Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1730/2022 25.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X4, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1976-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsiili, deməsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 25 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 23 noyabr 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Məkəzinin 9-cu sırasında yerləşən 70 saylı mağazadan üç ədəd 310 manat dəyərində smart tipli qol saatı oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 23 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin 9-cu sırasında olan 70 nömrəli mağazadan üç ədəd smart tipli qol saatı oğurlamaqla zərərçəkmiş şəxsə 310 manat dəyərində maddi ziyan vurmuşdur. Halhazıradək vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 öz izahatında bildirmişdir ki, Sədərək” Ticarət Mərkəzinin 9-cu sırasında yerləşən 70 nömrəli mağaza ona məxsusdur və mağazada elektron aksesuarların, o cümlədən smart tipli saatların satışını həyata keçirir. Hər iş gününün sonunda mağazadakı kameralara baxış keçirir, 23 noyabr 2022-ci il tarixdə də həmin kameralara baxış keçirərəkən orta yaşlı bir nəfərin vitrindəki üç ədəd smart tipli qol saatlarını oğurladığını görmüş, buna görə də 24 noyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə gələrək şikayət ərizəsi yazmışdır. Üç ədəd saatın oğurlanması nəticəsində ona ümumilikdə 310 manat maddi ziyan dəymişdir. Hal-hazırda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçi olduğunu bildirirərək sonuncunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olmaqla daimi yaşayış yeri yoxdur. 23 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzinə gəlmiş, ac olduğu üçün oğurluq etməyə qərar vermişdir. Elektron aksessuarların satıldığı mağazaya daxil olaraq vitrində olan üç ədəd smart saatı götürmüş, birini yan cibinə qoymuşdur. Digər ikisini isə əlində saxlayaraq mağazanı tərtk etmişdir. Oğurladığı saatlardan ikisini “Elmlər” metro stansiyası yaxnlığında dönərçiyə sataraq hər birinə görə 20 manat əldə etmiş, digərini isə tanımadığı bir şəxsə 20 manata sataraq əldə etdiyi 60 manat pulu yemək və siqaret almaq üçün xərcləmişdir. O, daha sonra iki ay bundan əvvəl də xırda talamaya görə Nəsimi rayon Məhkəməsinin qərarına əsasən iki ay müddətə inzibati həbs olunduğunu, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” 24 noyabr 2022-ci il tarixli protokolu surətindən aydın olur ki, X10 24 noyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli, Qaradağ RPİ-nin 10-cu PBnın təhqiqatçısı, polis baş leytenantı Vüqar Eyyubov tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən X1 müraciəti əsasında toplanmış materil üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin X3 göndərilməsi, qəbul edilmiş qərarın surətinin X2 məxsus smart saatları oğurlayan Şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 24 noyabr 2022-ci il saat 16:00-dan hesablansın və həbsin sonu 08 fevral 2023-cü il, saat 16:00 müəyyən edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. Zərərçəkmiş şəxslərə izah edilsin ki, inzibati xəta nəticəsində onlara vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1730/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1730/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver