Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1719/2025 18.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X1, Zərəçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 20 may 2025-ci il tarixdə, saat 15:24 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Karvansaray Ticarət Mərkəzinin qarşısında X3 döymüş və ona dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunanlarla bağlı 03 iyun 2025-ci il tarixdə fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru X5 bildirmişdir ki, Şəxs 20 may 2025-ci il tarixdə, saat 15:24 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Karvansaray Ticarət Mərkəzinin qarşısında X4 xəsarət yetirməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsində araşdırma aparılmış və fakt üzrə cinayət işinin başlanılması rədd edildikdən sonra material aidiyyəti üzrə ona verilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 20 may 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Karvansaray Ticarət Mərkəzinin qarşısında svetoforda durduğu zaman, arxadakı maşın səbəbsiz yerə siqnallamışdır. Yerə düşdüyü zaman təhqir etmişdir. Söyüş söydü deyə əsəbləşib şillə vurmuşdur. Himayəsində 3 azyaşlı övladı vardır. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, 20 may 2025-ci il tarixdə kruqda svetoforda durduğu zaman siqnal vermişdir ki, qarşısındakı maşın hərəkətə başlasın. Qarşısındakı maşında olan sürücü onu jestlərlə hədələmişdir. Yerə düşməyə imkan verməyərək ona yumruq atmışdır. Şəxs şikayətçidir. Ona ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanılmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xəta olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizası və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsinin 311 saylı 30 may 2025-ci il tarixli rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol almacıq nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları, zərərçəkmiş şəxsin izahatı ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbsolunanların saxlanılma mərkəzinə və Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1719/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1719/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver