Məhkəmə qərarları › İş №3(002)-1733/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1733/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1733/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polis İdarəsinin Vİ tağım yol patrul inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, əvvəllər inzibati əsuliyyətə cəlb edilmiş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs, barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərardan bir il müddət keçməməsinə baxmayaraq 12 avqust 2023-cü il tarixdə il ərzində təkrarən «Vaz 2101» minik markalı, 09BB975 dövlət nömrə nişanlı avtomaşını alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd olunanlara əsasən Baş Dövlət Yol Polis İdarəsinin Vİ yağım yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin Vİ tağım yol patrul inspektoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində saxlanılmışdır. Sərxoşluq vəziyyətinin müəyyən edilmə üçün tibbi müayinədən keçirildikdən sonra Şəxs il ərzində təkrarən «Vaz 2101» minik markalı, 09BB975 dövlət nömrə nişanlı avtomaşını alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2-ci maddəsi xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, 12 avqust 2023-cü il tarixdə 2 bakal pivə içmişdir. O, avtomobil ilə hərəkətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Sərxoşluq vəziyyətinin təyini məqsədi ilə tibbi müayinədən keçirilərkən sərxoş olması müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə eyni əmələ görə 500 manat cərimə edilmişdir. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 293 saylı, xx.xx.2023cü il tarixli “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə haqqında” protokoldan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içkidən istifadə nəticəsində sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 329.1 və 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə haqqında” protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində il ərzində təkrar inzibati xəta törətməsi ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.2ci maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sonuncuya İXM-nin 334.2-ci maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 avqust 2023-cü il tarixdən, saat 17.15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar