Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1721/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin X2 tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli, EQ 29983151 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan vətəndaş X3 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin X2 15 avqust 2025-ci il tarixli EQ 29983151 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, o, 15 avqust 2025-ci il tarixdə Bakı şəhəri N.Nərimanov ərazisində olarkən “Changan” markalı minik avtomobili ilə parkinq ərazisinə daxil olmuş, lakin avtomobillər arasında məsafə sıx olduğundan digər avtomobillərə ziyan vurmamaq üçün parkinq ərazisində çıxıb arxa tərəfində avtomobilinə adam mindirmişdir. Bundan əlavə, yerdə heç bir zolaq olmadığından ona axşam saatlarında cərimə gəlmişdir. EQ29983151 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında qərardan verilən şikayət üzrə işə baxılmasını mümkün hesab edir. X3 ərizə ilə müraciət edərək inzibati xəta haqqında qərardan şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3 və 129.1-1-ci maddələrinə əsasən, X3 ünvan 1 ünvanında yaşadığından həmin şəxsin şikayəti üzrə inzibati xəta haqqında işə Bakı şəhəri Qardağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, 15 avqust 2025-ci il tarixdə Bakı şəhəri N.Nərimanov ərazisində olduğu vaxt “Changan CS 55 MİNİK” markalı avtomobili ilə parkinq ərazisinə daxil olmuşdur. Orada əvvəlcə iki avtomobil arasında qanuni şəkildə avtomobilini saxlasa da, avtomobillər düzgün park edilmədiyinə görə və iki avtomobilin arasında məsafə sıx olduğundan istər-istəməz avtomobillərin qapıları bir-birinə dəyə bilərdi. Buna görə də, digər avtomobillərə ziyan vurmamaq üçün parkinq ərazisindən yola çıxıb avtomobilinə adam mindirmiş və sonra da çıxıb getmişdir. Heç avtobusun hərəkətinə də maneçilik törətməmişdir. Avtomobilini maksimum dərəcədə parkinqdə saxlayan avtomobillərə yaxın saxlamışdır. Həmin yerdə heç bir nişanlanma zolağı olmamışdır. Videogörüntülərə baxmaq mümkündür. Ona axşam saatlarında cərimə gəlmişdir. DİN-nin BDYPİ-nin EQ29983151 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə, şikayətçi X3 izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli, EQ 29983151 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 15 avqust 2025-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Təbriz küçəsində idarə etdiyi "Changan CS 55 PLUS MİNİK" markalı, “**-DU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4-cü maddəsinin tələblərini pozmuş və səksən manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi DİN-nin BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş 15 avqust 2025-ci il tarixli, EQ 29983151 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də aydın olur ki, X3 qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirmişdir. DİN-nin BDYPİ-nin elektron qərarına əlavə edilmiş fotoşəkillərdən X1 nəqliyyat dayanma qaydalarını pozaraq vasitəsini saxladığı kifayət qədər aydın şəkildə müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X3 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. X3 izahatında Bakı şəhəri Təbriz küçəsində dayanma qadağan edilən yerdə avtomobilini dayandırıb hərəkətsiz vəziyyətə gətirərək avtomobilinə sərnişin mindirib oradan uzaqlaşmışdır. Bununla da, X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirlyinin Baş X5 İdarəsinin X2 tərəfindən qəbul edilmiş 15 avqust 2025ci il tarixli, EQ 29983151 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1721/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1721/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver