Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1732/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 15 avqust 1987-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Şəlvə ərazi dairəsi, İmanlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Laçınkənd” yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş 15 avqust 2023-cü il tarixli MN1793090 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 18:30 radələrində vətəndaş X6 ictimai qaydanı pozaraq, nalayiq söyüşlərlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs indiyədək dəfələrlə keçmiş həyat yoldaşı X1 təhqir etmiş və sononcu bununla bağlı bir neçə dəfə Qaradağ RPİ-nin 10-cu PŞ-na müraciət etmişdir. Şəxs ilə dəfələrlə profilaktik söhbətlər aparılsa da bunlar hər hansı bir nəticə verməmişdir. Sonuncu dəfə, dünən, yəni 14 avqust 2023-ci il tarixdə vətəndaş X2 həyat yoldaşı Şəxs onu küçədə, qonşuların yanında təhqir etməsi ilə bağlı müraciət edərək bildirmişdir. Buna görə də faktla əlaqədar Şəxs barəsində baş vermiş inzibati xəta hadisəsi ilə bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı Şəxs mütəmadi olaraq yaşadığı evə gələrək onu narahat edir, qonşuların yanında küçədə nalayiq söyüşlər söyür. Bununla bağlı bir neçə dəfə müraciət edərkən Dağbəyinin polis əməkdaşları tərəfindən çağırılıaraq xəbərdarlıq edilməsinə baxmayaraq o yenə də gəlib camaatın içində onu bildirərək sonuncu barəsində müvafiq tədbir görülməsini və onun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilməyərək öz izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Laçınkənd yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində əmisigillə birlikdə yaşayır. Belə ki, X8 ilə bir aya yaxındır ki, boşanmışlar. Onun yaşadığı həyət evi X4 yaşadığı həyət evi ilə eyni həyətdədir. Boşandıqları gündən aralarında münaqişə gedir, buna səbəb onun öz evində yaşamaq istəməsi, keçmiş həyat yoldaşının isə onu uzaqlaşdırmaq niyyətidir. 14 avqust 2023-cü il tarixdə axşam saatlarında Xavər onu təhqir etmiş, o da buna qarşılıq vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən 14 avqust 2023-ci il tarixdə X5 ünvanına təhqiramiz ifadələr işlətməsi və aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş mübahisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən aydın olur ki, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1732/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1732/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver