Məhkəmə qərarları › İş №3(002)-172/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-172/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-172/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndələri, X1 və X5, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qaradağ Rayon Məhkəməsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, 22 yanvar 2022-ci il tarixdə saat 16:17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, M.Seyidov küçəsində yerləşən Şəxs MMC-yə məxsus “Araz” marketdə obyektin daxilində işçinin tibbi qoruyucu vasitə olan maskadan düzgün istifadə etməməsi faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 22 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X3 və X10 oxşar izahat verərək bildirmişlər ki, 22 yanvar 2021-ci ildə Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilərkən həmin müəssisədə İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Buna görə də hər ikisi tərəfindən İXM-nin 211.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Odur ki, bu barədə qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Araz Supermarket” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında "Araz Supermarket” MMC barəsində tərtib edilmiş protokolun qanuna zidd olduğunu bildirərək göstərmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar istər protokol tərtib edilərkən, istərsə də hər hansı bir inzibati araşdırma aparılarkən təmsil etdiyi qurumun hər hansı bir nümayəndəsi iştirak etməmiş və bu barədə onlara hər hansı bir məlumat da verilməmişdir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi 22 yanvar 2021-ci il tarixdə baş versə də həmin inzibati material hansısa naməlum səbəbdən hadisədəb bir ildən artıq vaxt keçdikdən sonra Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bununla da inzibati tənbeh tətbiq etmə haqqında müddət pozulmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "Araz Supermarket” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 22 yanvar 2021-ci il tarixdə baş vermiş və həmin işə mahiyyəti üzrə baxılması üçün inzibati protokol və materillar Qaradağ rayon Məhkəməsinə hansısa naməlum səbəbdən 01 fevral 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi inzibati xəta hadisəsi törədildikdən 01 (bir) il 10 (on) gün sonra Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC, İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar