmiş və həmin prosedur videolentə çəkilməklə inzibati xəta törədən şəxsin iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə idarə etdiyi həmin yük avtomobili ilə icazə verilən normadan artıq yüklə hərəkət etdiyi üçün İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, hadisə vaxtı müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra Şəxs tərəfindən artıq yükün yerindəcə boşaldılması onun tərəfindən təmin edilməli idi. Lakin bu proseduranın baş verib-verməməsi videogörüntüdə öz əksini tapmasa da hesab edir ki, həmin artıq yük sürücü tərəfindən boşaldılmışdır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, Saatlı rayonu, Bəylik kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki azyaşlı uşağı var, orta təhsillidir, özü X3 rabitəçi kimi iştirak etmiş, Zəngilan, Qubadlı və Laçının azad olunmasına görə, həmçinin “vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 18 noyabr 2022-ci il tarixdə qaradaşına məxsus “Kamaz 55111 yük” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Saatlı rayonundan Bakıya qum gətirirmiş. Qaradağ postuna çatanda yol polisi əməkdaşları onu saxlamış və idarə etdiyi yük avtomobilinin ümumi çəkisinin müəyyən edilməsi məqsədilə ondan tərəziyə çıxmasını xahiş etmişlər. O, bu tələbi könüllü olaraq yerinə yetirmiş və ona bildirmişlər ki, idarə etdiyi yük avtomobilinin çəkisi normadan artıq yəni, 33 tondur, bu da ümumi icazə verilən 25 tondan 8 ton yuxarı olmaqla inzibati xətalar qanunvericliyinə əsasən inzibati pozuntudur. Halbuki onun idarə etdiyi yük avtomobilinin çəkisi bu qədər çox ola bilməzdi. Çünki o, Qaradağ postundan əvvəl daha iki post keçmiş və həmin postların heç birində ona bununla bağlı heç bir irad bildirilməmişdir. Avtomaşın tərəzidə çəkildikdən sonra o çəkiyə etirazını bildirsə də onun iştirakı ilə təkrar çəki aparılmamışdır. Əgər onun idarə etdiyi yük maşınınında yük artıq olsaydı artıq yükün boşaldılması ondan tələb edilərdi. Lakin bu barədə ona heç bir tələb irəli sürülməmiş və o həmin yüklə yoluna davam etmişdir. Bütün bunların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib, həmçinin məhkəməyə təqdim edilmiş bir ədəd CD diski nəzərdən keçirərək hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 18 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi (və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də törədilməsi ehtimal olunan hadisə ilə bağlı şəxsi hər hansı bir izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində göstərilir ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa məhkəmə araşdırması zamanı, o cümlədən hadisənin görüntüsünü özündə əks etdirən video diskə baxış zamanı “Kamaz 55111 yük” markalı ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobildə aşkar edilməsi ehtimal edilən normadan artıq yüklənmiş yükün həqiqətən də boşaldılması və qeyd olunan avtomobilin idarə olunmadan kənarlaşdırılması öz əksini tapmamışdır ki, bu da qeyd olunan iş üzrə yekun məhkəmə aktının çıxarılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 96.1.7-ci maddəsinin tələbindən aydın olur ki, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar. Həmin Məcəllənin 127-1.5-ci maddəsində göstərilir ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. 127-1.6. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsi tam təsdiqini tapmadığından yenidən araşdırılma aparılması üçün inzibati material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində DİN-in BDYPİ-nin 6-cı Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1718/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1718/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver