Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-172/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, nömrəsiz fərdi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 13:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Aqrovest” adlanan ərazidə spirtli içkinin təsiri altında avtomobil idarə edərkən polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 31 yanvar 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis baş serijantı Rəşad Məmmədov və polis serijantı Elmin Məmmədov 31 yanvar 2023-cü il tarixdə, saat təxminən 13:20 radələrində 102 zəng xidmətinin verdiyi məlumatla “Lökbatan dairəsi”ndən qəsəbə istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobili yoldan qəsdən kənarlaşdıraraq qəza etməsinə səbəb olduğunu və hadisə yerindən qaçmağa cəhd göstərdiyini, lakin vətəndaşlar tərəfindən saxlanıldığı məlumatını almışlar. Onlar hadisə yerinə yaxınlaşan zaman təqsirkar “Toyota Prius” markalı avtomobilin sürücüsünün ilk baxışdan spirtli içkinin təsiri altında olduğu aşkar edilmişdir. Bu zaman maşında əyləşən sərnişin də içkili halda maşından düşərək hadisə yerinə gəlmiş polis əməkdaşlarına tabesizlik və müqavimət göstərməyə başlamışdır. Həmçinin hadisəni törətmiş vətəndaşların yaxınları kimi özünü təqdim edən daha iki nəfər şəxs də hadisə yerinə yaxınlaşıb polis əməkdaşlarının işinə müdaxilə etməyə başlamışlar. Polis əməkdaşları sürücü və sərnişini xidməti avtopatrula əyləşdirmək istədikdə onlar polis əməkdaşlarına tabesizlik göstərmişlər. Vətəndaşları avtopatrula əyləşdirib polis bölməsinə gətirdikdə maşında olan sərnişin X4 qaçmağa cəhd göstərmişdir. Həmçinin hər iki vətəndaş spirtli içkinin təsiri altında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Bölməyə gətirildikdə həmin şəxslərin “Toyota Prius” markalı avtomobilin sürücüsü Şəxs və yanındakı sərnişinin isə X4 olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 31 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. ** EL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məsğul olur. Avtomobil ona məxsus olmamaqla etibarnamə əsasında idarə edir. X7 şəhərindən tanıyır. Eləcə də onun vasitəsi ilə Firad və Paşa adlı şəxsləri tanımışdır. 31 yanvar 2023-cü il tarixdə, saat 12:00-13:00 aralığında Səbail rayonu, 20-ci sahə adlanan ərazidə bir kafedə dördü spirtli içki qəbul etmişlər. X5 qəsəbəsinə gətirmək üçün idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşmişlər. Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gələn yolda “Mercedes C-Clas” markalı avtomobil ilə toqquşmuş, daha sonra dayanmadan avtomobili sürməyə davam etmiş və bir qədər irəlidə “Toyota Prado” markalı avtomobillə toqquşmuşdur. Daha sonra “Aqrovest” adlanan yerdə idarə etdiyi avtomobilin təkəri partladığı üçün avtomobili saxlamış, bu zaman iki nəfər vətəndaş ona yaxınlaşaraq digər avtomoillə toqquşduqdan sonra nə üçün saxlamadan sürüb getdiyini soruşmuşlar. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış, avtomobildə əyləşən dostu Tahir qaçmaq istəmişdir. Hər ikisi sərxoş olduqları üçün polis əkdaşlarına müqavimət göstərmişlər. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 31 yanvar 2023-cü il tarixdə saat 14:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-172/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-172/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver