Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1720/2025 18.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Rəhimov Arif Rəfael oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 3 azyaşlı uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan MN serialı, ******* saylı, 18 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X9 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 12308 manat məbləğində pul və 122 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2024-cü il tarixdə icraat başlamaq haqqında qərar qəbul etmiş, həmin tarixli icra sənədinin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə Şəxs təqdim edilmişdir. Həmin müddətdə borclu Şəxs tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Sonradan yenidən icra tədbirləri başlamışdır. Dəfələrlə çağırılmasına, bildirişlər göndərilməsinə baxmayaraq borclu Şəxs çağırışlara gəlməmişdir. Ona görə də, Şəxs barəsində axtarış elan edilmişdir. Hətta Şəxs ünvan 4 ünvanında tapa bilməmişdir. Hazırda Şəxs özü Qaradağ Rayon icra şöbəsinə yaxınlaşmışdır. Borclu ilkin olaraq tələbkar Zərərçəkmiş şəxs 2000 manat pul ödəmək istəsə də, Zərərçəkmiş şəxs bundan imtina edərək, borcun hissə-hissə deyil, tam şəkildə ödənilməsini istəmişdir. Şəxs borcun ödənilməməsi, çağırışlara gəlməməsi barədə xəbərdarlıq edilmiş və barəsində borcun ödənilməməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, barəsində tərtib edilən protokoldan xəbərdardır. 12308 manat məbləğində pul vəsaiti və 122 manat dövlət rüsumunu ödəməsi barədə bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini yazaraq poçtla gec göndərmişdir. İcra məmuruna Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət etdiyini bildirmişdir. Apellyasiya Məhkəməsinə gedib qərarı almaq barədə müraciət etmişdir. Səhhətində olan problem ilə əlaqədar avtomobilini satmaq istəmişdir. Avtomobilin üzərizdə həbs olmuşdur. Zərərçəkmiş şəxs həmin avtomobilin üzərində həbs olduğunu bilə-bilə dövlət qeydiyyat nişanı ilə birlikdə avtomobili adına rəsmiləşdirmişdir. Hazırda işsizdir, müflisləşib, məcburi köçkündür. Heç yerdə işləmir. Himayəsində 3 azyaşlı uşağı vardır. Borcu ödəməyə imkanı yoxdur. İlkin olaraq 2000 manat ödəməyi təklif etsə də, borclu bundan imtina edərək borcun tam şəkildə ödənilməsini istəyir. Borcu hissə-hissə hər ay 500 manat şəklində ödəməyə imkanı vardır. İmkanı olsa idi borcun hamısını tam şəkildə ödəyərdi. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinə elektron qaydada şikayət etmək qaydası izah edilsə də, borclu yenə bəhanə edir. 4 uşağı vardır, ata-anası əlildir. Borclu Şəxs müxtəlif bəhanələr gətirərək onu aldadır. Borclu Şəxs tərəfindən borcun hissə-hissə deyil, tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs adına rəsmi olaraq hər hansı əmlakı qeydə aldırmadığına görə arxayındır. Borclu əmlaklarını arvadının adına qeydə aldırmışdır. Borclunun istifadəsində bahalı “Lexus” markalı nəqliyyat vasitəsi vardır. Maddi vəziyyəti aşağı olan şəxsin belə bahalı avtomobili olması qeyri-mümkündür. Borclu Şəxs sadəcə olaraq ona olan borcunu ödəməkdən boyun qaçırır. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, borclu Şəxs hüquqi savadsızlığı olduğuna görə belə vəziyyət yaranmışdır. Borcluya gedib Qaradağ Rayon Məhkəməsinin qətnaməsini Bakı Apellyasiya Məhkəməsindən götürməsini bildirmişdir. Hakim özü belə bildirmişdir ki, borclu Şəxs elektron kabineti vardır. Lakin borclunun bundan xəbəri olmamışdır. Apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatət verilsə də, təmin edilməmişdir. Borca gəldikdə isə, borclu Şəxs müflisləşmiş keçmiş milyonçudur. Borclunun böyrəyi işləməmiş, ayaqları tutulmuşdur. Zərərçəkmiş şəxs, yəni tələbkar Zərərçəkmiş şəxs barışıq üçün ilkin olaraq 200 manat ödənilməsi təklif edilsə də tələbkar Zərərçəkmiş şəxs bundan imtina edərək borcun tam şəkildə ödəniməsini tələb etmişdir. Borclu Şəxs borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur, məcburi köçkündür, xəstədir. Tərəflər arasında avtomobil alqı-satqısı olmuşdur. Borclu Şəxs 7000-8000 manat kredit götürüb borcunu bir hissəsini ödəməyi təklif etsə də, bank borcluya kredit verməkdən imtina etmişdir. Səbəbi də, borclu Şəxs adına dostunun kredit götürərək ödəməkdən imtina etməsi olmuşdur. Tərəflər arasında barışıq üçün rəsmi olaraq bütün addımlar atılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2220/2024 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh X1 12308 manat məbləğində pul və 122 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “Elektron icra” informasiya sistemi və “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə aparılan axtarışlardan göründüyü kimi, X3 tələbin yönəldilə bilindiyi hər hansı daşınmaz əmlakı, nəqliyyat vasitəsi, pul vəsaiti, əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri barədə məlumatlar aşkar edilməmişdir. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə X4 borcu 10 gün müddətində könüllü olaraq ödəməsi barədə müddət verilmiş, ödəməyəcəyi halda barəsində məcburi icra ödənişləri aparılması qərara alınmışdır. Tələbin könüllü icrası barədə bildiriş borclu X4 xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, borclu X8 barəsində olan E302059/2024-34-11 saylı icra işi üzrə Bakı şəhəri Qardağ rayon İcra şöbəsinə çağırılmışdır. 02 iyun 2025-ci il tarixli aktdan görünür ki, borclu X5 Bakı şəhəri, ünvan 3 ünvanında tapmaq mümkün olmamışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu X3 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Bakı şəhəri Qardağ RPİ-yə göndərilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülkihüquqi öhdəliklərin icrasından yayınan Şəxs barəsində xx.xx.2025-ci il tarixli 30251/25 qeydiyyat nömrəli mülki axtarış işi açılmışdır. Şəxs Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə ödəniş etməməsinin səbəbi işsizliyi, müflisləşməsi olmuşdur. Özü məcburi köçkündür, 3 uşağı vardır. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Borcunu hər ay 500 manat olmaqla hissə-hissə ödəyə bilər. İmkanı olduqca borc üzrə artıq da ödəmə aparması mümkündür. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun, Zərərçəkmiş şəxs izahatı və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Çünki Şəxs icra məmurunun çağırışlarına gəlməmiş, yaşadığı ünvanda onu tapmaq mümkün olmamış, barəsində axtarış elan edilmiş, yalnız bundan sonra borclunun icra şöbəsinə gətirilməsi mümkün olmuşdur. Barəsində axtarış qərarının olduğunu bilən Şəxs Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə gəlməyə məcbur olmuş, borcun tam şəkildə deyil, yalnız 2000 manatını ödəyə biləcəyini qeyd etmişdir. Lakin Şəxs borcu tam şəkildə ödəmək vəzifəsi vardır. Bunun üçün ona tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs da borclu Şəxs tərəfindən borcun tam şəkildə ödənilməsini istəyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1720/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1720/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver