Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1733/2025 20.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 26 iyul 2025-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Qazax-Gürcüstan yolu 14- 47.5 km-də “MERCEDES BENZ 308D MİKROAVTOBUS” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nizamlanmayan yol ayrıcına daxil olan piyadaya yol vermədiyinə görə dayandırılmış, lakin sürücü sonradan YPX əməkdaşının qanuni tələbinə əməl etməyərək hərəkətini davam etdirmişdir. Qeyd edilənlərə əsasən BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında BDYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru X2 bildirmişdir ki, Şəxs 26 iyul 2025-ci il tarixdə, saat 18:00 radələrində Bakı-Qazax-Gürcüstan yolu 14-47.5 km-də “MERCEDES BENZ 308D MİKROAVTOBUS” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nizamlanmayan yol ayrıcına daxil olan piyadaya yol vermədiyinə görə dayandırmaq istəsələr də, sürücü tabe olmayaraq saxlamamışdır. Rəsmi çağırışla gətirilmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əldə edilmiş videogörüntülərə əsasən də Şəxs avtoxuliqanlıq etməklə ictimai qaydanı nümayişkaranə şəkildə pozması təsdiq olunur. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə xx.xx.2025-cİ il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Maşında zavodun işçiləri də var idi. Himayəsində 2 övladı vardır. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, bir daha belə hərəkətlərə yol verməyəciyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan hadisənin törədilməsi görüntülərini əks etdirən videogörüntüyə baxış keçirilmiş və Şəxs idarə etdiyi avtomobil YPX əməkdaşları tərəfindən dayandırılsa da, YPX əməkdaşlarının qanuni tələbinə əməl etməyərək hərəkətini davam etdirməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokol, CD diskdə əks olunan videogörüntü və işdə olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmədə hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məsuliyyətini dərk etməsini, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə pozuntunu törədənin şəxsiyyəti, işin hallarını, inzibati xətanın xarakterini, nəticədə ictimai qaydanın və əhalinin dincliyini nümayişkaranə şəkildə pozulmasını nəzərə alaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla aşağı həddə inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Ona bu tənbeh növünün tətbiq edilməsi qanuni və əsaslı olmaqla yanaşı, həm də inzibati tənbeh tətbiqetmənin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə idarəetmə hüququndan məhrum edilməklə 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1733/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1733/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver