Məhkəmə qərarları › İş №3(002)-1729/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1729/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1729/2025 04.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndələri – X2 və X3 iştirakları ilə, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara yolu, ev 25 KM-də qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 13 avqust 2025-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, "xxxx" MMC tərəfindən 39496,14 Avro məbləğində vəsait bank vasitəsilə 03 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 32580,27 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 04 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də "xxxx" MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi - hüquq məsləhətçisi X6 həmin hüquqi şəxsin barəsində tərtib edilmiş potokolda göstərilənləri qəbul etməyərək məhkəməyə etiraz təqdim edib həmin etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin (Zavodun) barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola ("Protokol") və həmin Protokol əsasında Qaradağ Rayon Məhkəməsində başlanılmış 3(002)-1729/2025 saylı inzibati xəta iş üzrə tərtib edilmiş protokolda Zavod tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. Lakin Zavod olaraq, həmin Protokola və başlanılmış iş üzrə məhkəmə icraatı razı deyillər. Həmçinin inzibati xətanın tərkibinin mövcud olmadığı hüquqi faktlar və sübutlarla öz təsdiqini tapır. Etirazın faktiki əsasları kimi, Zavod Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən təchizatçı “İZOCAM TİCARET VE SANAYİ A.Ş.” şirkətinə xx.xx.2023-cü il tarixli, PO23-33795 saylı alış sifarişi əsasında iki mərhələdə avans ödənişlərini həyata keçirmişdir. 1. X8: PO23-33795 nömrəli Alış Sifarişi əsasında ilk ödəniş xx.xx.2023 tarixində 39,496.14 avro məbləğində edilmişdir. Bu ödənişin bağlanması üçün banka təqdim etdikləri **********0394, **********9303, **********4274, **********4248 nömrəli yük gömrük bəyannamələrindən yalnız üçündə (**********0394, **********9303, **********4274) Alış Sifarişi (ingilis dilində: “Purchase Order”) tarixi səhv olaraq xx.xx.2023-cü il kimi qeyd edilmişdir. Bu səhv "xxxx" MMC-nin rezident olduğu “X9”nın operatoru olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Agentliyinə (İZİA) təsdiq üçün göndərilən məktubda yol verilmiş texniki xətadan qaynaqlanır. X4 Parkının idarəedici təşkilatı olan İZİA-nın və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli İN115-533/2023 nömrəli təsdiqedici sənəddə təsdiqləndiyi üçün Dövlət Gömrük Komitəsi tərəfindən (DGK) düzəliş edilməsi mümkün olmamışdır. Bu məsələ ilə bağlı Zavod tərəfindən "xxxx" ASC-yə də müvafiq məktub təqdim edilmişdir. 2. X10: PO23-33795 nömrəli Alış Sifarişi əsasında eyni sifariş üzrə xx.xx.2023 tarixində yerdə qalan 50% avans (39,496.14 avro) ödənilmişdir. Bu ödənişin bağlanması üçün banka təqdim etdikləri "**********4248, **********3360, **********4088, **********4154, **********4215" nömrəli yüklərin çatdırılmasını təsdiq edən gömrük bəyannamələrindən yalnız üçündə: "**********4088, **********4154, **********4215" Alış Sifarişinin tarixi yenidən səhv olaraq xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, "PO23-33795" nömrəli Alış Sifarişi ilə bağlı mallar tam olaraq ölkəyə idxal olunmuşdur və malların gömrük prosedurundan keçirilməsini təsdiq edən gömrük bəyannamələrində Alış Sifarişinin tarixindən başqa bütün məlumatlar düzgün qeyd olunmuşdur. Bu texniki səhv hər hansı bir qanun pozuntusuna səbəb olmamış, yalnız sənədləşmədə uyğunsuzluq yaratmışdır. Hüquqi əsaslar: Etirazın hüquqi əsaslarını təsdiqləmək üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və həmçinin İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına istinad edilmişdir. Gömrük Məcəlləsinin 121.10-ci maddəsinə əsasən, "Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir." Həmin Məcəllənin 186.1ci maddəsinə görə, "Gömrük orqanlarına gömrük bəyannaməsi təqdim etməklə, bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya gətirilən mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilir." Gömrük bəyannamələrinin təqdim edilməsi barədə, Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, "Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir." Həmin Məcəllənin 146.2-ci madəsinə görə, "Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir." Həmin Məcəllənin 151-ci maddəsinin tələblərinə müvafiq olaraq, gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun uyğunluğunu yoxlanılmasının şərtlərindən biri kimi, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş gaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılmasıdır (151.1.5- ci maddə). Digər tərəfdən, Gömrük Məcəlləsinin 151.2-ci maddəsinə uyğun olaraq, "gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır." Eyni zamanda, həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən, "təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır." Lakin, yuxarıda qeyd edilən "**********4088, **********4154, **********4215" saylı gömrük bəyannamələrinin geri qaytarılması və ya düzəliş edilməsi barədə X11 Komitəsinin müvafiq qurumlarından hər hansı bir bildiriş verilməmiş və mallar gömrük qanunvericiliyinə uyğun olaraq bəyan edildikdən sonra Zavodun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin 5.0.7-1-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "sənaye parkının idarəedici təşkilatı, operatoru və ya rezidenti tərəfindən malların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunması məqsədilə verilmiş təsdiqedici sənədlər və həmin sənədlərdəki dəyişikliklər barədə məlumatı 3 (üç) iş günü müddətində elektron qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edir." Yekun olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Mərkəzi X5 "28" noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarının 4.3.1.3-cü bəndinə müvafiq olaraq: "qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfinden qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir." Yuxarıda qeyd etdiyimiz faktiki və hüquqi əsaslar üzrə, Zavod tərəfindən "PO23- 33795" saylı Alış Sifarişi əsasında alınan malların sərbəst zona gömrük xüsusi gömrük proseduru altında yerləşdirilməsindən sonra qanunvericiliyə uyğun olaraq gömrük bəyannamələrinin surətlərini "xxxx" ASC-yə təqdim etmişdir. Yuxarıdakı maddələrə əsasən, "xxxx"MMC öz hüquqlarından istifadə edərək, iş üzrə mövqeyini izah etmək və sübutlar təqdim etmək hüququna malikdir. Sənədlərdəki texniki səhvlərin məsuliyyət tələb edəcək dərəcədə ciddi bir qanun pozuntusu olmadığını sübut edəcək bütün materialları təqdim edirik. Bundan başqa, Zavodun Maliyyə şöbəsi tərəfindən "xxxx" ASC-nin "Badamdar" filialına təqdim edilən xx.xx.2025-ci il tarixli, 25/BGZ/ABB/07-276 saylı məktubda, Zavod ilə "İZOCAM TİCARET VE SANAYİ A.Ş” arasında bağlanmış PO23- 33795 (xx.xx.2023) və PO23-33810 (xx.xx.2023) saylı Alış Sifarişləri əsasında idxal olunmuş mallara dair dörd ədəd gömrük bəyannaməsi (**********0394, **********9303, **********4274, **********9267) mövcud olması, həmin bəyannamələrdə Alış Sifarişinin tarixinin mexaniki səhv olaraq xx.xx.2023-cü il kimi göstərildiyi bildirilmiş, eləcə də, Zavodun həmin Alış Sifarişləri üzrə ödədiyi avans məbləğlərin bağlanması üçün bu bəyannamələrin qəbul edilməsi xahiş edilmişdir. Yuxarıda göstərilən faktlar və hüquqi əsaslar nəzərə alınaraq, bildirmək istəyirik ki, hazırki Protokol üzrə inzibati xətanın tərkibinin mövcud olması üçün Zavod tərəfindən tərəfindən heç bir qanun pozuntusu törədilməmişdir. Sözügedən hallar yalnız mexaniki səhv nəticəsində ortaya çıxan texniki uyğunsuzluqdan ibarət olub, qanunvericiliyin pozulması məqsədi güdməmişdir. Bir daha bu etiraz ərizəsinin qoşmasına əlavə edilən müvafiq sənədlərə uyğun olaraq təsdiq edirik ki, qeyd olunan Alış Sifarişləri əsasında ölkəyə idxal olunmalı olan mallar tam idxal olunmuş və "xxxx" ASC-yə lazımi sənədlərin təqdim edilməsi həyata keçirilmişdir. Bütün bunlara əsaslanaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir və bu barədə müvafiq bəyannamələri və digrə sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin 2-ci nümayəndəsi – mühasibatlıq bölməsinin rəhbəri X7 həmin hüquqi şəxsin digər nümayəndəsi X2 izahatında dediklərini təsdiq etmişdir. Məhkəmə, nümayəndələrin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, "xxxx" MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC-nin nümayəndələri tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********4247, xx.xx.2023-cü il tarixli **********9303 və xx.xx.2023-cü il tarixli **********0394 sorğu nömrəli gömrük bəyannamələrindən aydın olur ki, müvafiq olaraq 6131,22 ABŞ dolları, 15318,15 ABŞ dolları və 16851,16 ABŞ dolları məbləğləri ilə alınan mallar odadavamlı keramik liflərin xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ilk tarixlərdə Qırmızıkörpü və Mazımqara gömrük postlarından Azərbaycan Respublikasına idxal edilmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə ilə onun ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmış, Nümayəndə "xxxx" MMC-nin təqdim etdiyi bəyannamələr göndərilmişdir. Nümayəndə həmin bəyannamələri yoxlayıb araşdıraraq bildirmişdir ki, "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli **********4247, xx.xx.2023-cü il tarixli **********9303 və xx.xx.2023-cü il tarixli **********0394 sorğu nömrəli gömrük bəyannamələrinin cəmi ilə, müvafiq olaraq 6131,22 ABŞ dolları, 15318,15 ABŞ dolları və 16851,16 ABŞ dolları məbləğləri ilə malların iki ərzində Azərbaycan Respublikasına idxal olunması qəbul oluna bilər. Yəni hər üç bəyannamədə göstərilən məbləğlər ilə inzibati xəta haqqında protokolda göstərilən 32580,27 Avro məbləğini bağlamaq, əhatə etmək olar. Müqaviləsi düzdür, tarix fərqlidir. Gömrükdə rəsmiləşdirilən zaman invoysu müqavilə kimi rəsmiləşdiriblər, tarixi fərqlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı həmin bəyannamələr əsasında malların həqiqətən də ölkəyə gətirilməsini qəbul edir. İnvoysun üçünə də baxmış, həmin müqavilə olduğu müəyyən edilmişdir. Həmin müqavilə çərçivəsində gələn mal olduğu üçün hər üç bəyannamə məbləğ toplamıdır, bəyan olunmayan hissəyə kifayət edir. Hər üç bayannamə əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankı etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 03 avqust 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 32580,27 Avro məbləğində vəsait hesabına alınan mallar 2 (iki) il ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara yolu, ev 25 KM-də qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) barəsində 13 avqust 2025-ci il tarixli EP ******* №li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar